Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2038Nikahın pozulmasına səbəb olan eyblər

Kişinin nikahı pozmasına icazə yaradan eyblər

Məsələ 2038: Əgər kişi əqd oxunandan sonra qadında aşağıdakı yeddi eybdən biri olduğunu bilsə, əqdi poza bilər:1-Dəlilik; 2-Xora xəstəliyi; 3-Bərəs (alaca) xəstəliyi; 4-Korluq; 5-Aşikar bilinən şil(əlil)olma; 6-Əfza olmaq (yə’ni, sidik və heyzin, yaxud heyzlə nəcisin məcrası bir olsa və yarıq cinsi əlaqə etmək üçün mümkün olmasın); 7-Qadında cinsi əlaqəyə mane olan artıq ət, sümük, vəz olsa.

Nömrə 2041Nikah və evlənmə

Əqdi fəsx edərkən mehriyyənin hökmü

Məsələ 2041: Əgər kişinin cinsi əlaqə bacarığı olmamasına görə qadın nikahı pozsa, ər onun mehriyyəsinin yarısını ödəməlidir. Lakin, (yuxarıda) qeyd edilən və nikahın fəsx olmasına səbəb olan digər eyblərə görə ər və yaxud arvad nikahı pozsa, bir-birləri ilə cinsi yaxınlıq etmədikləri halda, kişinin öhdəsinə heç nə düşmür və əgər (cinsi əlaqədə) olublarsa, vacib ehtiyata əsasən, (ər) bütün mehriyyəni ödəməlidir.

Nömrə 2043Evlənmək haram olan insanlar

Qadının anası və nənəsi ilə evlənmək

Məsələ 2043: Əgər bir kişi ilə bir qadının arasında nikah əqdi oxunsa, cinsi yaxınlıq etməməsinə baxmayaraq, o qadının anası, anasının anası, onun atasının anası və beləliklə hər nə qədər getsə, kişiyə məhrəm olurlar. Lakin, arvadın qızı, qız və oğlan nəvələri, o arvadla cinsi yaxınlıq etdiyi zaman kişiyə haram olur.

Nömrə 2046Evlənmək haram olan insanlar

Arvadın bacısı ilə evlənmək

Məsələ 2046: Kişi bir qadını öz nikahına gətirdikdən sonra və o arvad onun əqdində olduğu zamana qədər, əqdin daimi və yaxud müvəqqəti olmasından asılı olmayaraq, arvadın bacısı ilə evlənə bilməz. Hətta, təlaqdan sonra iddəsi “ric’i” olsa (bu haqda “Təlaq” kitabında mə’lumat veriləcək), (arvad) iddə müddətini saxladığı vaxtda onun bacısını ala bilməz və müstəhəb ehtiyat müstəhəbbə əsasən,bain təlaqın iddəsində (bunun şərhi gələcək) və həmçinin, müt’ə iddəsində, müddətin tamam olmasından və yaxud müddəti bağışlamasından asılı olmayaraq, onunla evlənməsin.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت