Ehramda olan ölünün hənutu
Məsələ 554: Həcc və ya ümrə üçün ehram bağlamış şəxs dünyasını dəyişsə onu hənut etmək, ətirləmək olmaz.
Məsələ 554: Həcc və ya ümrə üçün ehram bağlamış şəxs dünyasını dəyişsə onu hənut etmək, ətirləmək olmaz.
Məsələ 555: Əri ölmüş, hələ ki,vəfat iddəsində olan qadının ətirlənməsi haramdır. Amma bu qadın ölərsə onu hənut etmək vacibdir.
Məsələ 556: Vacib ehtiyat budur ki, meyyitə müşk, ənbər və bu kimi başqa ətirlər vurulmasın. Həmin ətirlərdən hətta hənut üçün də kafura qatmaq olmaz.
Məsələ 557: Əgər kafur qüsül və hənuta çatmasa, vacib ehtiyata əsasən, ondan qüsüldə istifadə edilir. Əgər yeddi üzvə çatmasa, alın digər üzvlərdən qabağadır.
Məsələ 558: Yaxşı olar ki, kafura bir qədər Seyyidüş-şühədanın(ə) türbətindən qatılsın. Amma həmin türbətdən o qədər qatmaq olmaz ki, qatqı kafur adlanmasın.
Məsələ 559: Müstəhəbdir ki, qəbirdə meyyitin yanına iki təzə,tər çubuq qoyulsun. Bu çubuq kəfənin içinə də qoyula bilər.
Məsələ 561: Meyyit namazı qüsül, hənut və kəfəndən sonra qılınır. Hətta unutqanlıq səbəbindən bu namaz qüsül, hənut və kəfəndən qabaq və ya onlar arasında qılınarsa batildir.
Məsələ 562: Meyyit namazında dəstəmaz, qüsül və ya təyəmmüm, bədən və libasın pak olması şərt deyil. Amma müstəhəb ehtiyat budur ki, başqa namazlar üçün nəzərdə tutulmuş şərtlərə riayat edilsin.
Məsələ 563: Meyyit namazını üzü qibləyə qılmaq vacibdir. Vacib ehtiyat budur ki, meyyiti namaz qılan şəxsin qarşısında arxası üstə uzatsınlar, onun baş tərəfi namaz qılanın sağında, ayaq tərəfi namaz qılanın solunda yerləşsin.
Məsələ 564: Namaz qılanın yeri meyyitin yerindən yuxarı və ya aşağı olmamalıdır. Amma azca fərqin eybi yoxdur. Namaz qılan şəxs meyyitdən uzaqda dayanmamalıdır. Amma bu namazı cəmiyyətlə qılan şəxs uzaq dayandıqda yaxın dayanmış şəxsə cərgə ilə bağlı olarsa eybi yoxdur.
Məsələ 565: Namaz qılan şəxs meyyitin qarşısında dayanmalıdır, onlar arasında pərdə və divar kimi arakəsmə olmamalıdır. Amma meyyiti tabut və bu kimi şeylərə qoymağın eybi yoxdur.
Məsələ 566: Meyyit namazını ayaq üstə, Allaha yaxınlıq məqsədi ilə qılmaq lazımdır. Niyyətdə meyyit müəyyənləşdirilməlidir. Məsələn, niyyət edilir ki, bu meyyitə namaz qılıram, qürbətən iləllah. Meyyit namazını ayaq üstə qılacaq şəxs olmasa, ona oturaq vəziyyətdə namaz qılınmalıdır.