Ərinə itaət etməyən qadının hüquqları
Məsələ 2063: Əgər qadın qabaqkı məsələdə deyildiyi işlərdə ərinə itaət etməsə günahkardır və onun yemək, geyim, mənzil və bir yerdə yatmaq hüququ qüvvəsindən düşür. Lakin mehriyyə hüququ aradan getmir.
Məsələ 2063: Əgər qadın qabaqkı məsələdə deyildiyi işlərdə ərinə itaət etməsə günahkardır və onun yemək, geyim, mənzil və bir yerdə yatmaq hüququ qüvvəsindən düşür. Lakin mehriyyə hüququ aradan getmir.
Məsələ 2064: Ev işlərini görmək, yemək bişirmək, təmizlik işləri aparmaq və s. qadının vəzifəsi deyil. Əgər öz meyli ilə (işləsə) istisnadır. Əgər kişi onu bu işlərə məcbur etsə, bu işlərin müqabilində qadın ondan öz zəhmət haqqını ala bilər.
Məsələ 2065: Əgər bir şeyin xərcini tələb etsə və ər verməsə, qadın onun icazəsi olmadan həmən günün xərci qədər onun malından götürə bilər və vacib ehtiyata əsasən, bu iş şəriət hakiminin icazəsi ilə olsun. Əgər özü məişətini təmin etməyə məcbur olsa, işə məşğul olduğu vaxtda ərindən itaət etməsi vacib deyil.
Məsələ 2066: Kişi daimi arvadını nə ərli qadın kimi ərli, nə ərsiz qadın kimi ərsiz olması bilinmədiyi halda tərk edə bilməz. Lakin, vacib deyil hər dörd gecədən bir onun yanında qalsın. Əgər bir neçə arvadı varsa, bu cəhətdən onların arasında ədalətlə rəftar etməlidir. Bunun şərhi geniş fiqhi kitablarda verilmişdir.
Məsələ 2067: Ər dörd aydan artıq arvadı ilə cinsi əlaqəni tərk edə bilməz. Əgər qadın cavan olsa, bu zamanda onun günaha düşməsi qorxusu var. Vacib ehtiyata əsasən, elə raftar etməlidir ki, o günaha düşməsin.
Məsələ 2068: Daimi nikahda mehriyyənin təyin edilməsi vacib deyil və onsuz əqd düzgündür. Lakin, sonradan onunla yaxınlıq etdiyi halda, mehriyyəsini onun kimi qadınlara uyğun olan halda verməlidir.
Məsələ 2069: Əgər nikahda mehriyyənin verilməsi üçün bir zaman tə’yin olunmayıbsa, qadının tez bir zamanda mehriyyəsini tələb etmək hüququ var. Hətta mehriyyəsini almazdan qabaq, ərin mehriyyəni verməyə imkanı olub-olmamasından asılı olmayaraq, əri ilə cinsi yaxınlığın qarşısını ala bilər. Əgər onun imkansızlığı əvvəlcədən mehriyyənin nəqd halında deyil, onun zimməsində olmasına işarə olsa, istisnadır.
Məsələ 2070: Müvəqqəti evlənmədə mehriyyənin və vaxtın miqdarı təyin edilməlidir və əks təqdirdə (bu evlənmə) batildir.
Məsələ 2071: Müvəqqəti evlənmə ləzzət qəsdi ilə olmaya da bilər. Bu iş qohumların o qızla məhrəm olması məqsədi ilə də olsa caizdir, bu şərtlə ki, müvəqqəti evləndirilən qız cinsi ləzzəti dərk etmə həddində olsun. Məsələn, əgər (qız) kiçikdirsə, vaxtı o qədər uzatmalıdırlar ki, qızın (cinsi ləzzəti) dərk etmə dövranına da şamil olsun. Hətta nikahdan sonra müddəti bağışlasalar belə.
Məsələ 2072: Vacib ehtiyata əsasən, müvəqqəti evlənmədə ər dörd aydan artıq yoldaşı ilə cinsi əlaqədə olmağı tərk etməməlidir.
Məsələ 2073: Müvəqqəti evlənmədə qadın kişinin onunla cinsi əlaqədə olmayıb, yalnız başqa ləzətləri aparmasını şərt edə bilər. Lakin, sonradan bu işə razı olsa, (onunla cinsi əlaqədə olmağın) maneəsi yoxdur.
Məsələ 2074: Müvəqqəti evlənmədə qadının xərc hüququ yoxdur, hamilə olduqda ərindən, əri də ondan irs aparmır və vacib olaraq bir yataqda yatmaq hüququ da yoxdur.