Vacib və müstəhəb qüslün niyyəti
Məsələ 374: Qüsldə vacib və ya müstəhəb qüsül niyyət etmək zəruri deyil. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işi görürsə bəs edir.
Məsələ 374: Qüsldə vacib və ya müstəhəb qüsül niyyət etmək zəruri deyil. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işi görürsə bəs edir.
Məsələ 375: Əgər insan əmin olsa ki, namazın vaxtı daxil olub və vacib qüsl niyyət etsə, sonradan mə’lum olsa ki, namaz vaxtı çatmayıbmış, onun qüslü düzgündür. Vacib namaz niyyəti ilə qüsl verdikdən sonra vaxtın ötdüyü bilinərsə qüsl düzgündür.
Məsələ 402: Qadından xaric olan qanlardan biri “istihazə” qanı adlanır. İstihazə qanı xaric olan qadın “müstəhazə” adlanır. Əgər qadının bətnindən xaric olan qan heyiz (aybaşı), nifas, yara və ya çiban qanı deyilsə, istihazə qanıdır.
Məsələ 403: İstihazə qanı adətən açıq rəngli, soyuq və duru olur. Bu qanın təzyiqi və yandırıcılığı olmur. Amma istihazə qanı bə’zən tünd və ya qırmızı, isti və qatı ola bilər. Onun təzyiq və yandırıcılıqla xaric olması mümkündür.
Məsələ 404: İstihazənin iki növü var: Qəlilə” və “kəsirə”. Qəlilə istihazədə qadın pambığı özünə daxil etdikdə qan onu bulaşdırır, amma o biri tərəfindən xaric olmur. Qanın pambığa nüfuz edib, etməməsinin fərqi yoxdur. Kəsirə istihazə odur ki, qan pambığa hopub o biri tərəfə keçsin və axsın.
Məsələ 405: Qəlilə istihazə halında qadın hər namaz üçün vacib ehtiyata əsasən, dəstəmaz almalıdır. Vacibdir ki, qanın o biri üzvlərə sirayat etməsinin qarşısı alınsın. Amma pambıq və ya parçanı dəyişmək vacib deyil. Amma müstəhəb ehtiyata əsasən bu işi görmək yaxşıdır. Kəsirə istihazə halında olan qadın üç qüsl verməlidir: Sübh namazı üçün, gunorta və ikindi namazları üçün, şam və xiftən namazları üçün. Müstəhəb ehtiyat budur ki, qüsüldən öncə və ya sonra hər namaz üçün dəstəmaz alsın.
Məsələ 406: Əgər namazın vaxtı daxil olmamış dəstəmaz alıb qüsül verərsə, vacib ehtiyata əsasən, namazı daxil olduqdan sonra onu təzələməlidir.
Məsələ 407: Əgər qəlilə istihazə sübh namazından sonra kəsirə istihazəyə çevrilərsə, günorta və ikindi namazları üçün qüsl vermək lazımdır. Əgər günorta və ikindi namazlarından sonra kəsirəyə çevrilərsə, şam və xiftən namazları üçün qüsül vermək lazımdır.
Məsələ 408: Qüslün vacib olduğu bütün hallarda əgər təkrar qüsl vermək zərərli olarsa və ya məşəqqət hesabına başa gələrsə, qüsl əvəzinə təyəmmüm edə bilər.
Məsələ 409: “Kəsirə” və “qəlilə” istihazə zamanı sübh azanından öncə gecə namazı üçün qüsl verilərsə və ya dəstəmaz alınarsa, vacib ehtiyata əsasən, sübh namazının vaxtı daxil olduqdan sonra yenidən qüsl verib dəstəmaz almaq lazımdır.
Məsələ 410: Qəlilə istihazə halında olan qadın günorta və ikindi, şam və xiftən namazlarını ayrı-ayrı qılarsa, onların hər biri üçün dəstəmaz almalıdır. Müstəhəb namazlar da belədir. Amma bütün gecə namazları üçün bir dəstəmaz və ya qüsl bəs edər. Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd, dərhal namazdan sonra yerinə yetirilən səcdə-səhv üçün qüsl və dəstəmaz lazım deyil.
Məsələ 411: Müstəhazə qadın qan kəsildikdən sonra yalnız birinci namaz üçün istihazənin vəzifələrini yerinə yetirməlidir.