Ariyə verilən şeyin nəcis olması haqda xəbər vermək vacib olan hallar
Məsələ 2019:Əgər murdar bir qabı yemək-içmək, habelə murdar paltarı namaz qılmaq üçün ariyə versə, vacib ehtiyata əsasən, onun murdar olmasını ariyə verdiyi şəxsə deməlidir.
Məsələ 2019:Əgər murdar bir qabı yemək-içmək, habelə murdar paltarı namaz qılmaq üçün ariyə versə, vacib ehtiyata əsasən, onun murdar olmasını ariyə verdiyi şəxsə deməlidir.
Məsələ 2020: Əgər ariyə etdiyi şeyi onun sahibinin icazəsi ilə başqasına ariyə versə, əgər birinci ariyə edən ölsə və yaxud dəli ölsə və onun əsil sahibi sağ olsa, ikinci ariyə batil olmur.
Məsələ 2021: Əgər sonradan ariyə etdiyi şeyin qəsbi olması məlum olsa, onu sahibinə çatdırmalıdır. Əgər sahibini tanımırsa, məchulul-malik göstərişinə uyğun olaraq əməl etməlidir. Hər bir halda, onu ariyə verən şəxsə qaytara bilməz.
Məsələ 2022: Əgər qəsb edilmiş malın qəsbi olduğunu bilərək ariyə etdikdən sonra onun əlində tələf olsa, malik malın əvəzini ondan ala bilər və əgər ona əli çatmasa, malı qəsb edəndən tələb edə bilər. Həmçinin, ariyə edən istifadə etdiklərinin əvəzini də verməlidir. O malın qəsbi olduğunu bilmədiyi halda, əgər malik malın zərərini və yaxud mənfəətini alsa, o, malikə verdiyini qasib (malı qəsb edən şəxs) ariyə verəndən almalıdır. Əlbəttə, bu, bir halda baş verə bilər ki, ariyə verən zaminliyi şərt etməyib və ariyə verilən şey qızıl və gümüş cinsindən deyil.
Məsələ 2023: İzdivac müstəhəb əməllərdən biridir, lakin bir nəfərin evlənmədiyi halda harama düşmək qorxusu olsa, ona evlənmək vacibdir.
Məsələ 2024: İzdivac nikahı vasitəsi ilə qadın ilə kişi bir-birlərinə halal olurlar. Bu iki qismə bölünür: Daimi evlilik. Bu nikah oxunan qadına “daimə” deyilir. Müvəqqəti evlilik. Müəyyən müddət daxilində evlilik nikahı oxunur. Bu müddətin qısa və uzun olmasından asılı olmayaraq onu “müt’ə” və “siğə” də adlandırırlar.
Məsələ 2025: İstər daimi, istərsə də qeyri-daimi nikahda siğə oxunmalıdır. Qadın və kişinin təkcə razılıqları kifayat deyil. Əqd siğəsini ya qadınla kişinin özü oxumalı, ya da əqdi oxumaq üçün başqasını öz tərəflərindən vəkil etməlidirlər.
Məsələ 2026: Kişinin qadın, qadının kişi tərəfindən siğə oxumaq üçün vəkaləti maneəsizdir.
Məsələ 2027: Əgər qadın və kişi bir şəxsə nikah siğələrini oxumaq üçün vəkalət versələr, vəkilin siğəni oxuduğuna yəqin etməyincə, bir-birlərinə halal olmurlar. Lakin vəkil e’timadlı şəxs olsa və “oxumuşam” desə, kafidir.
Məsələ 2028: Əgər bir qadın müəyyən bir şəxsi, onu məsələn, 10 gün, yaxud iki ay müddətində bir nəfərin əqdinə keçirməsinə vəkil edib əvvəlini təyin etməsə, onun başlanğıcını əqd oxuduğu gün və saat hesab etməlidir.
Məsələ 2029: Müstəhəb ehtiyata əsasən, bir nəfər iki həyat yoldaşı (ər və arvad) tərəfindən əqd siğəsi oxumasın. Yə’ni əqdin iki tərəfi iki nəfər olsun. Həmçinin, müstəhəb ehtiyata əsasən, insan qadını özünə daimi və yaxud müvəqqəti əqd etmək üçün onun tərəfindən vəkil ola bilməz.
Məsələ 2030: Daimi əqdin siğəsini oxumaq üçün qadının belə deməsi kafidir: زَوَّجتُكَ نَفسِى علَى الصَّداَقِ المَعلُومِZəvvəctukə nəfsi ’ələs-sədaqil-mə’lum - (yə’ni, özümü müəyyən olunmuş mehr müqabilində sənə arvad etdim).Kişi də ondan sonra deyir:قَبِلتُ التَزوِيجَQəbiltut-təzvicə - (yə’ni, bu izdivacı qəbul etdim.)Əgər başqasını bu işə vəkil etsə, qadının vəkilinin belə deməsi kafidir:زَوَّجتُ مُوَكِّلَتِى مُوَكِّلَكَ عَلَى الصَّداَقِ المَعلُومِZəvvəctu muvəkkiləti muvəkkiləkə ələs-sədaqil-mə’lum- (Yə’ni, öz müvəkkiləmi sənin müvəkkilimin arvadlığına, müəyyən edilmiş mehriyyə əsasında keçirtdim.)Kişinin vəkili isə deyir:قَبِلتُ لِمُوَكِّلى ...(Mən də olduğu kimi müvəkkilim tərəfindən qəbul etdim.)