Nəcis qabı paklamaq üsulu
Məsələ 170: Murdar qab az su ilə üç dəfə yuyulmalıdır. Amma onu kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir. Bununla belə, üç dəfə yumaq daha yaxşıdır. (Su boruları ilə axıdılan su axar su hökmündədir.)
Məsələ 170: Murdar qab az su ilə üç dəfə yuyulmalıdır. Amma onu kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir. Bununla belə, üç dəfə yumaq daha yaxşıdır. (Su boruları ilə axıdılan su axar su hökmündədir.)
Məsələ 171: Əgər it bir qabı yalamışsa və ya ondan su, başqa bir maye içmişsə, öncə həmin qabı bir qədər su ilə qatışmış torpaqla sürtmək, sonra ya az su ilə iki dəfə, ya da kürr və ya axar su ilə bir dəfə yumaq lazımdır. Əgər itin ağzının suyu bir qaba tökülərsə, müstəhəb ehtiyata əsasən, yuxarıda deyilən qaydada hərəkət edilməlidir. Amma itin bədəninin başqa bir hissəsi və ya rütubəti qaba toxunarsa, həmin qabı torpaqla sürtmək vacib deyil. Həmin qabı az su ilə üç dəfə, kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir.
Məsələ 172: İtin ağzının toxunduğu qabın ağzı darsa və onu torpaqla sürtmək imkanı olmasa, imkan olan şəraitdə bir çubuğa parça sarıyıb yaş torpağı həmin parça ilə qabın içinə sürtmək lazımdır. Bu iş mümkün olmazsa, qaba bir qədər torpaq və bir qədər su töküb onu çalxamaq lazımdır. Sonra isə yuxarıda deyilən qayda ilə hərəkət olunur.
Məsələ 173: Bir qabdan donuz hər hansı bir maye içərsə, həmin qab yeddi dəfə yuyulmalıdır. Bu qabı torpaqla sürtmək lazım deyil. Qabı donuz yaladıqda və ya onda səhra siçovulu öldükdə də vacib ehtiyata əsasən həmin qab yeddi dəfə yuyulmalıdır.
Məsələ 174: Şərabla murdarlanmış qabı az su ilə üç dəfə yumaq və əllə sürtmək lazımdır. Həmin qabı yeddi dəfə yumaq müstəhəbdir.Kür və ya axar suilə bir dəfə yumaq kifayət edər və əl sürtçək də lazım deyildir.
Məsələ 175: Murdar gildən düzəlmiş və ya murdar su tökülmüş kuzə kürr və ya axar suya daxil edilərsə, su onun içinə daxil olub çıxarsa, bu kuzə pakdır. Su qabın içinə nüfuz etmədiyi halda onun zahiri paklanır. Qabın zahirini az su ilə də paklamaq olar.
Məsələ 176: Qabları paklamaq üçün onları az su ilə üç dəfə doldurub boşaltmaq kifayat edər. Ya da hər dəfə bir qədər su töküb onu elə hərəkət etdirmək lazımdır ki, su bütün murdar yerləri əhatə etsin. Sonra həmin su bayıra tökülür.
Məsələ 177: Küp və qazan kimi böyük qabları paklamaq üçün onları üç dəfə su ilə doldurub boşaltmaq bəs edər. Daha asan yol budur ki, hər dəfə bu qabların divarları yuxarıdan aşağıya suya çəkilsin və onların dibində yığışan su bayıra atılsın. Onların dibindən suyu götürmək üçün istifadə edilən qab hər dəfə yuyulmalıdır.
Məsələ 178: Dəmir əridilən vaxt murdarlanarsa da, suya çəkildikdə zahiri paklanar.
Məsələ 179: Murdarlanmış təndiri paklamaq üçün onu yuxarıdan aşağıya bir dəfə suya çəkmək bəs edər. Bir şərtlə ki, onun bütün ətrafı yuyulmuş olsun. Amma təndir sidiklə murdarlanarsa onu iki dəfə yumaq lazımdır. Yaxşı olar ki, onun dibində çala qazılsın və paklama zamanı axıdılan su həmin çalaya toplansın. Su həmin çaladan çıxarıldıqdan sonra onu torpaqla doldurmaq lazımdır.
Məsələ 180: Murdar şeydən murdarın əslini təmizləmək üçün onu kürr və ya axar su ilə yusalar, ya da murdarın əsli təmizləndikdən sonra onu kürr və ya axar suya salsalar, paklanar. Amma xalça, libas və bu kimi şeyləri paklamaq üçün onları sıxmaq ya da hərəkət verməklə suyunu xaric etmək lazımdır.
Məsələ 181:İstər sidik və istərsədə sidikdən başqa bir şeylə murdarlanmış şeyi paklamaq üçün onu bir dəfə yumaq kifayət edər.İstər kürr su ilə olsun və ya az su ilə.Lakin Sidikdə az su ilə iki dəfə yumaq daha yaxşıdır.