Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1008Əlləri bağlı namaz qılmaq

Əllərini bağlayıb namaz qılan insan

Məsələ 1008: Bir şəxs bə’zi İslam firqələri kimi əlləri bağlı namaz qılarsa, hətta ədəb üçün əlləri üst-üstə və ya əlləri sinəsində namaz qılarsa, həmin firqələrə oxşamasa belə, ehtiyat vacibə əsasən namazını təzələməlidir. Amma yaddan çıxardığı və ya çarəsiz qaldığı üçün (məsələn, əlini qaşımaq üçün) belə etsə, eybi yoxdur.

Nömrə 1009Amin demək

Həmd-dən sonra amin deyənlər

Məsələ 1009: Əgər “Həmd” oxuduqdan sonra “amin” söyləyərsə, vacib ehtiyat budur ki, namazını başa çatdırdıqdan sonra yenidən qılsın. Amma bu sözü səhvən və ya təqiyyə üçün deyərsə, eybi yoxdur.

Nömrə 1010Arxası qibləyə namaz qılmaq

Arxası qibləyə namaz qılan insan

Məsələ 1010: Bir şəxs arxası qibləyə dayanmış vəziyyətdə və ya tam sola, ya da sağa dönmüş halda namaz qılarsa, namazı batildir. Bu halın bilərəkdən və ya unutqanlıqdan yaranmasının fərqi yoxdur. Eləcə də, bilərəkdən o qədər dönərsə ki, üzü qibləyə olmadığı söylənilsin, namazı batildir.

Nömrə 1012Danışmaq

Namazda bilərəkdən danışanlar

Məsələ 1012: Əgər namaz qılan şəxs namaz qıldığı vaxt bilərəkdən danışsa, hətta bir cümlə və ya söz söyləsə, dediyi iki hərfdən ibarət olsa belə namazı batildir. Hətta iki hərfdən ibarət söz mə’na daşımasa belə ehtiyat vacibə görə namaz batil olur(Namazı batil edən işlərdə ehtiyatdan məqsəd namazı tamam etməli və yenidən qılmaqdır).

Nömrə 1014Danışmaq

Bir hərifli söz demək

Məsələ 1014: Əgər namaz gedişində bir hərfdən ibarət mə’na daşıyan söz deyilsə və bu mə’na nəzərdə tutulsa, namaz batildir. Mə’na nəzərdə tutulmasa, amma şəxs bu sözün mə’nasını bilsə, ehtiyat vacib budur ki, namazı təzələsin.

Nömrə 1015Danışmaq

Öskürmək və ah çəkmək

Məsələ 1015: Hətta bilərəkdən öskürmək, ah çəkmək, səbir vurmaq namazı batil etmir. Amma iki hərfdən ibarət və mənası olan “ah”, “of” kimi sözlərin bilərəkdən deyilməsi, vacib ehtiyata əsasən, namazı batil edir.

Nömrə 1016Danışmaq

Allahı zikr etmək

Məsələ 1016: Namazın istənilən bir yerində Allahın zikrini demək, Quran və dua oxumaq olar. Əgər bir şəxs Allahı zikr etmək məqsədi ilə misal üçün “Əllahu əkbər” cümləsini deyərsə və bu sözü deyən zaman ətrafdakılara nəsə anlatmaq üçün səsini ucaldarsa, eybi yoxdur. Lakin dua və zikrləri qeyri-ərəb dilində demək icazəli deyil.

Nömrə 1018Salam və cavabının hökmləri

Namaz halında salam vermək

Məsələ 1018: Namaz qılan şəxs namaz halında başqasına salam verməməlidir. Amma bir başqası ona salam verərsə salamın cavabını alması vacibdir. Amma namaz qılan şəxs verilən salamı həmin şəkildə almalıdır. Əgər “Əssəlamu ələykə” deyilmişsə, “Əssəlamu ələykə” deyərək cavab vermək lazımdır. Əgər təkcə “salam” deyilmişsə, bu salamın cavabı da təkcə “salam” söyləməkdir.

Nömrə 1018Salam və cavabının hökmləri

Namaz halında salamın cavabını almaq

Məsələ 1018: Namaz qılan şəxs namaz halında başqasına salam verməməlidir. Amma bir başqası ona salam verərsə salamın cavabını alması vacibdir. Amma namaz qılan şəxs verilən salamı həmin şəkildə almalıdır. Əgər “Əssəlamu ələykə” deyilmişsə, “Əssəlamu ələykə” deyərək cavab vermək lazımdır. Əgər təkcə “salam” deyilmişsə, bu salamın cavabı da təkcə “salam” söyləməkdir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت