Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 996Qunut

Qunutun müstəhəb olması

Məsələ 996: Bütün vacib və müstəhəb namazlarda ikinci rəkətin rükusundan öncə qunut tutmaq müstəhəbdir(yalnız bayram namazı istesnadır ki,qunut tutmaq vacibdir). Amma ehtiyat budur ki, şəf’ namazında qunut tutulmasın. Amma bir rəkətlik vətr namazında rükudan öncə qunut tutmaq müstəhəbdir.

Nömrə 998Qunut

Qunutun zikri

Məsələ 998: Qunutda xüsusi bir zikr demək, dua oxumaq şərt deyil. Əlləri qaldırmaq da zəruri sayılmır. Amma yaxşı olar ki, əllər üz müqabilində qaldırılsın. Belə ki, əllərin içi üzü səmaya olsun. Qunutda əllər bir-birinə yapışdırılır, zikr deyilir, dua oxunur. Qunutda istənilən bir zikri söyləmək olar. Hətta bir dəfə “Sübhanəllah” demək bəs edər. Amma yaxşı olar ki, qunutda bə’zi dualar oxunsun.Məsələn:لاَ إِلهَ إِلاّ اللهُ الحَلِيمُ الكَرِيمُ لاَ إِلهَ إِلاّ اللهُ العَلِىُّ العَظِيمُ سُبحانَ اللهِ رَبِّ السَّمَاواَتِ السَّبعِ وَرَبِّ الأرَضِينَ السَّبعِ وَمَا فِيهِنَّ وَمَابَينَهُنَّ وَرَبِّ العَرشِ العَظِيمِ وَالحَمدُ لِلّهِ رَبِّ العَالَمِينَ“La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Sübhanəllahi rəbbis-səmavati səb’i və rəbbil ərəzinəs-səb’i və ma fihinnə və ma bənyəhunnə və rəbbil-ərşil-əzim vəl həmdulillahi rəbbil aləmin.”Qunutda dünya və axirət ehtiyaclarını istəmək olar.

Nömrə 703Gecə nafiləsi

Quran və hədislərdə gecə nafilələrinə təkid

Məsələ 703: Gecə nafiləsi nafilə namazlarının ən mühümlərindəndir. Ayə və rəvayatlərdə bu namazın əhəmiyyəti xüsusi vurğulanır, onun insan ruhuna müstəsna tə’sirindən danışılır. Bu namazlar insanın tərbiyəsində, onun problemlərinin həllində çox tə’sirlidir. Dua kitablarında bu namazın qaydaları göstərilir. Xüsusilə vətr namazının qunutuna ciddi əhəmiyyət verilir. Əlbəttə ki, bu qaydaları yerinə yetirmək yaxşıdır. Amma gecə namazlarını adi şəkildə də qılmaq olar. Müəyyən səbəblərdən gecənin axırlarında oyana bilməyən şəxs yatmazdan öncə bu namazı qıla bilər.

Nömrə 163Quranı murdarlamaq

Quran vərəqini paklamaq kimin öhdəsinədir

Məsələ 163: Qur’anın vərəqini paklamaq yalnız onu murdarlayanın vəzifəsi deyil. Qur’an vərəqinin murdarlanmasından xəbər tutan hər kəs onu paklamağa vəzifəlidir. Bu vəzifəni biri yerinə yetirdikdə o birilərin öhdəsindən götürülür. Amma Qur’an başqasına məxsus olduqda paklanarkən korlanarsa, onu murdarlayan şəxs zərəri ödəməlidir.

Nömrə 161Quranı murdarlamaq

Quranı kafirin əlinə vermək

Məsələ 161: Qur’anın kafirin əlinə verilməsi ona hörmətsizlik sayılarsa bu iş haramdır. Əgər kafirin bu yolla doğru yola gələcəyinə ümid varsa və ya bu yolla İslam təbliğ edilirsə, ona Qur’anı vermək olar, hətta bu iş bəzəndə vacibdir.

Nömrə 158Quranı murdarlamaq

Quranın vərəq və xəttini murdalamaq

Məsələ 158: İkincisi, Qur’anın yazısını və vərəqini murdarlamaq haramdır. Murdarlanmış Qur’an yazısı və vərəqini dərhal suya çəkmək lazımdır. Qur’an cildinin murdarlanması Qur’ana hörmətsizliyə səbəb olarsa, bu iş də haram sayılar.

Nömrə 983Quranın vacib səcdələri

Quranın vacib səcdələrinin şərtləri

Məsələ 983: Qur’anın vacib səcdəsi üçün alını səcdə ediləsi şeyə qoymalıdır. Vacib ehtiyata əsasən, ayıb yerini örtməli, qəsbiliklə bağlı şərtləri yerinə yetirməlidir. Amma namazın digər şərtləri vacib səcdədə ödənməyə də bilər.

Nömrə 49Quyu suyu

Quyu suyunun hokum və pak etmə şərtləri

Məsələ 49: Quyu suyu həm pakdır, həm də pakedicidir. Bu su kürr miqdarından az da olsa həmin xüsusiyyətlərə malikdir. Murdarlanmış şeydə murdarın əsli olmazsa, həmin şey quyu suyu ilə yuyulduqda paklanır. Bir şərtlə ki, murdarın əsli toxunub, qoxusunu, rəngini və ya dadını həmin şeyə keçirməsin.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت