Əgər müştəri vaxt yetişəndən sonra pulu verə bilməsə
Məsələ 1799: Əgər müddətin vaxtı bitəndən sonra müştəri pulu ödəyə bilməsə, ona möhlət verilməlidir.
Məsələ 1799: Əgər müddətin vaxtı bitəndən sonra müştəri pulu ödəyə bilməsə, ona möhlət verilməlidir.
Məsələ 1800: Əgər nəqd olaraq bir malı bir qiymətə, nisyə olaraq ondan baha müamilə etsələr, məsələn, bu malı nəqd olaraq filan qiymətə, nisyə isə on faiz baha verirəm, desələr və müştəri qəbul etsə, maneəsi yoxdur və sələm hesab olunmur.
Məsələ 1801: Əgər bir nəfər malı nisyə satsa, lakin sonradan öz alacağından bir miqdar azaldıb, qalan hissəni nəqd alsa, eybi yoxdur.
Məsələ 1776: Həddi-büluğa çatmamış uşaqla, qəyyumu ona icazə versə də belə, müamilə etmək batildir. Əgər müamilədə qarşı tərəf uşağın başçısı, uşaq isə yalnız pulu satıcıya və ya malı alıcıya çatdırmaq üçün vasitə olsa, bu halda eybi yoxdur. Amma, alıcı və yaxud satıcı uşağın pulu sahibinə çatdıracağına yəqin etməlidir.
Məsələ 1777: Əgər həddi-büluğa çatmayan uşaqdan bir şey alsa və ya satsa, müamiləsi batildir. Uşaqdan aldığı pulu onun özünə yox, sahibinə qaytarmalıdır. Əgər onun sahibini tanımırsa və yaxud onu tanımaq mümkün deyilsə, gərək onu şəriət hakiminin icazəsi ilə fəqirə versin. Əgər uşağın şəxsi malı olsa, onun qəyyumuna qaytarmalıdır. Həmçinin, uşağa verdiyi pul və malı ondan ala bilər. Əgər tələf olubsa, əvəzini ala bilməz.
Məsələ 1802: Müştərinin bir müddətdən sonra alacağı malın pulunu qabaqcadan ödəməsinə sələf müamiləsi (öncədən ödəmə) deyilir. (Müştərinin ) “bu pulu verirəm, məsələn, altı aydan sonra filan miqdarda olan malı səndən təhvil alaram” və satıcının “qəbul etdim” demələri kifayət edir. Hətta siğə oxumasalar da alıcı bu məqsədlə pulu versə və satıcı alsa, düzgündür.
Məsələ 1803: Əgər sələf pulun özünü satıb, əvəzinə pul alsa, müamilə batildir. Lakin, sələf bir malı satsa və əvəzinə pul və yaxud başqa mal alsa, düzgündür. Baxmayaraq ki, müstəhəb ehtiyata əsasən, həmişə malın əvəzinə başqa mal yox, pul almaqdır.
Məsələ 1804: Sələf müamiləsinin altı şərti var:1-Gərək malın qiymətdə təsir qoyan xüsusiyyət və keyfiyyətləri müəyyən edilsin. Lakin, çox diqqət (etmək) lazım deyil. “Onun keyfiyyətləri mə’lum olub”, deyilməsi kifayət edir. Bu baxımdan da xüsusiyyətlərinin vəs olunması mümkün olmayan malların (bə’zi dəri, ət və xalçalar kimi) sələf müamiləsi batildir; 2-Alıcı və satıcı bir-birlərindən ayrılmazdan qabaq qiymətin hamısı ödənilməlidir. Əgər qiymətin müəyyən hissəsini ödəsə, müamilə həmin miqdarda düzgündür. Lakin, satıcı müamiləni poza bilər; 3-Müddəti tamamilə müəyyən etməlidir, məsələn, malı xırmanın ilk vaxtı təhvil verərəm, desə (və xırmanın ilk vaxtı müəyyən olmasa,) müamilə batildir; 4-Malı təhvil vermək üçün elə vaxt təyin etməlidirlər ki, adətən həmin vaxtda o mal olur; 5-Vacib ehtiyata əsasən, hansı şəhərdə, məntəqədə malın təhvil verilməsi məkanı tə’yin edilsin. Əgər onların sözlərindən məkan mə’lum olsa, istisnadır; 6-Gərək onun çəki və peymanəsini tə’yin etsinlər. Amma, adətən görməklə müamilə olunan mal olsa (müxtəlif növlü əksər xalçalar kimi), xüsusiyyətləri sadalamaqla sələfə satsa, işkalı yoxdur. Lakin, onların hər birinin fərqləri camaatın əhəmiyyət vermədiyi miqdarda az olmalıdır.
Məsələ 1805: Sələfin aldığı malı müddətindən öncə başqasına sata bilməzlər. Lakin, vaxtı çatdıqdan sonra onu təhvil almasa, başqasına satması maneəsizdir.
Məsələ 1806: Əgər sələf müamiləsində satıcı daha yaxşı mal təhvil versə, (yə’ni müqavilə zamanı tə’yin edilmiş xüsusiyyətlərdən əlavə, başqa yaxşı keyfiyyətlərə də malik olan) müştəri qəbul etməlidir. Lakin o xüsusiyyətlərdən bəzilərinə malik olmasa, müştəri qəbul etməyə bilər.
Məsələ 1807: Əgər satıcı müqavilədəki malın yerinə başqa mal və yaxud həmin malı aşağı keyfiyyətlərlə təhvil versə, müştəri razı olduğu halda, eybi yoxdur.
Məsələ 1808: Əgər sələfə satılan mal təhvil zamanı tapılmaz olduğundan, onu hazırlaya bilməsə, müştəri səbr edə bilər və həm də müamiləni ləğv edib, verdiyi qiyməti geri almağa hüququ var.