Zəkat miqdarını ayırandan sonra maldan istifadə etmək icazəlidir
Məsələ 1669: Zəkatı malın özündən ayırdıqdan sonra onun qalanından istifadə etmək olar. Əgər ayrı bir maldan ayrılsa, o malın hamısından istifadə etmək olar.
Məsələ 1669: Zəkatı malın özündən ayırdıqdan sonra onun qalanından istifadə etmək olar. Əgər ayrı bir maldan ayrılsa, o malın hamısından istifadə etmək olar.
Məsələ 1670: İnsan ayırıb kənara qoyduğu zəkatı götürüb, ayrı bir şeyi yerinə qoya bilməz.
Məsələ 1671: Əgər kənara qoyulan zəkatın bir mənfəəti olsa, məsələn, (zəkat üçün kənara qoyulan) qoyun quzu doğsa, o şey zəkatdan hesab olunur.
Məsələ 1672: Zəkatı kənara qoyduğu vaxtda bir müstəhəqq hazır olsa, zəkatı ona verməsi yaxşıdır. Ondan üstün bir şəxsi nəzərdə tutduğu halda (isə) istisnadır.
Məsələ 1673: Şəriət hakimi -əd - İslam hökmlərini icra edə bildiyi halda, vacib ehtiyata əsasən, zəkatı ona verməli və yaxud onun icazəsi ilə istifadə etməlidirlər. Belə olan halda insanların şəriət hakiminin icazəsi olmadan onu (zəkatı) bölməsi işkallıdır.
Məsələ 1674: Zəkat üçün ayırdığı eyni mal ilə özü üçün ticarət etməsi düzgün deyil. Lakin, şəriət hakiminin icazəsi ilə olsa, düzgündür və o malın mənfəəti zəkatdır.
Məsələ 1675: Zəkat insana vacib olmazdan öncə zəkat adı ilə fəqirə nəsə verə bilməz. Lakin, ona borc verib, zəkat ona vacib olandan sonra (zəkat borcunun yerinə) hesablaya bilər.
Məsələ 1676: Bir nəfərə zəkatın vacib olmadığını bilən fəqir ondan zəkat adı ilə bir şey ala bilməz. Əgər alsa və mal onun yanında tələf olsa, zamindir. Amma o şəxs fəqir olaraq qalsa, sonradan onun borcunu zəkat adı ilə hesablamaq olar.
Məsələ 1677: Qoyun, inək və dəvənin zəkatını möhtərəm ehtiyaclılara vermək müstəhəbdir. Həmçinin, zəkat verdikdə qohumları ayrılarından, elm, adamlarını digərlərindən, bir şey ummayanları umanlardan qabağa salmaq müstəhəbdir.
Məsələ 1678: Vacib zəkatı aşkar, müstəhəb sədəqəni isə gizli vermək müstəhəbdir.
Məsələ 1679: Hər vaxt birinə zəkat vacib olsa, lakin o məntəqədə müstəhəq olmasa, sonradan bu məntəqədə müstəhəqq tapa biləcəyinə ümid etmədiyi halda, mütləq zəkatı ayrı məntəqəyə aparıb istifadəyə verməlidir. Vacib ehtiyata əsasən, ayrı məntəqəyə aparmaq xərcləri onun öhdəsinə düşür. Lakin, zəkat tələf olduqda, zamin deyil.
Məsələ 1680: Zəkatı verənin məntəqəsində müstəhəq tapıldığı halda da zəkatı ayrı bir məntəqəyə apara bilər. Lakin, onu aparmaq xərcləri onun öhdəsindədir və hətta, şəriət hakiminin icazəsi ilə aparsa belə, əgər zəkat tələf olsa, vacib ehtiyata əsasən, zamindir.