İcarə verilmiş vəsaitin satışı halında icarənin hökmü
Məsələ 1881: Əgər icarə müddəti bitməzdən öncə mülkü icarə edənə satsa, icarə pozulmur və icarə edən icarə haqqını ödəməlidir. Habelə, əgər başqasına satsa, yenə də icarə qüvvəsində qalır.
Məsələ 1881: Əgər icarə müddəti bitməzdən öncə mülkü icarə edənə satsa, icarə pozulmur və icarə edən icarə haqqını ödəməlidir. Habelə, əgər başqasına satsa, yenə də icarə qüvvəsində qalır.
Məsələ 1882: Əgər icarə müddəti başlamazdan öncə mülk istifadə olunmaz halda xarab olsa və yaxud müqaviləyə uyğun istifadə edilməsi mümkün olmasa, icarə batil olur və icarə edənin mülk sahibinə verdiyi pul ona qaytarılır. Lakin, istifadə edilməsindən bir müddət keçdikdən sonra xarab olsa, icarənin qalan müddəti batil olur.
Məsələ 1883: Əgər, məsələn, iki otaqlı evi icarəyə verdikdən sonra onun bir otağı xarab olsa və onu tez təmir edib, istifadə üçün yararlı hala gətirsə, icarə batil olmur və icarə edənin də müqaviləni pozmaq hüququ yoxdur. Lakin təmir işləri uzansa və icarə edənin istifadə etməsi üçün (otaq) bir müdət yararlı olmasa, o otağa nisbətdə icarə batil olur və qalanında da müqaviləni pozmaq hüququ var.
Məsələ 1884: İcarə mülk sahibinin ölümü ilə batil olur amma icarə edənin ölümü ilə batil olmur və bu hüquq (icarə hüququ) icarə müddətinin sonuna qədər icarə edənin varisləri üçün öz qüvvəsində qalır. Yox əgər başqasının yox, məhz icarə edənin ondan istifadə etməsini şərt etsələr, mülk sahibinin icarənin qalan müddətini pozmaq hüququ var.
Məsələ 1885: Əgər iş sahibi bənnanı onu tikinti işləri üçün fəhlə gətirməyə vəkil etsə və fəhlələrə verdiyi muzddan artıq, iş sahibindən pul alsa, haramdır. Lakin, binanı müəyyən məbləğ daxilində sona yetirməsini qəbul etsə və xərclədiklərindən artıq olsa, eybi yoxdur. Amma vacib ehtiyata əsasən, özü bənnalıq, ona (bənnalığa) nəzarət və yaxud avadanlıqların alınması kimi bir iş görməməlidir.
Məsələ 1886: Əgər rəngsaz parçanı, müəyyən şəkildə rəngləməyi şərt etsə və başqa cür rəngləsə, muzd almaq hüququ yoxdur. Əksinə, parçanın xarab olmasına və yaxud keyfiyyətinin aşağı düşməsinə səbəb olubsa, zamindir. Bu məsələ (hökm) dərzi, pinəçi və s. haqqında da qüvvəsində qalır.
Məsələ 1887: Yer sahibinin öz torpağını əkinçilik üçün əkinçinin ixtiyarında qoymasına və məhsulun müəyyən hissəsini malikə verməsinə “müzariə” deyilir. Müzariə siğəsi həm şifahi olaraq, məsələn, (torpaq sahibi) “mən bu torpağı iki il ərzində məhsulun üçdə birini almaqla sənin ixtiyarında qoyuram” və əkinçi də “qəbul etdim” deyə oxumaq olar və həm də siğə oxunmadan, torpağı əkinçilik etmək üçün əkinçinin ixtiyarına versin və o da təhvil alsın. (Əlbəttə (müzariənin) müddəti və məhsulun (hissə) neçə faizini alacağı və s. üçün lazımi danışıqlar əvvəlcədən müəyyən edilməlidir).
