Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1426Qəza orucunun hökmləri

Sübh olmasında şəkk edən insanın yeməsi

Məsələ 1426: İnsan qürubun olub-olmamasında şəkk etdikdə iftar edə bilməz. İftar etdiyi halda isə həm qəzası və həm də kəffarəsi var. Lakin, sübhün olub-olmamasında şəkk etsə orucu batil edən şeyləri yerinə yetirə bilər və araşdırma aparmaq da vacib deyil.

Nömrə 1376Sübh namazına kimi cənabətli halda qalmaq

Sübhə qədər oyanmayacağını bilə-bilə yatan cunub insan

Məsələ 1376: Ramazan ayı gecəsində cənabətli olan bir şəxs yatacağı halda sübhə qədər oyana bilməyəcəyini bilsə, yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa, orucunun eybi var və vacib ehtiyata əsasən, qəza və kəffarəsini də yerinə yetirməlidir. Lakin, oyanacağını ehtimal verdiyi halda yata bilər və vacib ehtiyata əsasən, ikinci dəfə oyananda yatmayıb, qusl etməlidir.

Nömrə 2109Süd verməyin hökmləri

Süd içən körpənin atası süd verənin qızları ilə evlənə bilər

Məsələ 2109: Əgər qadın südəmər bir uşağa, şəriət qaydaları əsasında süd versə, uşağın atası o arvadla ya da ondan dünyaya gələn qızlarla evlənə bilər. Həmçinin süd ona məxsus olan ərin qızı ilə də (istər süd qızı olsun, istərsə də doğma qızı) evlənə bilər. Eləcə də o qadının başqa ərdən olan süd qızları ilə evlənməyin maneəsi yoxdur, baxmayaraq ki, bu hallar məkruhdur.

Nömrə 2109

Süd içən körpənin atası süd verənin qızları ilə evlənə bilməz

Məsələ 2109: Əgər qadın bir uşağa, sonradan deyiləcək şərtlər əsasında süd versə, uşağın atası o arvaddan dünyaya gələn qızlarla və vacib ehtiyata əsasən, süd ona məxsus olan ərin qızı ilə də evlənə bilməz. Vacib ehtiyata əsasən, onun süd qızları ilə də izdivac etməsinlər. Lakin, o arvadın başqa ərdən olan süd qızları ilə evlənməyin maneəsi yoxdur.

Nömrə 2109Süd verməyin hökmləri

Süd içən körpənin atasının süd verən qadının ərinin qızları ilə evlənə bilər

Məsələ 2109: Əgər qadın bir uşağa, sonradan deyiləcək şərtlər əsasında süd versə, uşağın atası o arvaddan dünyaya gələn qızlarla və vacib ehtiyata əsasən, süd ona məxsus olan ərin qızı ilə də evlənə bilməz. Vacib ehtiyata əsasən, onun süd qızları ilə də izdivac etməsinlər. Lakin, o arvadın başqa ərdən olan süd qızları ilə evlənməyin maneəsi yoxdur.

Nömrə 2109

Süd içən körpənin atasının süd verən qadının ərinin qızları ilə evlənmək haqqı yoxdur

Məsələ 2109: Əgər qadın bir uşağa, sonradan deyiləcək şərtlər əsasında süd versə, uşağın atası o arvaddan dünyaya gələn qızlarla və vacib ehtiyata əsasən, süd ona məxsus olan ərin qızı ilə də evlənə bilməz. Vacib ehtiyata əsasən, onun süd qızları ilə də izdivac etməsinlər. Lakin, o arvadın başqa ərdən olan süd qızları ilə evlənməyin maneəsi yoxdur.

Nömrə 2110

Süd verən qadının əri süd içən körpənin bacılarına məhrəm olmur

Məsələ 2110: Əgər bir qadın sonradan deyiləcək şərtlərlə uşağa süd versə o qadının əri (süd ona məxsusdur) o uşağın bacılarına məhrəm olmur, ancaq ehtiyat-müstəhəb budur ki, onlarla evlənməsin. Həmçinin ərin qohumları da o uşağın bacı və qardaşları ilə məhrəm olmur.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت