Zəkatı ödəyəndən sonar zəkat niyyəti
Məsələ 1665: Əgər malik və yaxud vəkil qürbət qəsdi olmadan zəkatı fəqirə versə, mal aradan getməzdən öncə malikin özü qürbət niyyəti etsə, zəkat hesab olunar.
Məsələ 1665: Əgər malik və yaxud vəkil qürbət qəsdi olmadan zəkatı fəqirə versə, mal aradan getməzdən öncə malikin özü qürbət niyyəti etsə, zəkat hesab olunar.
Məsələ 1666: Hər vaxt zəkatı öz istəyi ilə ödəməsə, şəriət hakimi güc tətbiq etməklə ondan ala bilər və zəkat hesab olunar. Belə olan halda qürbət niyyəti hesab olunmur. Lakin, vacib ehtiyat odur ki, şəriət hakimi qürbət qəsdi etsin.
Məsələ 1667: Zəkatı ödəməkdə səhlənkarlıq etmək olmaz. Yəni zəkat vacib olan vaxtda onu fəqirə və yaxud şəriət hakiminə çatdırmalıdır. Lakin müəyyən bir fəqiri gözləsə və ya hansısa üstün cəhəti olan fəqirə vermək istədikdə, gözləyə bilər. Amma, vacib ehtiyata əsasən, bu halda zəkatı maldan ayırsın.
Məsələ 1668: Zəkatı müstəhəqqə çatdıra bilən şəxsin səhlankarlığı nəticəsində mal aradan getsə, (zəkata) zamindir və onun əvəzini ödəməlidir. Əgər səhlənkarlıq etməyibsə, öhdəsinə bir şey düşmür.
Məsələ 1669: Zəkatı malın özündən ayırdıqdan sonra onun qalanından istifadə etmək olar. Əgər ayrı bir maldan ayrılsa, o malın hamısından istifadə etmək olar.
Məsələ 1670: İnsan ayırıb kənara qoyduğu zəkatı götürüb, ayrı bir şeyi yerinə qoya bilməz.
Məsələ 1671: Əgər kənara qoyulan zəkatın bir mənfəəti olsa, məsələn, (zəkat üçün kənara qoyulan) qoyun quzu doğsa, o şey zəkatdan hesab olunur.
Məsələ 1672: Zəkatı kənara qoyduğu vaxtda bir müstəhəqq hazır olsa, zəkatı ona verməsi yaxşıdır. Ondan üstün bir şəxsi nəzərdə tutduğu halda (isə) istisnadır.
Məsələ 1673: Şəriət hakimi -əd - İslam hökmlərini icra edə bildiyi halda, vacib ehtiyata əsasən, zəkatı ona verməli və yaxud onun icazəsi ilə istifadə etməlidirlər. Belə olan halda insanların şəriət hakiminin icazəsi olmadan onu (zəkatı) bölməsi işkallıdır.
Məsələ 1674: Zəkat üçün ayırdığı eyni mal ilə özü üçün ticarət etməsi düzgün deyil. Lakin, şəriət hakiminin icazəsi ilə olsa, düzgündür və o malın mənfəəti zəkatdır.
Məsələ 1675: Zəkat insana vacib olmazdan öncə zəkat adı ilə fəqirə nəsə verə bilməz. Lakin, ona borc verib, zəkat ona vacib olandan sonra (zəkat borcunun yerinə) hesablaya bilər.
Məsələ 1676: Bir nəfərə zəkatın vacib olmadığını bilən fəqir ondan zəkat adı ilə bir şey ala bilməz. Əgər alsa və mal onun yanında tələf olsa, zamindir. Amma o şəxs fəqir olaraq qalsa, sonradan onun borcunu zəkat adı ilə hesablamaq olar.