Rəhn qoyulan malın mənfəəti
Məsələ 1969: Girov qoyulan malın mənfəəti, məsələn, heyvanın südü, ağacın meyvəsi və s. mal sahibinə məxsusdur.
Məsələ 1969: Girov qoyulan malın mənfəəti, məsələn, heyvanın südü, ağacın meyvəsi və s. mal sahibinə məxsusdur.
Məsələ 1970: Vacib ehtiyata əsasən, girov borc sahibinə təhvil verilmədən baş tutmur. Lakin, girov qoymaq belə olsa, məsələn, evi qanuni sənədləşmə əsasında girov qoysalar və lazım olduğu vaxtda onu satmaqla öz borcunu götürə bilməsi üçün sənədi borc sahibinə versələr, borclu şəxsin o evdə yaşamasına baxmayaraq, maneəsi yoxdur.
Məsələ 1971: Girov qoymağın əksi olan hər bir istifadə caiz deyil. Bu baxımdan borc sahibi və borclu şəxs girov qoyulan malı digərinin icazəsi olmadan, başqasının mülkü edə bilməz; məsələn, onu bağışlaya və yaxud sata bilməz. Lakin, onlardan biri onu bağışlasa və yaxud satsa və sonra ayrısı icazə versə eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, başqasının icazəsi olmadan (onlardan) heç biri rəhnə xələl gətirməsə də belə, başqa istifadələr etməməlidir.
Məsələ 1972: Əgər borc sahibi girov götürdüyü şeyi borclu şəxsin icazəsi ilə satsa rəhn batil olur və onun pulu rəhn sayılmır. Əgər satmağa verilən icazə onun pulunu girovun yerinə qoymaq şərti ilə olsa, istisnadır.
Məsələ 1973: Əgər borclu şəxs təyin edilmiş vaxtda və borc sahibi borcunu tələb etdikdə borcunu verməsə, borc sahibi girov götürdüyü malı satıb öz borcunu götürüb, qalanını borclu şəxsə verə bilər. Əgər şəriət hakiminin yanına getmək mümkündürsə, vacib ehtiyata əsasən, bu işi onun icazəsi ilə görməlidir.
Məsələ 1974: Əgər borclu şəxs girov qoymamışsa və yaşadığı ev, mənzilin zəruri əşyalarıdan başqa malı olmasa, borc sahibi borcunu ondan tələb edə bilməz. Əksinə, (ona) möhlət verməlidir. Lakin, əgər girov qoyduğu mal ev və yaxud mənzilin zəruri əşyalarından olmasa, borc sahibi onu satıb borcunu götürə bilər.
Məsələ 1975: Camaat arasında (İranda) ev sahibinə borc verib, az da olsa icarə haqqı ödəmək şərti və yaxud ümumiyyətlə, icarə haqqı verməyərək evini girov götürmək adət halını alıb və ona rəhinli ev deyirlər. Bu iş sələm və haramdır. Doğru yol budur ki, ilk olaraq ev sahibi evi müəyyən məbləğdə, hətta az olsa belə, ona icarəyə versin və icarə əsnasında şərt etsin ki, ona filan qədər borc versin və onun müqabilində evi girov qoysun. Bu halda sələm deyil, halaldır.
Məsələ 1976: Əgər insan bir şəxsin borcunu ödəmək üçün zamin olmaq istəsə, siğəni fars, ərəb və yaxud hər hansı bir dildə şifahi olaraq oxuya bilər. Məsələn, “mən filan kəsin borcunu ödəməyə zaminəm” desin və borc sahibi də “qəbul etdim” deməklə qəbul etsin. Həmçinin, zəmanət müqaviləsini zəmanətnamə imzalamaq və yaxud da hər hansı bir vasitə ilə bu işi borc sahibinə başa salmaqla və o da əməli olaraq qəbul etdiyi halda, yerinə yetirmək olar.
Məsələ 1977: Zamin olduqdan sonra borclu şəxsin borcu zəmanətçinin öhdəsinə düşür və borclu şəxsin öhdəliyi götürülür. Əgər zəmanət borclu şəxsin xahişi ilə baş tutubsa, zəmanətçi borcu verdiyi zaman onu sabiq borclu şəxsdən ala bilər. Zamin olmağın başqa bir növü də var, belə ki, bir şəxs bu məsqsədlə başqasının zamini olur ki, əgər borclu şəxs borcunu verməkdə səhlənkarlıq etsə, onu ödəyə bilməsə, borc sahibi borcunu zamindan alsın. Bu növ zəmanət də düzgündür və əksər hallarda banklarda, yaxud kreditlər müqabilində olunan zəmanətlər bu formadadır.
Məsələ 1978: Zəmanətçi və borc sahibi həddi-büluğa çatmış, aqil olmalı və kimsə onları məcbur etməməli, səfih olmamalıdır. Müflis olduğuna görə şəriət hakimi tərəfindən malından istifadəsi qadağan olunan borc sahibi zamin tuta bilməz (yəni borcunu başqasının öhdəsinə qoya bilməz).
Məsələ 1979: Borcuna zamin durulan şəxs borclu olmalıdır. Bu baxımdan, başqasından borc alan şəxs, onu almayana qədər, heç kəs onun zamini ola bilməz. Lakin, məsələn, “filankəsi işə götür, bir nasazlıq və yaxud xəyanət qarşıya çıxartsa mən zaminəm” desə, eybi yoxdur və bu zəmanət də e’tibarlıdır.
Məsələ 1980: Zəmanətdə “borc sahibi”, “borclu şəxs” və “borc alınmış mal” müəyyən olmalıdır. Bu baxımdan, əgər iki nəfərin bir nəfərdə borcu varsa və insan “mən onların biri qarşısında zaminəm” desə, faydasızdır. Həmçinin, əgər iki nəfər bir adama borclu olsa və bir şəxs “mən o iki nəfərdən birinin borcunu verməyə zaminəm” desə, (onlardan heç birini) müəyyən etmədiyi üçün, batildir. Habelə, əgər bir şəxs başqasına 100 kq. buğda və 100 tümən pul borc veribsə və bir şəxs “mən iki borcdan birinə zaminəm” deyib, (hansı birini verəcəyini dəqiqliklə) müəyyən etməsə düzgün deyil.