Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 18Təqlid

Təqlid metodunda şəkk

Məsələ 18: Əgər insan bir müddət təqlid etmişsə və öz təqlidinin düzgün olub-olmadığını bilmirsə, ötən əməllərinə irad yoxdur. Amma hazırkı və gələcək əməllərində düzgün təqlid etməlidir.

Nömrə 2Təqlid

Təqlidin mənası

Məsələ 2: Hökmlərlə müctəhidə təqlidin mahiyyəti müctəhidin göstərişinə əməli istinad edilməsidir. Yə’ni təqlid edən insan öz əməllərini müctəhidin göstərişləri ilə şərtləndirir.

Nömrə 14Təqlid

Təqlidsiz əməl

Məsələ 14: Əgər bir şəxs müəyyən bir müddət təqlidsiz hərəkət etmişsə, təqlidə başlayanda araşdırma aparmalıdır. Əgər təqliddən öncəki əməlləri hazırkı müctəhidin fətvalarına uyğundursa qəbuldur, uyğun deyilsə onları təkrar yerinə yetirməlidir. Yetərincə araşdırma aparmadan bir müctəhidə təqlid edilən halda da eyni cür addım atılır.

Nömrə 2454Müzaribə

Tərəflərin səhmləri faizlə hesablanmaya da bilər

Məsələ 2454: Müzaribədə iki tərəfin payı faizlə hesablanmaya da bilər. Onlar hansısa bir miqdar müəyyənləşdirə bilərlər. Məsələn, filan sərmayə müqabilində 10 min manat qazanc nəzərdə tutula bilər. Bir şərtlə ki, müzaribənin qazancı tə’yin olunmuş miqdardan artıq olsun. Əgər əskik olarsa, müzaribə düzgün deyil.

Nömrə 1155Tərəxxüs həddin çatmaq

Tərəxxüs həddi nə deməkdir

Məsələ 1155: “Tərəxxüs həddi” dedikdə vətəndən o qədər uzaqlaşmaq nəzərdə tutulur ki, həmin yerdə şəhərin azan səsi eşidilməsin, camaat onu görməsin. Amma şəhər divarının görünüb-görünməməsinin əhəmiyyəti yoxdur. Amma həmin vaxt havada görmə və eşitməyə mane olacaq toz və külək olmamalıdır. Bu iki şərtdən biri ödənsə bəs edər. Bir şərtlə ki, ikinci şərtin ödənmədiyinə əminlik olmasın. Əks təqdirdə ehtiyat vacib budur ki, namaz həm tam, həm də yarı qılınsın.