Məsələ 1888: Müzariənin bir neçə şərti var:1-Torpaq sahibi və əkinçi həddi-büluğa çatmış, aqil olmalı, öz ixtiyarları ilə müzariə etməli, şəriət hakimi onları mallarından istifadə etmələrinin qarşısını almamalı və səfeh olmamalıdır; 2-Torpağın bütün məhsulu o iki nəfərdən birinə məxsus edilməməlidir; 3-Hər birinin payı (ümumi məhsuldan) “muşa” halında -məhsulun yarısı, üçdə biri və s. olmalıdır. Bu baxımdan, əgər bir növ məhsulun birinə, başqa növün isə ayrısına məxsus olmasını və yaxud torpağın bir hissəsinin məhsulunu birinə, ayrı hissəsini isə ikinciyə malik olmasını şərt etsələr düzgün deyil. Həmçinin, torpaq sahibinin “bu torpağı ək və istədiyin qədər mənə ver” deməsi batildir; 4-Torpağın əkinçinin ixtiyarında olma müddəti müəyyən edilməli və müəyyən edilən müddət ərzində məhsulun yetişməsi mümkün olmalıdır; 5-Torpaq əkinçilik üçün yararlı olmalıdır. Əgər torpaq əkinçilik üçün münbit olmasa, lakin hansısa vasitələrlə əkinçilik üçün yararlı hala gətirilməsi mümkün olsa, müzariə düzgündür; 6- Əkinçilik növü müəyyən edilməlidir. Əgər əkinçilik növünün onların və kütlənin nəzərində heç bir fərqi olmasa və yaxud torpağın hansı məhsul üçün yararlı olması mə’lum olsa, istisnadır; 7-Torpaq müəyyən edilməlidir. Bu baxımdan, bir şəxsin bir neçə torpaq sahəsi olsa, onlardan birini müzariə üçün verdim, desə və torpaq sahələri keyfiyyətdə bir-birlərindən fərqli olsa, müzariə batildir. Lakin, o torpaqlar (keyfiyyət baxımından) bərabər olsalar və məsələn, bu torpaq sahəsinin 5 hektarını sənə verirəm, desə, maneəsi yoxdur. Habelə, əkinçi torpağı görmədiyi halda, (torpaq sahibi torpağın) keyfiyyətini ona bəyan edə bilər; 8-Əkinçilik, toxum və s. xərclərin kimin öhdəsində olması müəyyən edilməlidir. Lakin, onların hər birinin nə qədər xərc etmələri o məntəqənin camaatı arasında məlum olsa, kafidir.
Məsələ 1889: Əgər malik və yaxud əkinçi məhsulun müəyyən bir hissəsinin (məsələn, bir xarvar- 300 kq.) onun olmasını və qalan hissəsini iki nəfər arasında (öz aralarında) bölüşdürmələrini şərt etsə, eybi var.
Məsələ 1890: Əgər müzariənin müddəti sona yetsə və əkinçinin səhlənkarlığı üzündən məhsul ələ gəlməsə, torpaq sahibi əkinçini əkini biçməyə məcbur edə bilər; lakin, ilin təxirə düşməsinə görə olsa (rəsm olduğu kimi) malik səbr etməlidir. Əgər heç biri olmasa, əkini dərmək əkinçinin zərərinə səbəb olsa və malik bir zərər görməsə, yenə də səbr etməlidir. Amma zərər ona yönəldiyi halda əkinçini əkini dərməyə məcbur etməyə haqqı var.
Məsələ 1891: Əgər hansısa bir hadisə ilə bağlı torpaq sahəsində əkinçilik mümkün olmasa, məsələn, yeraltı su kanalları xarab olub, su kəsilsə, bu zaman, bir az ələ gələn əkin, hətta heyvanlara verməyə yararlı olan ot olsa belə, o miqdar, müqaviləyə əsasən, onların hər ikisinin malıdır, qalan hissəsində müzariə batildir.
Məsələ 1892: Əgər əkinçi, torpaq onun ixtiyarında olduğu halda əkinçilik etməsə, gərək o müddətin icarəsini malikə versin. Əgər torpaqda bir qüsur meydana gəlibsə, ona da zamindir.