Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1422Ourcun kəffarəsinin hökmləri

Zöhrdən sonra qəza orucunu açmaq

Məsələ 1422: Ramazan ayının orucunun qəzasını tutan bir şəxsin zöhrdən sonra orucunu batil etməsi caiz deyil. Bu işi bilərəkdən gördüyü halda isə 10 fəqirin hər birinə bir müdd – 750 qm yemək verməlidir. Bunu bacarmadığı halda gərək üç gün oruc tutsun və mustəhəb ehtiyata əsasən bu üç gün ardıcıl olmalıdır.

Nömrə 283Dəstəmaz

Dəstəmaz alarkən oxunan dualar

Məsələ 283: Yaxşı olar ki, dəstəmaz alan şəxs suya baxdıqda bu duanı oxusun:“Bismillahi və billahi vəl-həmdu lillahil-ləzi cəələl-maə təhurən və ləm yəc’əlhu nəcisa.” Dəstəmazdan öncə əllər yuyularkən deyilir:“Allahumməc’əlni minət-təvvabinə vəc’əlni minəl-mutətəhhirin.” Suyu ağızda dolandırarkən (“məzməzə”) deyilir: “Allahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrik.” Suyu burnuna alarkən (“istinşaq”) deyilir: “Allahummə la tuhərrim ələyyə riyhəl-cənnətə vəc’əlni mimmən yəşummu rihəha və ruhəha və tiybəha”. Üzü yuyarkən deyilir: “Allahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vucuh və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vucuh.” Sağ qol yuyularkən deyilir: “Allahummə ə’tini kitabi bi yəmini vəl-xuldə fil-cənani biyəsari və hasibni hisabən yəsira.” Sol qol yuyularkən deyilir: “Allahummə la tu’tini kitabi bi şimali və la min vərai zəhri və la təc’əlha məğlulətən ila unuqi və əuzu bikə min muqəttiatin niyran.” Başa məsh çəkilərkən deyilir: “Allahummə ğəşşini birəhmətikə və bərəkatikə və əfvik.” Ayaqlara məsh çəkilərkən deyilir: “Allahummə səbbitni ələs-sirati yəvmə təzillu fihil-əqdamu vəc’əl sə’yi fima yurzikə ənni ya zəl-cəlali vəl-ikram.”

Nömrə 289Üçüncü şərt, dəstəmaz alınan suyun və yerin mubah olması

Məscidin, huseyniyyənin, müsafirxanaların suyu ilə dəstəmaz

Məsələ 289: Bir şəxs məscid və hüseyniyyədə namaz qılmaq istəmirsə, oradakı suyun ümumi vəqf olduğunu, yoxsa yalnız namaz qılanlar üçün nəzərdə tutulmasını bilmədiyi halda həmin su ilə dəstəmaz ala bilməz. Ticarət binası və mehmanxanadakı suyun oranın sakinləri üçün nəzərdə tutulub-tutulmadığı bilinmirsə, orada dəstəmaz almaq olmaz. Amma dindarların adətən orada dəstəmaz almasından həmin yerin vəqf olduğu qənaəti yaranarsa, dəstəmaz almaq olar.

Nömrə 291Üçüncü şərt, dəstəmaz alınan suyun və yerin mubah olması

Böyük və kiçik çaylarda alınan dəstəmaz

Məsələ 291: Həm böyük, həm də kiçik arxlarda dəstəmaz almaq olar. İnsan arx sahibinin razı olub-olmadığını bilməsə eybi yoxdur. Amma arx sahibi qəti şəkildə orada dəstəmaz alınmasını qadağan edərsə, vacib ehtiyata əsasən, bu işdən çəkinmək lazımdır. Əgər bir arxın məcrası onun sahibindən icazəsiz dəyişdirilmişdirsə, orada vacib ehtiyata əsasən dəstəmaz almamaq yaxşıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت