Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1026Salam və cavabının hökmləri

Aralarında biri namaz qılan cəmiyyətə salam vermək

Məsələ 1026: Əgər bir qrupa salam verilsə və həmin qrup arasında bir şəxs namaza məşğul olsa, namaz qılan şəxs salamın ona verilib-verilmədiyinə şübhəli olsa, cavab verməməlidir. Amma salamın ona verildiyinə əmin olsa, başqaları cavab verdikdə onun cavab verməsi lazım deyil. Amma məhz ona ünvanlanmış salama cavab verən olmasa, özü cavab verməlidir.

Nömrə 1027Salam və cavabının hökmləri

Salam verməyin müstəhəbliyi

Məsələ 1027: Salam vermək tə’kid olunmuş müstəhəb əməllərdəndir. Ayə və rəvayatlərdə bu barədə xeyli tövsiyə var. Yaxşı olar ki, süvari şəxs piyadaya, ayaq üstə olan oturana, yaşı az olan yaşı çox olana salam versin.

Nömrə 1031Gülüş

Namazda gülmək

Məsələ 1031: Bilərəkdən və bərkdən gülmək namazı batil edir. İxtiyarsız gülüş də belədir. Amma təbəssüm namazı batil etmir. Hətta bilərəkdən təbəssümün eybi yoxdur. Bir şəxs namazda olduğunu unudub səhfən gülərsə, namazı batil olmaz.

Nömrə 1032Gülüş

Gülüşün qarşısını almaq

Məsələ 1032: İnsan gülüş səsini boğmaq üçün özünü sıxarsa həmin vaxt halı dəyişsə, rəngi qızarsa və bədəni əssə, namaz qılan haldan çıxdıqda namazı batildir. Bu həddə çatmasa eybi yoxdur.

Nömrə 1033Ağlamaq

Namazda ağlamaq

Məsələ 1033: Hətta ixtiyarsız olaraq ucadan ağlamaq namazı batil edir. Vacib ehtiyata əsasən, səssiz ağlamaq da namazı batil edir. Amma insan Allah qorxusundan, axirətə görə ağlasa nəinki namaz batil olmaz, bu hal üstün və övliyalara məxsus haldır.