Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1890Muzariənin hökmləri

Qazanc olmadıqda bölgü qaydası

Məsələ 1890: Əgər müzariənin müddəti sona yetsə və əkinçinin səhlənkarlığı üzündən məhsul ələ gəlməsə, torpaq sahibi əkinçini əkini biçməyə məcbur edə bilər; lakin, ilin təxirə düşməsinə görə olsa (rəsm olduğu kimi) malik səbr etməlidir. Əgər heç biri olmasa, əkini dərmək əkinçinin zərərinə səbəb olsa və malik bir zərər görməsə, yenə də səbr etməlidir. Amma zərər ona yönəldiyi halda əkinçini əkini dərməyə məcbur etməyə haqqı var.

Nömrə 1476Qazanc və işdən gələn mənfəət

Qazanc və gəlirlərin arasında fərq yoxdur

Məsələ 1476: Qazanc və qazanc növlərində heç bir fərq yoxdur. Lakin, insan başqasından borc ünvanı ilə bir şey alsa, xümsü yoxdur. Həmçinin, irs adı ilə ona çatan malların xümsü yoxdur. Amma, əgər mərhumun öz malının xümsünü vermədiyini və yaxud başqa mallarına görə xümsə borclu olduğunu bilsə, istisnadır. Əgər irs qalmış malın qiymətində artım olarsa və ili yetişərsə artım qiymətinin xumsunu verməlidir.

Nömrə 31

Qeyri-şəri üsulla kəsilən heyvan

31. Qeyri-şər’i üsulla kəsilən heyvan pakdır. Amma onun ətindən yemək haram sayılır. Demək, qeyri-islami məmləkətlərdən gətirilmiş heyvan dəriləri həmin heyvanın zibh olunduğunu bildiyimiz vaxt pak sayılır.

Nömrə 957Səcdələr

Qeyri-adi səcdə

Məsələ 957: Əgər deyilməyən şəkildə səcdə etsə, məsələn yerə uzansa və bədənin yeddi üzvü yerə yapışdırsa, səcdəsi batildir.

Nömrə 258Üzü yumaq

Qeyri-adi ölçüdə əl-ayağı olanların vəzifəsi

Məsələ 258: Orta və baş barmaq arası dedikdə adi barmaqlar nəzərdə tutulur. Əgər bir şəxsin orta və baş barmaqları adi barmaqlardan çox uzun və çox gödəksə barmaqlarını ölçü götürməməli, insanların adətən yuduğu həddə yumalıdır. Saçı çox yuxarıdan və ya çox aşağıdan bitən insanlar başqalarının yuduğu adi həddi gözləməlidir.

Nömrə 1330Orucun niyyəti

Qeyri-müəyyən, vacib orucun niyyət vaxtı

Məsələ 1330: Əgər müəyyən olmayan vacib oruc boynunda varsa (ramazan ayının qəza orucu və yaxud kəffarə kimi) zöhrə qədər niyyət edə bilər. Yəni, orucu batil edən şeyləri yerinə yetirmədiyi halda, zöhrdən qabaq niyyət etsə, orucu düzgündür.

Nömrə 2250Balıq tutmaq

Qeyri-müsəlman balıqçının hökmü

Məsələ 2250: Balığı tutan şəxsin müsəlman olması, onu götürən vaxt Allahın adını deməsi lazım deyil. Lakin, onu sudan diri tutması və yaxud tora düşdükdən sonra ölməsi mə’lum olmalıdır.

Nömrə 2250Balıq tutmaq

Qeyri-müsəlman balıqçının hökmü

Məsələ 2250: Balığı tutan şəxsin müsəlman olması, onu götürən vaxt Allahın adını deməsi lazım deyil. Lakin, onu sudan diri tutması və yaxud tora düşdükdən sonra ölməsi mə’lum olmalıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت