Namaz əsnasına qadının heyz olması
Məsələ 447: Əgər qadın namaz gedişində heyiz olsa namazı batildir. O namazını davam etdirməməlidir. Amma heyiz olub-olmadığına şübhələnsə, namazı düzgündür.
Məsələ 447: Əgər qadın namaz gedişində heyiz olsa namazı batildir. O namazını davam etdirməməlidir. Amma heyiz olub-olmadığına şübhələnsə, namazı düzgündür.
Məsələ 448: Qadın heyizdən paklansa, ibadətləri yerinə yetirmək üçün qüsül verməlidir. Əgər su əldə edə bilməsə təyəmmüm etsin. Heyiz qüslü də cənabət qüslü kimidir. Ondan sonra namaz üçün dəstəmaz almaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, dəstəmaz da alsın (qüsüldən öncə və ya sonra olmasının fərqi yoxdur.)
Məsələ 449: Qadın heyiz qanından paklandıqdan sonra onun talaqı düzdür. Əri də onunla yaxınlıq edə bilər. Qüsül verməmişdən öncə də yaxınlıq etmək mümkündür. Amma müstəhəb ehtiyat budur ki, qüsüldən öncə yaxınlıq olmasın. Amma məsciddə dayanmaq, Qur’an xəttinə toxunmaq kimi heyizə haram olan işlər qüsül verənədək vacib ehtiyata əsasən, halal olmur.
Məsələ 450: Qadının heyiz zamanı qılmadığı namazların qəzası yoxdur. Amma vacib orucların qəzası tutulmalıdır.
Məsələ 451: Namaz vaxtı daxil olduqdan sonra qadın bilsə və yaxud güman etsə ki, namazı tə’xirə salsa heyiz olacaq, dərhal namazını qılmalıdır.
Məsələ 452: Əgər qadın namazın ilk vaxtında bir namazı qılmaq həddində pak olsa və həmin namazı qılmayıb heyiz olsa, həmin namazın sonradan qəzasını yerinə yetirməlidir. Bu işdə hər kəs öz vəziyyətini nəzərə almalıdır. Məsələn, müsafir şəxs iki rəkət həddində, müsafir sayılmayan şəxs dörd rəkət həddində, dəstəmazı olmayan şəxs həm də dəstəmaz üçün vaxt nəzərdə tutmalıdır. Yalnız namaz üçün vaxt qaldıqda libas və bədəni də paklamaq lazımdırsa həmin namazın qəzasını yerinə yetirmək ehtiyat vacib namazı qəza etməlidir.
Məsələ 453: Əgər namazın son vaxtında paklanarsa, qüsl etməli və namaz qılmalıdır. Əgər bir rəkət namaz üçün vaxt qalarsa belə, vacib ehtiyata əsasən, namazı qılsın. Namazı qılmazsa onun qəzasını yerinə yetirməlidir.
Məsələ 454: Əgər namazın son vaxtında paklansa və qüsl üçün vaxt olmasa, yalnız təyəmmüm edib namazın bir rəkətini vaxtında qıla bilsə, namaz ona vacib deyil. Amma vaxt darlığından əlavə vəzifəsi təyəmmüm olsa, məsələn, su onun üçün zərərli olsa, təyəmmüm edib namazını qılmalıdır.
Məsələ 455: Qadın paklansa və şəkk etsə ki, namaz üçün yetərincə vaxt qalıb, yoxsa yox, namazını qılmalıdır.
Məsələ 456: Müstəhəbdir ki, heyiz olmuş qadın namaz vaxtı özünü qandan paklayıb pambıq və ya parçanı dəyişsin və dəstəmaz alsın. Əgər bu işləri görə bilməzsə təyəmmüm etsin. Bundan sonra namaz yerində üzü qibləyə əyləşib zikr və duaya məşğul olsun. Amma Qur’an oxuması, özü ilə Qur’an gəzdirməsi, Qur’anın haşiyələrinə toxunması, həna qoyması yaxşı deyil.(kərahəti vardır)
Məsələ 457: Heyiz qadınlar altı qrupa bölünür:1.”Vəqtiyyə” və “ədədiyyə” qaydası olanlar: İki ay ardıcıl eyni vaxtda heyiz görən və hər iki ayda heyiz günlərinin sayı eyni olan qadınlar. Məsələn, hər iki ayın birinci günündən yeddinci gününədək qan görənlər.2. “Vəqtiyyə” adəti olanlar: İki ay ardıcıl eyni vaxtda heyiz olanlar. Amma bu qrupdan olanların ayrı-ayrı aylarda heyiz günləri bir-birindən fərqlənir. Məsələn, bir ayda beş gün, ikinci ayda yeddi gün qan görürlər.3. “Ədədiyyə” adəti olanlar: İki ay ardıcıl eyni müddət heyiz olanlar. Amma onların heyizi ayrı-ayrı aylarda, ayrı-ayrı günlərdə başlanır. Məsələn, bir ayın ilk günü, o biri ayın onuncu günü.4. Müztəribə: Bir neçə ay heyiz olub heyiz vaxtı bilinməyən qadınlar. Bə’ziləri əvvəlcə müəyyən qaydada heyiz olsa da, sonra da bu qaydanın pozulması mümkündür.5. Mubtədiə: Bu qrupdan olan qadınlar ilk dəfə heyiz olanlardır.6. Nasiyə: Heyiz qaydasını yaddan çıxarmış qadınlar.Bu altı qrupun hər birinin öz hökmü vardır və sonrakı məsələlərdə deyiləcəkdir.
Məsələ 458: Vəqtiyyə və ədədiyyə qaydası olan qadınlar əvvəlcədən bildikləri gündə heyiz olurlar. Onlar adət günlərinin sonunadək heyiz qadının hökmlərinə əməl edirlər. həmin müddətdə onların gördüyü qanda heyiz nişanələrindən olub-olmamasının fərqi yoxdur.