Qiyamın rükn olması
Məsələ 879: Qiyam dedikdə “təkbirətül-ehram” vaxtı və rükudan öncə farağat dayanmaq nəzərdə tutulur. Bu qiyam vacib və rükündür. Həmd-surə oxunarkən, eləcə də rükudan sonrakı qiyamlar vacibdir, amma rükn deyil.
Məsələ 879: Qiyam dedikdə “təkbirətül-ehram” vaxtı və rükudan öncə farağat dayanmaq nəzərdə tutulur. Bu qiyam vacib və rükündür. Həmd-surə oxunarkən, eləcə də rükudan sonrakı qiyamlar vacibdir, amma rükn deyil.
Məsələ 880: Bir şəxs rüknü unutsa və Həmd-surədən sonra otursa, rüku etmədiyi yadına düşsə, ayağa qalxıb rükunu yerinə yetirməlidir. Amma əyilmiş vəziyyətdən rüku halını alsa, rükuya bağlı qiyamı yerinə yetirmədiyindən namazı batildir.
Məsələ 881: Qiyam zamanı bədən və ayaqlar hərəkət etməməlidir. Bir tərəfə əyilmək və ya nəyəsə söykənmək də olmaz. Amma zərurət səbəbindən bu halların eybi yoxdur.
Məsələ 882: Əgər həmd-surə üçün qiyam halında durduğu zaman unudub bədənini və ayaqlarını tərpətsə, eləcə də bir tərəfə əyilsə namazı batil deyil. Amma “təkbirətül-ehram” və rükuya bağlı qiyam zamanı hərəkət etsə vacib ehtiyata əsasən, namazını tamamlayıb yenidən qılmalıdır.
Məsələ 883: Qiyam zamanı bir ayaq üstə dayanmağa irad var. Amma bədənin ağırlığını hər iki ayağa bərabər şəkildə salmaq vacib deyil.
Məsələ 884: Əgər ayaqlarını çox aralı qoymaqla farağat halından çıxsa, namazı batildir. Amma zərurət səbəbindən eybi yoxdur.
Məsələ 885: Namazda bir qədər irəli getmək və ya geri çəkilmək istədikdə eləcə də, sağa və ya sola hərəkət etmək lazım gəldikdə, bir şey deməməlidir. Amma “Bi həvlillahi və quvvətihi əqumu və əqud” zikri ayağa qalxarkən deyilməlidir.
Məsələ 886: Namazın vacib zikirləri zamanı da bədən aram dayanmalıdır. Vacib ehtiyat budur ki, müstəhəb zikirlərdə də bu şərtə əməl edilsin.Əlbəttə riayət etməsə də xilaf etmişdir amma namazı səhihdir.
Məsələ 887: Əgər hərəkət halında zikr desə, məsələn, rükuya və ya səcdəyə gedərkən onun təkbirini deyərsə,namazı düzdür amma xilaf etmişdir. Lakin qəsdi yalnız zikr etmək olsa eybi yoxdur. Yə’ni məqsədi səcdədən öncəki zikr yox, sadəc Allahı namazın hər yerində zikr etmək yaxşı olduğu üçün təkbir demiş olarsa eybi yoxdur.
Məsələ 888: Əgər həmd-surənin qiraəti zamanı və ya təsbihat söyləyərkən ixtiyarsız olaraq farağat halını pozacaq hərəkət etsə, məsələn, cəmiyyət arasında ona çiyinləri dəyib hərəkətə gətirsələr, vacib ehtiyat budur ki, bədəni aramlaşdıqdan sonra hərəkət zamanı dediklərini bir daha desin.
Məsələ 889: Namaz arasında dayana bilməsə oturmalıdır, otura da bilməsə, uzanmalıdır. Amma bədəni aramlaşanadək bir şey deməməlidir.
Məsələ 890: Ayaq üstə namaz qıla bilməyən şəxs oturub qılmalıdır. Amma əsa və ya divara söykənməklə, ayaqlarını aralı qoymaqla dayana bilirsə, dayanıb namaz qılmalıdır. Bu iş məşəqqətə səbəb olarsa oturub namaz qıla bilər. Eləcə də, oturaq vəziyyətdə bir şeyə söykənərək namaz qıla bildikdə uzanıb qılmamalıdır. Oturub qıla bilmirsə, sağ tərəfi üstə uzanıb qılmalıdır. Bu vaxt bədənin ön hissəsi qibləyə olmalıdır. Sağ tərəfi üstə uzana bilmədikdə sol tərəfi üstə uzanıb qılmalıdır. Bu da mümkün olmadıqda, arxası üstə uzanıb qıla bilər. həmin vaxt ayaqlarının altı üzü qibləyə olmalıdır.