Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 903Qiraət

Tovhid və Kafirun surələrindən başqa surələrə keçmək

Məsələ 903: İstənilən bir namazda “İxlas” və ya “Kafirun” surəsindən digər bir surəyə keçmək olmaz. Yalnız cümə namazında “Cümə” və “Munafiqun” surələrinin yerinə başqa bir surə oxunmuşsa, surənin yarısına çatmamış onu tərk edib “Cümə” və “Munafiqun” surələrini oxumaq olar.

Nömrə 905Qiraət

Surənin bir hissəsini unutmaq

Məsələ 905: Əgər surənin bir hissəsini unutsa və ya vaxt dar olduğundan davam etdirə bilməsə, onu saxlayıb başqa bir surə oxuya bilər. Saxlanılmış surənin yarıdan saxlanılmasının, İxlas və Kafirun olmasının fərqi yoxdur.

Nömrə 906Qiraət

Kişilər və qadınlar üçün Həmd və surə qiraəti

Məsələ 906: Kişilərin sübh, şam və xiftən namazlarında Həmd-surəni ucadan oxuması vacibdir. Onlar günorta və ikindi namazlarının Həmd-surəsini astadan oxumalıdırlar. Qadınlar günorta və ikindi namazının Həmd-surəsini astadan oxumalıdırlar. Onlar sübh, şam və xiftən namazlarının Həmd-surəsini həm ucadan, həm də astadan oxuya bilərlər. Amma əgər onların səsini naməhrəm eşidərsə, müstəhəb ehtiyat budur ki, Həmd-surəni astadan oxusunlar.

Nömrə 908Qiraət

Qiraəti ucadan oxumaq lazım gələndə astadan oxumaq

Məsələ 908: Ucadan oxunmalı qiraəti bilərəkdən astadan, astadan oxunmalı qiraəti bilərəkdən ucadan oxuyan şəxsin namazı batildir. Amma məsələni bilmədiyindən və ya unutduğundan belə edərsə namazı düzgündür. Əgər məsələni öyrənməkdə səhlənkarlıq etmiş olarsa, vacib ehtiyata əsasən, namazı təzələməlidir.

Nömrə 911Qiraət

Namazını düzgün qıla bilməyən insanın hökmü

Məsələ 911: Namazın qiraət və zikrini düzgün oxumaq lazımdır. Bilməyən bunu öyrənməlidir. Amma düzgün tələffüzü öyrənə bilməyənlər namazı bacardıqları kimi qılmalıdır. Bu qəbil insanlar imkan daxilində namazını cəmiyyətlə qılmağa çalışmalıdır.

Nömrə 914Qiraət

Əgər namazın sözlərini və yaxud həriflərini səhv oxusa

Məsələ 914: İnsan Həmd-surəni və ya digər zikirlərin mətnindən hər hansı bir sözü bilməsə, ya onun fəthə və kəsrəsini dəyişik salsa, ya bir hərfini başqa hərf kimi oxusa (məsələn, “Zad” hərfinin əvəzinə “za” oxusa) leksik baxımdan səhv olarsa, namazı batildir.

Nömrə 915Qiraət

Keçmişdə oxuduqlarının səhv olduğunu başa düşənlər

Məsələ 915: Əgər bir şəxs namazın mətnində bir söz və ya bir ayəni uzun müddət oxuduqdan sonra yanlış oxuduğunu başa düşərsə, namazını yenidən qılması vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, onu ya təzələsin, ya da qəzasını qılsın.