Balıq və digər dəniz heyvanlarına xüms düşmür
Məsələ 1551: Dənizdə ovlanan balıq və ayrı heyvanların xümsü yoxdur. Lakin, qazanc gəliri hesab edilir, əgər ilin sonunda ondan və ya qiymətindən artıq qalarsa, xümsü verilməlidir.
Məsələ 1551: Dənizdə ovlanan balıq və ayrı heyvanların xümsü yoxdur. Lakin, qazanc gəliri hesab edilir, əgər ilin sonunda ondan və ya qiymətindən artıq qalarsa, xümsü verilməlidir.
Məsələ 1552: İnsanın cəvahir çıxartmaq məqsədi ilə dənizə girməsi şərt deyil. Əgər ayrı məqsədlə suya girib, təsadüfən cəvahir tapsa, xümsünü verməlidir.
Məsələ 1553: Əgər insan dənizin dibinə gedib bir heyvan tutub çölə çıxartsa və onun qarnından cəvahir çıxsa, o cəvahirin qiyməti, çıxarılmasına sərf edilən xərclər azaldıqdan sonra, nisab miqdarına çatsa (belə ki, heyvan sədəf kimi ola və adətən qarnında cəvahir ola xümsünü verməlidir. Əgər təsadüfən cəvahiri udubsa, yenə də vacib ehtiyata əsasən, xümsü verilməlidir.
Məsələ 1554: Cəvahir bəslənən, sədəf ovlanan böyük çaylardan çıxarılan cəvahirlərin də xümsü var.
Məsələ 1555: Dənizdən çıxarılan xoş ətirli ənbər dalğıcılıq yolu ilə əldə edildikdə xümsü var. Həmçinin, əgər ənbər suyun səthindən və yaxud sahildən əldən edilsə, vacib ehtiyata əsasən, yenə də onun xümsünü verməlidirlər.
Məsələ 1556: Əgər bir şəxsin qazanc yeri dalğıcılıq və ya mə’dən şeyləri çıxartmaqdırsa, əgər onların xümsünü versə və illik xərclərindən bir şey artıq qalsa, yenidən xümsünü verməsi lazım deyil.
Məsələ 1557: Əgər müsəlmanlar məsum imamın əmri ilə kafirlərlə döyüşsə və döyüşdə qənimət əldə etsə, xümsünü verməlidir. Lakin, onun qorunmasına, daşınmasına xərclənən miqdar azaldılır.
Məsələ 1558: Müsəlmanlar İmamın (ə) xüsusi və ya ümumi naibinin icazəsi ilə kafir əleyhinə döyüşüb qənimət əldə etdikdə, vacib ehtiyata əsasən, onun xümsünü verməlidir.
Məsələ 1559: Şəxsi istifadəsi olmayan, top və tank kimi döyüşdə qənimət götürülən silahları şəriət hakimi və müsəlmanların vəliyyi əmri İslam ordusunun ixtiyarında qoya bilər.
Məsələ 1560: Müsəlmanların döyüş əsnasında kafirlərin malından istifadə etmək haqları var, gərək onların xümsünü versinlər.
Məsələ 1561: Xümsü verilməli olan qənimətlər yalnız nəql edilən qənimətlərdir. Belə ki, onların xümsü verilməklə döyüşçülərin mülkü hesab edilir. Lakin, kafirlərdən əldə edilən torpaqların xümsü yoxdur və o, bütün müsəlmanlarındır.
Məsələ 1562: Bir qrup müsəlman ayrı bir qrupun əleyhinə təcavüz etsə, təcavüzkarın qarşısı alınmalıdır ki, Allahın hökmünə baş əysinlər. Əgər müsəlmanlar bu arada qənimət əldə etsələr, onu şəxsi malları hesab edə bilməzlər. Gərək onu saxlasınlar və vaxtında sahiblərinə qaytarsınlar. Bir halda ki, əgər bu qənimətlər onların əlində olduğu halda yenidən təcavüzə və fəsada səbəb olarsa, şəriət hakiminin icazəsi ilə, ondan düzgün istifadə olunar.