Nəcisliyin keçməsində şəkk
Məsələ 144: Əgər pak şeyin murdar şeyə toxunmasına və ya onların rütubətli olmasına şəkk varsa, toxunma zamanı pak şey murdarlanmaz.
Məsələ 144: Əgər pak şeyin murdar şeyə toxunmasına və ya onların rütubətli olmasına şəkk varsa, toxunma zamanı pak şey murdarlanmaz.
Məsələ 145: Xalça və ya libasın hansı hissəsinin murdarlandığı bilinmirsə, onun bir hissəsinə toxunan əl murdarlanmaz. İki şeydən biri murdardırsa və onlardan hansının murdar olduğu bilinmirsə,o ikisindən birinə toxunarsa murdar sayılmaz.
Məsələ 146: Torpaq, parça və ya bu kimi başqa bir şey rütubətli olduğu vaxt ona murdar şey toxunarsa, həmin toxunan hissə murdar sayılar. Amma rütubət elə bir həddə olarsa ki, bir yerdən o birinə sirayat etsin, həmin şey bütövlükdə murdar sayılar. Xiyar, qarpız, qatıq və bu kimi şeylər çox rütubətli olmazsa, yalnız murdara toxunan hissə murdarlanar.
Məsələ 147: Yağ və şirə axıcı olarsa, bir nöqtəsi murdarlandıqda bütünlüklə murdar sayılar. Əgər axıcı olmazsa, rütubət bir yerdən o birinə sirayət etmədiyindən yalnız toxunan hissə murdar sayılar. Həmin murdar hissəni götürüb atmaq olar.
Məsələ 147: Yağ və şirə axıcı olarsa, bir nöqtəsi murdarlandıqda bütünlüklə murdar sayılar. Əgər axıcı olmazsa, rütubət bir yerdən o birinə sirayət etmədiyindən yalnız toxunan hissə murdar sayılar. Həmin murdar hissəni götürüb atmaq olar.
Məsələ 148: Əgər milçək və ya onun kimi başqa bir həşərat rütubətli murdar bir şeyin üzərindən qalxıb pak bir yerə qonarsa, həmin həşəratın ayağının rütubət götürməməyini düşündükdə onun qonduğu yer murdar sayılmaz. Əgər həşəratın öz ayağında murdar şey apardığını və onun qonduğu yerə sirayət etdiyini biləriksə, həmin yer murdar sayılar.
Məsələ 149: Bədənin tərli yeri murdarlansa tərin sirayət etdiyi yerlər murdar sayılar.
Məsələ 150: Burundan və ya boğazdan gələn bəlğəm qatı olarsa qan olan nöqtə murdar sayılar. Əgər axıcı olarsa, bütünlüklə murdardır.
Məsələ 151: Əgər altı deşik qab murdar yerə qoyularsa və ondakı su təzyiqlə xaric olarsa qabın içi murdarlanmaz.
Məsələ 152: İynə kimi bir şey bədənin daxilində qan kimi murdara toxunarsa bayıra çıxarılarkən qana bulaşıq olmasa murdar sayılmaz. Həmçinin ağız və burun suyu ağız və burunun daxilində qana toxunarsa nəcis olmaz.
Məsələ 153: Sidiyə batmış əl kimi murdarlanmış şey rütubətli halda pak şeyə toxunarsa onu da murdarlayar.
Məsələ 154: Əvvəla, murdar bir şeyi yemək və ya içmək haramdır. Spirtli içkilər kimi murdarın əslini uşaqlara içirtmək də haramdır. Murdarlanmış şeyi vacib ehtiyata əsasən uşaqlara da vermək olmaz. Amma bir şey onların öz əllərinin nəcis olması ilə murdarlanarsa eybi yoxdur.