Ədədiyyə adəti olan qadının vəzifəsi
Məsələ 471: Ədədiyyə adəti olan qadın, yə’ni iki ardıcıl ayda eyni müddət lakin dəyişik vaxtda qan görən qadın həmin neçə gündə heyiz hökmlərinə əməl etməlidir.
Məsələ 471: Ədədiyyə adəti olan qadın, yə’ni iki ardıcıl ayda eyni müddət lakin dəyişik vaxtda qan görən qadın həmin neçə gündə heyiz hökmlərinə əməl etməlidir.
Məsələ 472: Qandan təmizlənməyən, amma iki ardıcıl bir neçə gün heyiz nişanəli, bir neçə gün istihazə nişanəli qan görən qadın hər iki ayda heyiz nişanəli günlərin sayı eyni olarsa, amma bu günlər eyni vaxta düşməzsə, həmin heyiz nişanəli günləri heyiz saymalıdır.
Məsələ 473: Ədədiyyə adəti olan qadın adət günlərindən artıq qan görərsə və bu günlərin sayı on gündən artıq olarsa, bütün qanlar eyni şəkildə olduqda adət günləri sayda günləri heyiz, qalan günləri istihazə saymalıdır. Əgər bir neçə günün qanında heyiz nişanəsi olarsa həmin günlər heyiz sayılmalıdır. Adət günlərindən artıq qan görərsə onun axırından əskiltməlidir. Əgər həmin günlər adət günlərindən az olarsa, həmin günləri və adət günlərinə uyğun olaraq sonrakı bir neçə günü heyiz saymalı, qalan günləri istihazə hökmünə əməl etməlidir.
Məsələ 474: Müztəribə dedikdə bir neçə ay qan görsə də müəyyən adəti olmayan qadınlar nəzərdə tutulur. Belələri on gün və ya on gündən az qan görərlərsə bütün günləri heyiz saymalıdırlar. Əgər on gündən artıq qan görərlərsə, heyiz nişanəsi olan günlər üç gündən az, on gündən çox olmadığından heyiz sayılır. Bütün qanlar eyni şəkildə olarsa qohumların adəti üzrə hərəkət edilir. (Əgər əksər qohumlarda adət eyni cürdürsə) qohumların adəti fərqli olsa, ehtiyat budur ki, qadın yeddi gün adət müddəti tə’yin etsin.
Məsələ 475: Mubtədiə dedikdə ilk dəfə heyiz qanı görmüş qadın nəzərdə tutulur. Əgər qan görünən günlər on gün və ya on gündən az olarsa heyiz sayılır. Əgər on gündən çox olarsa, qanları eyni cür olduqda qohumların adətini (əgər onların hamısının və yaxud əksərinin adəti bir olarsa) özü üçün heyz, qalan günləri isə istihazə qərar verməlidir. Onların adəti fərqli olduqda vacib ehtiyata görə öz adətini yeddi gün təyin etməlidir.
Məsələ 476: Əgər mubtədiə qadın on gündən artıq qan görərsə, bu on günün bir neçə günündə heyiz nişanəsi olarsa, heyiz nişanəsi olan günlər üç gündən az, on gündən çox olmadıqda heyiz hökmlərinə əməl olunur. Qalan günlər istihazə sayılır. Əgər üç gündən az olarsa heyiz nişanəsi olan günləri heyiz hökmlərinə əməl olunur, qalan günlər qohumların adəti əsas götürülür. Heyiz nişanəsi olan günlər on günü aşarsa qohumların adəti əsas götürülür, qalan günlər istihazə sayılır.
Məsələ 477: Nasiyə dedikdə adət günlərini unutmuş qadın nəzərdə tutulur. Belə bir qadın on günü və ya on gündən az qan görərsə həmin günləri heyiz saymalıdır. Əgər on gündən artıq qan görərsə, heyiz nişanəsi olan günləri heyiz saymalı (bir şərtlə ki, üç gündən az və on gündən çox olmasın),əgər çox olarsa və yaxud bütün günlərdə qan eyni şəkildə olduqda vacib ehtiyata əsasən,ilk yeddi günü heyiz, qalan günləri isə istihazə təyin etməlidir.
Məsələ 478: Mubtədiə, muztəribə, nasiə və ədədiyyə adəti olan qadınlar heyiz nişanəli qan gördükdə dərhal ibadəti tərk etməlidirlər. Sonradan başa düşsələr ki, heyiz olmayıblar, yerinə yetirmədikləri ibadətlərin qəzasını yerinə yetirməlidirlər. Amma qanda heyiz nişanəsi olmadıqda istihazə hökmünə əməl olunmalıdır. Heyiz qanı sübuta yetənədək belə əməl olunur. Amma vəqtiyyə adəti və vəqtiyyə və ədədiyyə adəti olan qadınlar adət günlərində qan görən kimi ibadəti tərk edirlər.
Məsələ 479:Adəti(vəqtiyyə,ədədiyyə və yaxud yalnız vəqtiyyə və ya yalnız ədədiyyə)olan qadınlar iki ay ardıcıl adətlərinin ziddinə olaraq qan görsələr adətləri dəyişir və son iki ayda gördüklərini əsas götürürlər.
Məsələ 480: Adətən ayda bir dəfə qan görən qadın bir ayda iki dəfə qan görərsə və həmin qanlarda heyiz nişanəsi olarsa, ortada pak olduğu günlər on gündən az olmadıqda qan gördüyü hər iki dövrü heyiz saymalıdır.
Məsələ 481: Əgər üç gün və ya daha artıq heyiz nişanəli qan görüb sonra on gün və ya daha artıq istihazə nişanəli qan görərlərsə, sonra yenidən heyiz nişanəli qan gördükdə bütün heyiz nişanəsi olan günləri heyiz hökmünə əməl etməlidirlər.
Məsələ 482: Əgər qadın on gündən tez paklanarsa və bətnində qan olmadığını bilərsə, on gün tamam olmamışdan öncə yenidən qan görəcəyinə əmin olsa belə, qüsül verib ibadətlərini yerinə yetirməlidir.