Siğə oxunmamış əcir olmaq
Məsələ 1853: Əgər bir şəxs siğə oxumadan bir işi görməyə əcir olub, qarşı tərəfin tələbi ilə işə məşğul olarsa, icarə düzgündür.
Məsələ 1853: Əgər bir şəxs siğə oxumadan bir işi görməyə əcir olub, qarşı tərəfin tələbi ilə işə məşğul olarsa, icarə düzgündür.
Məsələ 1854: Danışmaq qabiliyyəti olmayan şəxs əgər işarə ilə başa salsa ki, öz mülkünü müəyyən müddət və məbləğ daxilində icarəyə vermiş və yaxud icarə etmişdir, düzgündür.
Məsələ 1855: İcarə etdiyi ev və yaxud dükanı başqasına icarə verə bilməz. Əgər belə bir haqq icarə edənə verilibsə, istisnadır.
Məsələ 1856: Ev, mağaza və yaxud bir otaq icarə edib onu başqasına verməyə hüququ olan bir şəxs, (onu) icarə etdiyindən daha çox məbləğə icarə verə bilməz. Əgər orada onun bərabərində bir az artıq (məbləğ) almaq üçün iş görübsə (təmir, ağartı işləri aparmaq və yaxud şkaf, xalça qoymaq) istisnadır.
Məsələ 1857: Əgər bir işçi, fəhlə özünü başqasının xidmətinə və icarəsində qərar versə, onu başqasının xidmət və icarəsinə verə bilməz. Əgər əməl və yaxud kəlamının zahiri mənası, icarə edənin bu cəhətdən azad olması başa düşülsə, istisnadır. Bu halda, əgər onu o məbləğdən çox təhvil versə eybi var. Lakin, ev, mağaza və əcirdən başqasında eybi yoxdur.
Məsələ 1858: İcarə verilən malın bir neçə şərti var:1-Müəyyən olmalıdır. Bu baxımdan, əgər, ev və yaxud avtomobillərimdən birini icarə verirəm, desə, düzgün deyil; 2-İcarə edən onu görməli və yaxud malik onun xüsusiyyətlərini təmami ilə bəyan etməlidir; 3- Onu təhvil vermək mümkün olmalıdır. Belə isə, icarə edənin onu tutmasına qadir olmayan fərari atı icarəyə vermək batildir; 4- O mal istifadə etməklə aradan getməməlidir. Bu baxımdan, çörək, meyvə və bu kimi şeyləri icarəyə vermək düzgün deyil; 5- İcarə verilən maldan istifadə etmək mümkün olmalıdır. Əkinçilik üçün yararlı və yaxud kifayət qədər suyu olmayan torpağı icarəyə vermək batildir; 6- İcarə verdiyi şeyin maliki, yaxud onun icarə verilməsində vəkil və yaxud qəyyum olmalıdır.
Məsələ 1859: Ağacın, bağın, otlağın meyvə və yaxud otundan istifadə etmək üçün icarəyə verilməsi düzgündür.
Məsələ 1860: Qadın, südündən istifadə etmələri üçün əcir ola bilər və ərindən icazə alması lazım deyil. Lakin süd vermək vasitəsi ilə ərinin hüququ pozularsa, onun icazəsi olamadan caiz deyil.
Məsələ 1861: Mənfəəti (faydası) üçün icarəyə verilən malın bir neçə şərti var:1-Halal olmaq. Bu baxımdan, mağaza və maşının spirtli içkiləri satmaq və yaxud daşımaq üçün icarəyə verilməsi batildir; 2- Camaatın nəzərində belə bir mənfəətin qarşısında pul vermək faydasız olmasın; 3-Əgər o malın müxtəlif faydaları varsa, hansı fayda üçün icarə verdiyini müəyyən etməlidir. Məsələn, həm minik və həm də yük daşımaq üçün yaralı olan heyvanı hansı biri üçün icarəyə verdiyini müəyyən etməlidir. Əgər hər ikisi nəzərdə tutulubsa, yenə də müəyyən edilməlidir; 4-İcarənin müddəti də müəyyən edilməlidir.
Məsələ 1862: Əgər icarənin nə vaxtdan başlamasını müəyyən etməsələr, onun başlanğıcı siğə oxunduqdan və yaxud təhvil alındıqdan sonradır.
Məsələ 1863: Əgər bir evi və yaxud mülkü, məsələn, bir illik icarəyə versələr və onun başlanğıcını siğə oxunduqdan bir ay sonra müəyyən etsələr, siğə oxunduğu zaman o ev başqasının icarəsində olmasına baxmayaraq, icarə düzgündür.
Məsələ 1864: Əgər icarə edən evi bir aylıq min tumənə sənə icarəyə verirəm və hər nə qədər çox qalsan, həmin qiymətədir, desə, yalnız ilk ayda icarə düzgündür. Çünki, başqa (ayları) müəyyən etməyibdir. Əgər ilk ayı da müəyyən etməyibsə və yalnız hər ay min tuməndir, desə, icarə təmamilə batildir.