Bir neçə tərəfə namaz qılmaq forması
Məsələ 724: Bir şəxs üzü dörd tərəfə dayanıb namaz qılmaq istəyərsə, günorta və ikindi, şam və xiftən namazlarından birini dörd tərəfə qılıb qurtardıqdan sonra o birinə başlasa daha yaxşıdır.
Məsələ 724: Bir şəxs üzü dörd tərəfə dayanıb namaz qılmaq istəyərsə, günorta və ikindi, şam və xiftən namazlarından birini dörd tərəfə qılıb qurtardıqdan sonra o birinə başlasa daha yaxşıdır.
Məsələ 746: Namaz qılan şəxsin libası vacib ehtiyata əsasən, mübah, halal olmalıdır. İnsan bilərəkdən qəsbi libasla namaz qılsa, (hətta libasda bir sap və ya bir düymə qəsbidirsə) namazını təzələməlidir. Amma libasın qəsbiliyini bilmədən qıldığı namazlar düzgündür. Əgər libasın qəsbi olduğunu bilib sonradan yaddan çıxararsa, (əgər libası qəsb edən özüdürsə yə’ni qəsb edib, sonra onu yaddan çıxarmışsa) həmin libasla qıldığı namazları vacib ehtiyata əsasən, təzələməlidir.
Məsələ 747: Əgər insan namaz gedişində anlasa ki, libası qəsbidir, əynində ayıb yerini örtəcək bir şey varsa, qəsbi libası çıxarıb namazını davam etdirməlidir. Əgər əynində ayıb yerini örtəcək bir şey yoxsa, namazı pozmalı qəsbi olmayan libasla namaz qılmalıdır.
Məsələ 748: Əgər bir şəxs həyatını qorumaq məqsədi ilə qəsbi libasla namaz qılsa, namazı düzgündür. Eləcə də, libası oğrudan və bu kimi şeylərdən qorumaq üçün onu geyərsə namazı düzgündür.
Məsələ 749: Əgər xümsü və ya zəkatı verilməmiş pulla libas alıb həmin libasla namaz qılarsa bu namaza irad var. Əgər nisyə libas alıb müamilə zamanı bu fikirdə olarsa ki, borcunu xüms və zəkatı verilməmiş pulla ödəsin və ya ümumiyyətlə ödəməsin, namazına irad var.
Məsələ 750: Namaz qılan şəxsin libası atıcı qanı olan heyvanların ölüsünün hissələrindən olmamalıdır. Vacib ehtiyat budur ki, balıq və ilan kimi atıcı qanı olmayan heyvanların da hissələrindən olmasın.
Məsələ 751: Namaz qılanın üstündə ölü heyvan hissələri olmamalıdır. Bu hökm libasdan əlavə əşyalara da aiddir. Amma tük, yun kimi ruhsuz hissələrin eybi yoxdur. Məsələn, əti halal heyvan ölüsünün yunundan və tükündən hazırlanmış libasla namaz qılmaq olar.
Məsələ 752: Müsəlman bazarından alınmış dəri paltarla namaz qılmaq olar. Hətta həmin heyvanın şər’i qaydada zibh edilib-edilməməsinə şübhə olsa da, bunun eybi yoxdur. Amma dərinin qeyri-İslami məmləkətdən gətirildiyinə yəqinlik olsa, həmin dəri üstündə olan halda namaz qılmaq olmaz. Əgər satıcı lazımınca araşdırma aparmayan biganə bir şəxsdirsə, ondan alınmış dəri mə’mulatla da namaz qılmaq düzgün deyil. Amma bir şəxs öz üzərindəki dərinin İslami, ya qeyri-İslami məmləkətdən gətirildiyini bilməsə, həmin dəri ilə namaz qılmaq olar.
Məsələ 753: Namaz qılanın libası əti haram heyvanın hissələrindən olmamalıdır. Namaz qılanın üstündə belə bir heyvanın tükü də olsa, iradı var.
Məsələ 754: Əgər namaz qılanın libasında əti haram olan(məsələn pişik kimi) heyvanın ağzının və burnunun suyu kimi bir rütubət olsa, bu rütubətin əsli aradan getməmiş onunla namaz qılmağa irad var. Amma həmin rütubət qurusa və onun əsli aradan getsə, qılınmış namaz düzgündür.
Məsələ 755: Namaz qılanın libasında başqa bir şəxsin tükü, təri və ya ağzının suyu olarsa bu halda namaz qıla bilər.
Məsələ 756: Namaz qılanın üstündə mirvari və ya mum olarsa bu vəziyyətdə namaz qılmaq olar. Amma əti haram olan heyvandan götürülmüş sədəf düymə ilə namaz qılmağın eybi var.