Daimi əqddə mehriyyə müəyyən etməyin vacib olmaması
Məsələ 2068: Daimi nikahda mehriyyənin təyin edilməsi vacib deyil və onsuz əqd düzgündür. Lakin, sonradan onunla yaxınlıq etdiyi halda, mehriyyəsini onun kimi qadınlara uyğun olan halda verməlidir.
Məsələ 2068: Daimi nikahda mehriyyənin təyin edilməsi vacib deyil və onsuz əqd düzgündür. Lakin, sonradan onunla yaxınlıq etdiyi halda, mehriyyəsini onun kimi qadınlara uyğun olan halda verməlidir.
Məsələ 2069: Əgər nikahda mehriyyənin verilməsi üçün bir zaman tə’yin olunmayıbsa, qadının tez bir zamanda mehriyyəsini tələb etmək hüququ var. Hətta mehriyyəsini almazdan qabaq, ərin mehriyyəni verməyə imkanı olub-olmamasından asılı olmayaraq, əri ilə cinsi yaxınlığın qarşısını ala bilər. Əgər onun imkansızlığı əvvəlcədən mehriyyənin nəqd halında deyil, onun zimməsində olmasına işarə olsa, istisnadır.
Məsələ 2070: Müvəqqəti evlənmədə mehriyyənin və vaxtın miqdarı təyin edilməlidir və əks təqdirdə (bu evlənmə) batildir.
Məsələ 2071: Müvəqqəti evlənmə ləzzət qəsdi ilə olmaya da bilər. Bu iş qohumların o qızla məhrəm olması məqsədi ilə də olsa caizdir, bu şərtlə ki, müvəqqəti evləndirilən qız cinsi ləzzəti dərk etmə həddində olsun. Məsələn, əgər (qız) kiçikdirsə, vaxtı o qədər uzatmalıdırlar ki, qızın (cinsi ləzzəti) dərk etmə dövranına da şamil olsun. Hətta nikahdan sonra müddəti bağışlasalar belə.
Məsələ 2072: Vacib ehtiyata əsasən, müvəqqəti evlənmədə ər dörd aydan artıq yoldaşı ilə cinsi əlaqədə olmağı tərk etməməlidir.
Məsələ 2073: Müvəqqəti evlənmədə qadın kişinin onunla cinsi əlaqədə olmayıb, yalnız başqa ləzətləri aparmasını şərt edə bilər. Lakin, sonradan bu işə razı olsa, (onunla cinsi əlaqədə olmağın) maneəsi yoxdur.
Məsələ 2074: Müvəqqəti evlənmədə qadının xərc hüququ yoxdur, hamilə olduqda ərindən, əri də ondan irs aparmır və vacib olaraq bir yataqda yatmaq hüququ da yoxdur.
Məsələ 2075: Müvəqqəti həyat yoldaşı ərindən icazəsiz evdən çölə gedə bilər, evdən xaric özünə iş seçə bilər. Əgər çölə çıxmaq vasitəsi ilə ərinin hüququ pozulsa, istisnadır.
Məsələ 2076: Ata və yaxud atanın atası bir qadınla məhrəm olmaqdan ötrü onu müvəqqəti olaraq həddi-büluğa çatmayan oğluna əqd edə bilər (bu şərtlə ki, əqdin müddəti oğlanın cinsi faydalanma vaxtına da şamil olmalıdır) və habelə, həddi-büluğa çatmayan bir qızı (oğlan haqqında deyilən şərtlər əsasında) qohumlara məhrəm olması üçün, bir şəxsə əqd edə bilərlər. Hər iki halda, vacib ehtiyata əsasən, əqdin o iki nəfər üçün bir faydası olsun və fəsadı olmasın.
Məsələ 2077: Kişi müvəqqəti evlənmənin müddətini bağışlayaraq ona son qoya bilər. Bu halda, - cinsi yaxınlıq olsa da olmasa da - onun bütün mehriyyəsini verməlidir.
Məsələ 2078: Kişi müvəqqəti evləndiyi qadınla daimi əqd edə bilər. Lakin, ilk olaraq (müvəqqəti evlənmədən qalan) müddəti bağışlayıb sonra onu (daimi) əqd etməlidir.
Məsələ 2079: Müvəqqəti evlənmənin zamanı bitdikdən sonra təlaq kitabında veriləcək şərh əsasında iddəsi var və ondan dünyaya gələn uşaqlar bütün övladlıq hüquqlarına malikdirlər; ər-arvadın bir-birlərindən irs aparmamasına baxmayaraq, uşaqlar ata, ana və qohumlarından irs aparırlar.