İki arvaddan biri digərinin əmisi uşağına süd verərsə
Məsələ 2125: Bir kişinin iki arvadı olsa və onlardan biri o biri qadının əmisi uşağına süd versə, onun əmi övladlarına süd verən qadın öz ərinə haram olmur.
Məsələ 2125: Bir kişinin iki arvadı olsa və onlardan biri o biri qadının əmisi uşağına süd versə, onun əmi övladlarına süd verən qadın öz ərinə haram olmur.
Məsələ 2126: Heç kəs uşağa süd vermək üçün anadan üstün deyil və yaxşı olar ki, uşağına verdiyi südün müqabilində ərindən muzd almasın; baxmayaraq ki, bu işə görə muzd alamağa hüququ var. Əgər ana dayədən artıq muzd almaq istəsə, ər uşağı ondan alıb, dayəyə verə bilər.
Məsələ 2127: Rəvayətlərdə qeyd edilibdir ki, uşaq üçün seçilən dayə ağıllı, imanlı, iffətli və gözəl üzlü olmalı və dəli, möminə olmayan, eybəcər, pis əxlaqlı və yaxud zinazadə dayə seçməməlidirlər. Həmçinin, uşağı zinadan dünyaya gələn, südü zinadan olan dayəni seçməkdən pəhriz edilməlidir.
Məsələ 2128: Qadınlar hər uşağa süd verməsələr yaxşıdır. Çünki, hansı şəxslərə süd vermələrini unutmaları ehtimalı var və sonra iki nəfər məhrəm bir-birləri ilə evlənə bilər. Xüsusi ilə müasir dövrdə quru süd və s.-dən istifadə etmək mümkün olduğu üçün başqalarının uşaqlarına süd vermək zərurəti çox azdır.
Məsələ 2129: Süd vermək vasitəsi ilə qohum olan şəxslərin bir-birlərinə ehtiram göstərmələri müstəhəbdir, lakin qohumluq hüquqları yoxdur və bir-birlərindən irs aparmırlar.
Məsələ 2130: İmkan daxilində uşağa düz iki il süd vermək müstəhəbdir.
Məsələ 2131: Qadın ərinin hüququ pozulmamaq şərti ilə, ondan icazəsiz olaraq başqasının uşağına süd verə bilər. Lakin ehtiyat müstəhəbdir ki öz qızının uşağına süd verməsin.
Məsələ 2132: Əgər bir kişi qardaşı arvadının ona məhrəm olmasını istəsə, bir südəmər qızı onun vəlisinin icazəsi ilə özünə əqd etməli və bu halda qardaşı arvadı o qıza kamil süd verməlidir. Vacib ehtiyata əsasən, əqdin müddəti qızın cinsi faydalanma həddinə çatması qədər olmalı və həmçinin, belə bir əqd qızın məsləhətinə uyğun olmalıdır.
Məsələ 2133: Məhrəmliyə səbəb olan süd vermə iki yolla sübut olunur:Birincisi, insanın yəqin tapdığı bir dəstənin xəbər verməsi ilə;İkincisi, İki adil kişi və yaxud dörd adil qadının şəhadət verməsi ilə. Hətta, vacib ehtiyata əsasən, bir kişi və yaxud qadının şəhadəti ilə də kifayətlənsinlər. Lakin, şahidlər süd vermənin şərtlərini də deməlidirlər. Məsələn, onlar “filan uşaq 15 dəfə filan arvadın döşündən (2116-cı məsələdə qeyd edildiyi kimi) kamil süd yemişdir” deməlidirlər. Əgər onların bütün şərtləri bilmələrini və onda eyni nəzərə malik olmalarını bilsək, onu şərh vermək lazım deyil.
Məsələ 2134: Əgər uşağın məhrəmliyə səbəb olacaq qədər süd yeyib-yemədiyini bilməsələr, məhrəm olmaq sabit olmur, gərək yəqinə çatsınlar.
Məsələ 2135: Öz arvadına təlaq verən kişi aqil, vacib ehtiyata görə həddi-büluğa çatan olub öz ixtiyarı üzündən təlaq verməlidir. Əgər onu, arvadına təlaq verməyə məcbur etsələr, təlaq batildir. Həmçinin gərək təlaq vermək niyyəti olsun. Deməli, təlaq siğəsini zarafatyana desə düzgün deyil.
Məsələ 2136: Vacib ehtiyata əsasən, təlaq siğəsi düzgün ərəb dilində oxunmalıdır və iki adil kişinin onu eşitməsi vacibdir. Əgər ər özü təlaq siğəsini oxumaq istəsə, arvadının adı, məsələn, Fatimədirsə, deyir:زَوجَتىِ فَاطِمَةُ طَالِقُ(Zəvcəti Fatimətu taliqun- yəni, arvadım Fatimə arvadlıqdan azaddır).Əgər başqasını vəkil etsə, o vəkil deməlidir:زَوَجَةُ مُوَكْلِىِ فَاطِمَةُ طَالِقُ(Zəvcətu muvəkkili Fatimətu taliqun- yəni, müvəkkilimin arvadı azaddır.)