Məkkə hərəminin luqətəsi
Məsələ 2195: Vacib ehtiyata əsasən, Məkkə hərəmində bir dirhəm və yaxud ondan çox olan bir dəyərdə bir şey tapsa götürməsin.
Məsələ 2195: Vacib ehtiyata əsasən, Məkkə hərəmində bir dirhəm və yaxud ondan çox olan bir dəyərdə bir şey tapsa götürməsin.
Məsələ 2196: Tapdığı malın əlaməti varsa və qiyməti bir dirhəm və yaxud ondan çoxdursa, onu bir il ərzində e’lan etməlidir (belə ki, tapdığı gündən bir həftə hər gün, ilin sonuna qədər isə həftədə bir dəfə cəmiyyət arasında e’lan etsə kafidir). O malın müsəlmana və yaxud müsəlmanların amanında yaşayan kafirə aid olmasından asılı olmayaraq, e’lan etmək vacibdir.
Məsələ 2197: Əgər şifahi e’lan etmək əvəzinə e’lanı yazılı olaraq camaatın gediş-gəliş mərkəzində yapışdırsa və oranın əksər camaatı savadlı olsa və yaxud savadlı şəxslər onu bisavadlar üçün oxusalar, bir il ərzində e’lan orada qalsa kafidir.
Məsələ 2198: Əgər bir il sona yetməzdən öncə onun sahibini tapmaqdan ümidsiz olsa və yaxud əvvəldən onun sahibini tapmağa ümidi olmasa, vacib ehtiyata əsasən, o malı həqiqi sahibi tərəfindən fəqirə verməlidir.
Məsələ 2199: Əgər müqəddəs hərəmlərin birində və ya məscidlərdə tapılan əşyalar üçün bir yer tə’yin etsələr və camaat itirdikləri malı tapmaq üçün ora müraciət etməli olduqlarını bilsələr və o yerin idarəçiləri e’timadlı adamlar olsalar, itirilmiş malı ora təhvil vermək kafidir və onlar bir il onu saxlamalıdırlar və əgər onun sahibi tapılamasa, sonrakı məsələyə uyğun əməl etməlidirlər. Əgər bəzi məntəqələrdə itirilmiş əşyalar üçün belə bir yer nəzərdə tutulub və camaatın ondan xəbəri varsa, itirilmiş malı o yerə təhvil verməklə e’lan etmək vəzifəsi camaatın öhdəsindən götürülür.
Məsələ 2200: Əgər bir il ərzində e’lan etdikdən və yaxud e’lan edilən bir yerdə saxlanıldıqdan sonra malın sahibi tapılmasa, tapan şəxs dörd işdən birini yerinə yetirməkdə azaddır:1- Hər vaxt sahibi tapılsa, mal mövcud olmadığı halda onun əvəzini ona verəcəyi məqsədi ilə onu özü üçün götürsün; 2- Əmanət kimi malı onun üçün saxlasın; 3- Allah yolunda sahibi tərəfindən sədəqə versin; 4- Onu şəriət hakiminin öhdəsində qoysun və müstəhəb ehtiyat, sədəqə vermək və yaxud müctəhidin öhdəsində qoymaqdır.
Məsələ 2201: Əgər bir il e’lan etdikdən sonra malın sahibi tapılmasa və malı əmanət kimi onun sahibi üçün saxlasa və mal aradan getsə, beləki, əgər onu qorumaqda səhlənkarlıq etməyibsə və yaxud ifrata varmayıbsa zamin deyil; əgər sahibi tərəfindən sədəqə versə və sahibi tapıldıqdan sonra sədəqə verməyə razı olmasa, onun əvəzini verməlidir.
Məsələ 2202: Həddi-büluğa yetməyən bir uşaq bir mal tapsa, vacib ehtiyata əsasən, onun vəlisi e’lan etməlidir. Belə ki, bir il ərzində onun sahibi tapılmasa, ötən dörd göstərişə əsasən, uşağın məsləhətinə uyğun əməl etməlidir.
Məsələ 2203: Əgər e’lan etdiyi il əsnasında mal tələf olsa, zamin deyil. Əgər onun qorunmasında səhlənkarlı edib və yaxud ifrata varıbsa istisnadır.
Məsələ 2204: Əgər bir malı tapsa və öz malı olduğunu güman edib götürsə, sonra onun özününkü olmadığını başa düşsə, onu götürdüyü yerdə qoya bilməz və ötən göstərişlərə əsasən, bir il ərzində e’lan etməlidir. Əgər öz ayağı ilə ona təkan versə, bu işin iradlı olmasına baxmayaraq, bu hökmə aid olmur.
Məsələ 2205: E’lan etdikdə əlamətləri aydın olmayan halda deməlidir. Əgər bir nəfər gəlib onun əlamətlərini desə və malın onunku olmasına əmin olsa, ona verməlidir. Lakin, əksər hallarda hətta mal sahibinin də diqqət yetirmədiyi əlamətləri deməsi lazım deyil.
Məsələ 2206: Əgər qiyməti bir dirhəm və yaxud ondan da çox olan bir malı tapsa, belə ki, e’lan etməyib onu məsciddə və yaxud camaatın toplaşdığı yerdə qoyduqdan sonra tələf olsa və yaxud başqası onu götürsə, onu ilk dəfə tapan şəxs zamindir.