Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 142Murdarlığın sübutu

Təminzlikdə peyğəmbər

Məsələ 142: Paklıq-murdarlıq qaydalarına riayat etməklə yanaşı müstəhəbdir ki, bədənin, libasın, evin, məskənin, miniyin və bütün yaşayış mühitinin təmizliyi gözlənilsin. İslam Peyğəmbəri (s) və mə’sum imamlar bu nöqtəyə əhəmiyyət vermişlər.

Nömrə 143Nəcisliyin keçməsi

Nəcisliyin keçmə səbəbləri

Məsələ 143: Əgər pak bir şey murdar bir şeyə toxunarsa və onlardan biri rütubətli olarsa, pak şey murdarlanar. Əgər hər iki şey quru olarsa və ya rütubət yaşdan quruya sirayat edəcək həddə olmazsa, murdara toxunan pak şey pak qalar. (Amma meyyit qüslundan öncə hətta quru şəraitdə meyitə toxunmamaq vacib ehtiyatdır.)

Nömrə 146Nəcisliyin keçməsi

Nəcis əşyanın yaş əşyaya toxunması

Məsələ 146: Torpaq, parça və ya bu kimi başqa bir şey rütubətli olduğu vaxt ona murdar şey toxunarsa, həmin toxunan hissə murdar sayılar. Amma rütubət elə bir həddə olarsa ki, bir yerdən o birinə sirayat etsin, həmin şey bütövlükdə murdar sayılar. Xiyar, qarpız, qatıq və bu kimi şeylər çox rütubətli olmazsa, yalnız murdara toxunan hissə murdarlanar.

Nömrə 147Nəcisliyin keçməsi

Mayenin bir hissəsinin nəcis olması

Məsələ 147: Yağ və şirə axıcı olarsa, bir nöqtəsi murdarlandıqda bütünlüklə murdar sayılar. Əgər axıcı olmazsa, rütubət bir yerdən o birinə sirayət etmədiyindən yalnız toxunan hissə murdar sayılar. Həmin murdar hissəni götürüb atmaq olar.

Nömrə 148Nəcisliyin keçməsi

Nəcisliyin həşərat vasitəsilə keçməsi

Məsələ 148: Əgər milçək və ya onun kimi başqa bir həşərat rütubətli murdar bir şeyin üzərindən qalxıb pak bir yerə qonarsa, həmin həşəratın ayağının rütubət götürməməyini düşündükdə onun qonduğu yer murdar sayılmaz. Əgər həşəratın öz ayağında murdar şey apardığını və onun qonduğu yerə sirayət etdiyini biləriksə, həmin yer murdar sayılar.