Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2008Əmanətin şərt və hökmləri

Ölüm əlamətlərini hiss edərkən əmanətdarın vəzifəsi

Məsələ 2008: Əgər əmanətdar şəxs ölüm əlamətlərini özündə görsə, imkan daxilində əmanəti sahibinə və yaxud vəkilinə çatdırmalıdır. Mümkün olmadığı halda, vacib ehtiyata əsasən, şəriət hakiminə verməlidir. (Şəriət hakiminə) əli çatmadıqda vəsiyyət etməli, şahid tutmalı və vəsiyyət etdiyi şəxslə şahidə mal sahibinin adını, malı, onun xüsusiyyətlərini və onun yerini deməlidir.

Nömrə 2009Ariyə

Ariyənin mənası

Məsələ 2009: İnsanın öz malını başqasının ixtiyarında istifadə etməsi üçün qoyub, ondan heç nə almamasına “ariyə” deyilir.

Nömrə 2010Ariyə

Ariyə siğəsi

Məsələ 2010: Ariyəni iki formada yerinə yetirmək olar:Birincisi budur ki, onun üçün hər hansı bir dildə siğə oxusun. Məsələn “mən bu malı sənə ariyə verirəm” desin və o da qəbul etsin. İkincisi isə budur ki, siğə oxumadan nəzərdə tutduğu malı ariyə qəsdi ilə başqasının ixtiyarında qoysun və o da o məqsədlə təhvil alsın.

Nömrə 2011Ariyənin hökmləri

Ariyənin icazəli olmadığı hallar

Məsələ 2011: Qəsb edilmiş və yaxud insanın şəxsi malı olan lakin, mənfəəti başqasının öhdəsində qoyulmuş şeyi ariyə vermək düzgün deyil. Əgər haqq sahibi razı olub icazə versə, istisnadır.

Nömrə 2014Ariyənin hökmləri

Mal tələf olarsa, ariyə alanın zamin olub-olmaması

Məsələ 2014: Ariyə götürdüyü şey tələf olsa, zamin deyil. Əgər onu qorumaqda səhlənkarlıq edibsə, istisnadır. Habelə, ariyə verən şəxs zaminliyi şərt edibsə və yaxud ariyə verdiyi şey qızıl, gümüş və ya onlardan düzəldilmiş bəzək əşyaları olsa, bu iki halda da tələf olsa, onun əvəzini verməlidir.