Cəbirə qüslü
Məsələ 354: Cəbirə qüslü də cəbirə dəstəmazı kimidir. Amma qüslü vacib ehtiyata əsasən, imkan həddində ardıcıllıqla yerinə yetirmək lazımdır.
Məsələ 354: Cəbirə qüslü də cəbirə dəstəmazı kimidir. Amma qüslü vacib ehtiyata əsasən, imkan həddində ardıcıllıqla yerinə yetirmək lazımdır.
Məsələ 355: Vəzifəsi təyəmmüm olan şəxs təyəmmüm üzvlərində yara, çiban və ya sınıq olduqda, cəbirə dəstəmaz göstərişləri əsasında cəbirə təyəmmümü etməlidir.
Məsələ 356: Vəzifəsi cəbirə dəstəmaz və ya qüslü olan şəxs vaxt başa çatanadək üzrünün aradan qalxmayacağını bildikdə ilk vaxtda namaz qıla bilər. Amma namazın son vaxtınadək üzrünün aradan qalxacağına ümid edirsə vacib ehtiyata əsasən, gözləməlidir.
Məsələ 357: Göz ağrısı səbəbindən üzü yumaq zərərli olarsa, təyəmmüm etmək lazımdır. İmkan olduqda gözün ətrafını, üzün qalan hissəsini yumaq bəs edər.
Məsələ 358: Cəbirə dəstəmaz və ya qüsüllə yerinə yetirilmiş namazlar təzələnmir. Amma namazın vaxtı başa çatmamış üzr aradan qalxarsa, vacib ehtiyata əsasən, namazı yenidən qılmaq lazımdır.
Məsələ 2035: Əgər bir qadın və kişini və yaxud onlardan birini izdivaca məcbur etsələr, lakin nikah oxunduqdan sonra razı olub icazə versə, vacib ehtiyata əsasən, nikah siğəsini yenidən oxumalıdırlar.
Məsələ 2036: Ata və yaxud atanın atası zəruri halda həddi-büluğa çatmayan və yaxud dəli uşağı evləndirə bilərlər. Uşaq həddi-büluğa çatandan, dəli ağıllı olandan sonra, vacib ehtiyata əsasən onu pozmamalıdırlar.
Məsələ 2037: Bakirə qız atasının yaxud ata babasının icazəsi ilə evlənməlidir. Amma qız rəşidədirsə, yəni öz məsləhətini tə’yin edə bilirsə, qohumlarından olan ağsaqqalların təsdiqi ilə onun üçün münasib elçi tapılarsa və atası müxalifətçilik edərsə, onun icazəsi şərt deyildir. Həmçinin, ataya və yaxud atanın atasına əl çatmasa və qızın da izdivac etməyə ehtiyacı olsa və yaxud qız əvvəllər ərə gedibsə, bu iki halda da ata və babasının icazəsi yeni izdivacda lazım deyil.

Məsələ 2038: Əgər kişi əqd oxunandan sonra qadında aşağıdakı yeddi eybdən biri olduğunu bilsə, əqdi poza bilər:1-Dəlilik; 2-Xora xəstəliyi; 3-Bərəs (alaca) xəstəliyi; 4-Korluq; 5-Aşikar bilinən şil(əlil)olma; 6-Əfza olmaq (yə’ni, sidik və heyzin, yaxud heyzlə nəcisin məcrası bir olsa və yarıq cinsi əlaqə etmək üçün mümkün olmasın); 7-Qadında cinsi əlaqəyə mane olan artıq ət, sümük, vəz olsa.
Məsələ 2039: Qadın da bir neçə halda nikahı poza bilər:1-Ərin dəli olması; 2-Ərinin kişilik aləti olmazsa; 3-Cinsi əlaqəyə bacarığı olmasa; 4-Kişinin yumurtaları çıxarılmış olsa (bu və sabiq məsələ haqqında fiqh kitablarında geniş söz açılıb.)
Məsələ 2040: Əgər qadın və ya kişi əqdin fəsx olmasına səbəb olan eyblər səbəbi ilə əqdi pozsalar, təlaq vermələrinə ehtiyac yoxdur, həmin fəsx kafidir.