Təşəhhüdü unutduğuna şəkk edənin vəzifəsi
Məsələ 988: Əgər şəkk etsə ki, təşəhhüdü deyib, yoxsa yox, o biri rəkətə başlasa, əhəmiyyət verməsin. Amma nə qədər ki, qalxmayıb onu deməlidir.
Məsələ 988: Əgər şəkk etsə ki, təşəhhüdü deyib, yoxsa yox, o biri rəkətə başlasa, əhəmiyyət verməsin. Amma nə qədər ki, qalxmayıb onu deməlidir.
Məsələ 989: Müstəhəbdir ki, təşəhhüd halında sol budu üzərində əyləşsin və sağ ayağının üzünü sol ayağının alt hissəsinin üzərinə qoysun. Təşəhhüddən öncə “Əlhəmdulillahi” və ya “Bismillahi və billahi vəl həmdulillahi və xəyrul-əsmai lillahi” söyləməsi müstəhəbdir. Müstəhəbdir ki, təşəhhüd halında əllərini budlarının üzərinə qoysun, barmaqlarını birləşdirsin və ətəyinə baxsın. Təşəhhüd başa çatdıqdan sonra desin: “Vətəqəbbəl şəfaətəhu vərfə dərəcətəh” (“Pərvərdigara, Peyğəmbərin şəfaətini qəbul et, onun dərəcəsini ucalt.”)
Məsələ 990: Bütün namazların son rəkətində təşəhhüddən sonra salam söyləmək vacibdir. Salam üç hissədən ibarətdir:اَلسَّلاَمُ عَلَيْكَ اَيُّهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ“Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh;السَّلاَمُ عَلَيْنا وَعَلى عِبادِ اللهِ الصالِحِينَƏssəlamu ələyna və əla ibadillahis-salihin;اَسَّلاَمُ عَلَيكُم وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُƏssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”.Salamda üçüncü hissəni demək vacibdir. Və bununla kifayatlənmək olar. Amma təkcə ikinci hissə ilə kifayatlənmək olmaz. Birinci hissə isə müstəhəbdir.
Məsələ 991: Əgər insan namazın salamını unutsa və yadına düşdüyü vaxt artıq namazın forması pozulmuşsa, salam demək lazım deyil və namazı səhihdir. Yox əgər namazın forması pozulandan qabaq yadına düşsə və bilərəkdən ya da səhvən namazı batil edən bir iş görməyibsə (məsələn, qibləyə arxa çevirmək) bu halda salamı demək lazımdır və namazı düzgündür. Amma bilərəkdən ya da səhvən namazı batil edən iş görübsə, namazını yenidən qılmalıdır.
Məsələ 993: Namaz qılan şəxs muvalat şərtini, yə’ni namazın əməlləri arasında fasiləsizliyi gözləməlidir. Namazın əməlləri arasında, məsələn rüku və səcdələr arasında elə bir fasilə yaranmamalıdır ki, namazın forması pozulsun. Əks təqdirdə namaz batildir. Bunun bilərəkdən və ya səhvən olmasının fərqi yoxdur.
Məsələ 994: Əgər qiraətin, zikrlərin və ya təşəhhüdün sözləri arasında bilmədən fasilə yaradılarsa, qiraətin forması itdiyi halda namazın forması yerində olarsa, qayıdıb düzgün demək lazımdır. Əgər sonrakı rüknə daxil olmasa namazı düzgündür qayıtmaq olmaz.
Məsələ 995: Rüku, səcdə, qunutu uzatmaq və uzun surələr, zikrlər oxumaq namazın muvalatını pozmur, əksinə fəzilətdir.
Məsələ 992: Namaz qılan şəxs namazın əməllərini yuxarıda deyilən Məsələlər əsasında ardıcıl yerinə yetirməlidir. Əgər bilərəkdən bu ardıcıllığı pozsa, məsələn, səcdələri rükudan qabaq, təşəhhüdü səcdələrdən qabaq yerinə yetirsə, namazı batildir. Bu ardıcıllıq yaddan çıxdığı üçün pozularsa, növbəti rüknə daxil olmamış həmin əməlləri yenidən yerinə yetirməklə ardıcıllığı qorumaq lazımdır. Əgər sonrakı rüknə daxil olmuşsa, namazı düzgündür. Bir şərtlə ki, rükn unudulmasın. Məsələn, rükunu unudub ikinci səcdəyə getsə, namazı batildir.
Məsələ 996: Bütün vacib və müstəhəb namazlarda ikinci rəkətin rükusundan öncə qunut tutmaq müstəhəbdir(yalnız bayram namazı istesnadır ki,qunut tutmaq vacibdir). Amma ehtiyat budur ki, şəf’ namazında qunut tutulmasın. Amma bir rəkətlik vətr namazında rükudan öncə qunut tutmaq müstəhəbdir.
Məsələ 997: Ayat namazının beş qunutu, fitr və qurban bayramları namazının birinci rəkətində beş, ikinci rəkətində dörd qunut var.
Məsələ 998: Qunutda xüsusi bir zikr demək, dua oxumaq şərt deyil. Əlləri qaldırmaq da zəruri sayılmır. Amma yaxşı olar ki, əllər üz müqabilində qaldırılsın. Belə ki, əllərin içi üzü səmaya olsun. Qunutda əllər bir-birinə yapışdırılır, zikr deyilir, dua oxunur. Qunutda istənilən bir zikri söyləmək olar. Hətta bir dəfə “Sübhanəllah” demək bəs edər. Amma yaxşı olar ki, qunutda bə’zi dualar oxunsun.Məsələn:لاَ إِلهَ إِلاّ اللهُ الحَلِيمُ الكَرِيمُ لاَ إِلهَ إِلاّ اللهُ العَلِىُّ العَظِيمُ سُبحانَ اللهِ رَبِّ السَّمَاواَتِ السَّبعِ وَرَبِّ الأرَضِينَ السَّبعِ وَمَا فِيهِنَّ وَمَابَينَهُنَّ وَرَبِّ العَرشِ العَظِيمِ وَالحَمدُ لِلّهِ رَبِّ العَالَمِينَ“La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Sübhanəllahi rəbbis-səmavati səb’i və rəbbil ərəzinəs-səb’i və ma fihinnə və ma bənyəhunnə və rəbbil-ərşil-əzim vəl həmdulillahi rəbbil aləmin.”Qunutda dünya və axirət ehtiyaclarını istəmək olar.
Məsələ 999: Qunutu bir qədər ucadan demək müstəhəbdir. Amma cəmiyyət namazında imam-camaat iqtida edənin qunutunun səsini eşitməməlidir.