Qora və yaxud üzüm olması bilinməyən
Məsələ 221: Əgər bir şeyin qora və üzüm olması mə’lum deyilsə, odda qaynadıqda haram olmaz.
Məsələ 221: Əgər bir şeyin qora və üzüm olması mə’lum deyilsə, odda qaynadıqda haram olmaz.
Məsələ 222: Satıcı bu Məsələlərdən xəbərdar olduqda ondan alınan şirə pak və halaldır, axtarışa ehtiyac yoxdur.
Məsələ 207: Günəş şüası yeri və dam örtüyünü paklayır. Amma günəş şüası vasitəsi ilə binanın, qapı-pəncərələrin və bu kimi şeylərin paklanmasına irad var.
Məsələ 208: Yerin və dam örtüyünün günəş şuası ilə paklanması üçün bir neçə şərt var:1. Murdarlanmış şeyin islanma yolu olsun. Əgər həmin şey qurudursa öncə onu islatmaq lazımdır ki, günəş şuası onu qurutsun.2. Öncə murdarın əslini təmizləmək lazımdır.3. Günəş bulud arxasından yox, birbaşa işıq saçmalıdır. Günəş şüasına mane olmayan buludlar və ya şüşə arxasından şüalanmanın eybi yoxdur.4. Rütubətli murdar yerin günəş şüası ilə quruması zəruridir. Bu rütubət külək və ya başqa istilik vasitəsi ilə quruyarsa bəs etməz. Amma həmin rütubət günəş şüası ilə quruyacaq həddə az olarsa eybi yoxdur.
Məsələ 209: Günəş şüası murdarlanmış həsiri, ağacı, otu, vacib ehtiyata əsasən, paklamır.
Məsələ 210: Murdarın günəş şüası ilə quruyub-qurumadığına, günəş şüasına hər hansı maneçilik olub-olmadığına, murdarın əslinin öncədən təmizlənib-təmizlənmədiyinə şübhə varsa, həmin yer murdardır.
Məsələ 67: Böyüklər körpələri, vacib ehtiyata əsasən, bayıra çıxdıqları və ya sidiyə getdikləri vaxt üzü qibləyə və ya arxası qibləyə oturtmamalıdırlar. Amma uşaq özü həmin vəziyyətdə otursa mane olmaq vacib deyil. Amma bu iş görülsə daha yaxşıdır.
Məsələ 66: Sidik və ya nəcis çıxacağını yuyan vaxt üzü qibləyə və ya arxası qibləyə olmağın eybi yoxdur. Amma “istibra” (sidik kanalının şəriət qaydasında təmizlənməsi) zamanı vacib ehtiyata əsasən üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz.
Məsələ 211: Əgər günəş şüası murdar yerin bir hissəsini əhatə edib qurudarsa, həmin hissə paklanar.
Məsələ 212: Əgər murdarın əsli elə dəyişilsə ki, ona başqa ad verilsin, paklanmış sayılar. Məsələn, it duzluğa düşüb duza çevrilərsə paklanar. Murdarlanmış şey başdan-başa dəyişdikdə paklanır. Məsələn, murdar ağac yanıb kül olarsa, murdar su buxara çevrilərsə paklanar. Amma forma dəyişikliyi, məsələn, buğdanın una çevrilməsi onu paklamır.
Məsələ 213: Murdar ağacdan hazırlanmış kömür murdardır. Eləcə də, murdar gildən düzəldilmiş kuzə və kərpic murdar sayılır.
Məsələ 214: Əgər murdar bir şeyin istihalə olub-olmadığına şəkk etsək, onu murdar saymalıyıq.