Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1155Tərəxxüs həddin çatmaq

Tərəxxüs həddi nə deməkdir

Məsələ 1155: “Tərəxxüs həddi” dedikdə vətəndən o qədər uzaqlaşmaq nəzərdə tutulur ki, həmin yerdə şəhərin azan səsi eşidilməsin, camaat onu görməsin. Amma şəhər divarının görünüb-görünməməsinin əhəmiyyəti yoxdur. Amma həmin vaxt havada görmə və eşitməyə mane olacaq toz və külək olmamalıdır. Bu iki şərtdən biri ödənsə bəs edər. Bir şərtlə ki, ikinci şərtin ödənmədiyinə əminlik olmasın. Əks təqdirdə ehtiyat vacib budur ki, namaz həm tam, həm də yarı qılınsın.

Nömrə 1156Tərəxxüs həddin çatmaq

Şəhərlərin tərəxxüs həddi necə ölçülür

Məsələ 1156: Şəhərlərlə bağlı me’yar adi şəhərlərdir. Bir şəhər çox alçaqda və ya çox ucada yerləşərsə, yenə orta vəziyyətdə olan şəhəri me’yar götürmək lazımdır. Müəyyənləşdirilməlidir ki, hansı məsafədə şəhərdən azan səsi eşidilir, hansı məsafədə şəhər əhli görünür.

Nömrə 1158Tərəxxüs həddin çatmaq

Azanı eşitmək və şəhəri görmək adi şəkildə olmalıdır

Məsələ 1158: Əgər şəxs elə bir yerə çatarsa ki, şəhərin adətən hündür yerdən deyilən azanını eşitməsin, namazı yarıdır. Hətta səs ucaldıcı ilə deyilən azan səsini eşidərsə də bu hökm gücündədir. Əgər bir şəxsin eşitmə və görmə gücü zəif və ya iti olarsa, adi eşitmə və görmə me’yar götürülməlidir.

Nömrə 1160Yaşayış yerinə çatmaq

Vətən

Məsələ 1160: Bir neçə halda səfər səfər hökmündən düşür və namaz tam qılınmalıdır.1. Vətənə çatmaqVətən dedikdə elə bir yer nəzərdə tutulur ki, insan həmin yeri qalmaq və yaşamaq üçün seçmişdir. Şəxsin orada doğulması şərt deyil. Həmin yer ata-ananın vətəni və ya özü tərəfindən seçilmiş bir yer ola bilər.

Nömrə 1161Yaşayış yerinə çatmaq

Yaşamaq üçün seçilən yerin höküm

Məsələ 1161: İnsan bir yeri qalmaq (“iqamət”) üçün seçərsə, belə ki, orada olduğu vaxtda ona müsafir deməsinlər, həmin yerdə daimi və ya müvəqqəti qalmaq məqsədindən asılı olmayaraq (məsələn, iki il və ya daha artıq qalmaq istəyir) bu yer onun üçün vətən sayılır. Necə ki, dövlət mə’murları iki ildən bir yeri dəyişir və həmin yer onlara vətən sayılır.null

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت