Yara qanı olması bilinməyən qan
Məsələ 779: Bədəni yaralı şəxs libasında və ya bədənində qan görərsə və bu qanın hansı qan olduğunu bilməzsə, həmin halda namaz qılmasına irad var.
Məsələ 779: Bədəni yaralı şəxs libasında və ya bədənində qan görərsə və bu qanın hansı qan olduğunu bilməzsə, həmin halda namaz qılmasına irad var.
Məsələ 780: Əgər bədəndə bir neçə yara olarsa və bu yaralar bir yara sayılacaq həddə yaxındırlarsa, bütün yaralar sağalanadək həmin halda namaz qılmaq olar. Amma yaralar o qədər aralıdırsa ki, hərəsi bir yara sayılsın, hər yara sağaldıqdan sonra bədən və libas onun qanından təmizlənməlidir.
Məsələ 781: İkinci üzürlü hal: Əgər namaz qılanın libasındakı və ya bədənindəki qan bir dirhəm ölçüsündən kiçikdirsə, həmin halda namaz qılmaq olar. Bir şərtlə ki, bu qan heyiz, nifas, istihazə, eləcə də it və donuz, ölü heyvan, əti haram olan heyvanın qanı olmasın. Vacib ehtiyata əsasən, kafirin də qanı bu qəbildəndir.
Məsələ 782: Əgər qan libas və bədənin bir neçə yerinə yayılmışsa, birlikdə bir dirhəm ölçüsündən az olduqda namaz qılmaq olar.
Məsələ 783: Əgər qan libasın astarına da sirayat etmişsə, libasdakı və astardakı qan ayrıca hesablanır. Amma parça qalın olmadıqda onun üzü və arxası bir sayılır.
Məsələ 784: Bir dirhəm ölçüsündən az olan qan libası yumadan gedərsə, onun yeri murdardır. Amma bu halda namaz qılmaq olar.
Məsələ 785: Əgər libasdakı qan bir dirhəm ölçüsündən kiçik olarsa və onun üzərinə sidik kimi başqa bir murdar tökülərsə, bu halda namaz qılmaq olmaz.
Məsələ 786: Üçüncü üzürlü hal: Namaz qılan şəxsin ayıb yeri örtməyə bəs etməyəcək həddə xırda geyimləri (Məsələn, araqçın, corab) murdarlanarsa, onlarla namaz qılmaq olar. Murdarlanmış üzük və eynək də bu qəbildəndir.
Məsələ 787: Dördüncü üzürlü hal: Əgər namaz qılan şəxsin cibində ayıb yeri örtəcək ölçüdə murdar dəsmal və ya başqa bir şey olarsa, onunla namaz qıla bilər. Başqa murdar əşyalar da bu qəbildəndir. Amma müstəhəb ehtiyat budur ki, onlardan pəhriz edilsin.
Məsələ 788: Beşinci üzürlü hal: Körpə uşağa dayəlik edən və libasını namaz üçün asanlıqla paklaya bilməyən qadın gündə bir dəfə libasını paklayarsa onunla namaz qıla bilər. Onun libası uşaq sidiyi ilə murdarlansa da eyni hökmdədir. Amma vacib ehtiyat budur ki, libasını qılacağı birinci namaz üçün suya çəksin.
Məsələ 789: Əgər adi geyim kimi vasitələrlə uşaqdakı murdarlığın sirayat etməsinin qarşısını ala bilərsə bunu etməlidir. Əgər bir neçə libası varsa pak libasdan istifadə etməlidir.
Məsələ 792: Namaz qılanın yeri ilə bağlı bir neçə şərt ödənməlidir: Birinci şərt: Yerin halal olması;Vacib ehtiyat budur ki, namaz qılanın namaz qıldığı yer halal olsun. Demək, qəsbi yerdə və ya qəsbi xalça üzərində namaz qılmaq iradlıdır. Başqasının ixtiyarında olan icarəyə götürülmüş yer də belədir. Həmin yerdə icarəçinin icazəsi olmadan namaz qılmaq iradlıdır. Başqasına aid mülk də bu qəbildəndir. Məsələn, bir şəxs vəsiyyət etsə ki, onun malının üçdə biri müəyyən istiqamətdə xərclənsin, o dünyasını dəyişdikdən sonra üçdə bir ayrılanadək həmin yerdə namaz qılmaq olmaz.