Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 933Ruku

İxtiyarsız bədəni tərpənən insanın vəzifəsi

Məsələ 933: İnsan vacib zikr söylədiyi vaxt bir şəxs ona toxunsa və ya başqa bir səbəbdən bədəni hərəkətə gəlsə, yalnız aram dayandıqdan sonra zikri yenidən deməlidir. Amma azca hərəkətin eybi yoxdur.

Nömrə 935Ruku

Rukunun zikri bitməmiş rukudan qalxanın hökmü

Məsələ 935: Vacib zikr başa çatmamışdan öncə bilərəkdən rükudan qalxarsa, namazı batildir. Əgər bilmədən qalxarsa, rükudan tam qalxmamış başa düşsə, bədəni aram halda yenidən zikr deməlidir. Rükudan qalxdıqdan sonra başa düşsə, namazı düzgündür.

Nömrə 936Ruku

Ruku qədərində əyilə bilməyən insan

Məsələ 936: Rüku həddində əyilə bilməyən şəxs bir şeyə söykənib rüku etsin. Bu da mümkün olmasa, bacardığı qədər əyilsin. Bu da mümkün olmasa, oturaq vəziyyətdə rükunu yerinə yetirsin. Bu da mümkün olmadıqda ayaq üstə başı ilə işarə etməklə rüku etsin. İşarə edə bilməyən kəs rüku niyyəti ilə gözünü yumsun, zikri dedikdən sonra rükudan qalxmaq niyyəti ilə gözünü açsın.

Nömrə 937Ruku

Lazımi miqdarda rukuda dayana bilməyən insan

Məsələ 937: Bir şəxs xəstəlik və ya digər bir səbəbdən rüku edə bilməsə, rükunun vacib zikri həddində dayansın, rüku vəziyyətindən çıxmamışdan öncə zikri söyləsin. Bədəni aram olmasa da eybi yoxdur. Əgər bacarmasa, qalxan halda zikri tamamlasın.

Nömrə 938Ruku

Xəstəlik və yaxud qocalıq üzündən beli əyilmiş insanın vəzifəsi

Məsələ 938: Qocalıq səbəbindən bir şəxsin qəddi əyilmişsə, xəstəlik və ya başqa bir səbəbdən rüku halına oxşar haldadırsa, namazda qiraət üçün bacardığı qədər qəddini düzəltməli, bunu bacarmasa rükudan öncə belini bir qədər düzəldib sonra rüku vəziyyətini almalıdır. Bu da mümkün olmasa, rüku üçün bir qədər əyilsin. Bir şərtlə ki, rüku halından çıxmasın. Bu da mümkün olmadıqda ehtiyat budur ki, başı ilə işarə etsin və həmin halı rüku nəzərdə tutsun.

Nömrə 939Ruku

Rukunun rükn olması

Məsələ 939: Rüku halı rükn vaciblərdəndir. Əgər rüku tərk olunsa və ya bir rəkətdə iki və ya daha artıq rüku yerinə yetirilsə, namaz batildir. Bunun bilərəkdən, səhvən və ya unutqanlıqdan baş verməsinin fərqi yoxdur.

Nömrə 940Ruku

Rukudan sonra qalxmağın vacibliyi

Məsələ 940: Rüku başa çatdıqdan sonra düz vəziyyətdə dayanmaq vacibdir. Bədən aramlaşdıqdan sonra səcdə yerinə yetirilir. Rükudan sonra qiyam halı tərk olunsa, namaz batildir. Amma səhvən olsa eybi yoxdur.

Nömrə 941Ruku

Rukunu unutmaq

Məsələ 941: Rüku yaddan çıxarsa, birinci səcdədən əvvəl, ya iki səcdə arasında, ya da alnı ikinci səcdəyə qoymamışdan öncə yada düşərsə, ayağa qalxmalı, sonra rükuya getməlidir.

Nömrə 942Ruku

Rukudan əvvəlki və sonrakı müstəhəblər

Məsələ 942: Müstəhəbdir ki, rükuya getməzdən öncə ayaq üstü vəziyyətdə “Allahu əkbər” söylənilsin. Rükuda dizlər arxaya verilsin və bel düz saxlanılsın. Boynu çəkib bel bərabərində saxlamaq müstəhəbdir. Həmin vaxt iki qədəm arasına baxmaq, rükudan qalxıb düz dayanan zaman bədən aram vəziyyətdə “Səmiəllahu limən həmidəh” söyləmək müstəhəbdir.

Nömrə 944Səcdələr

İki səcdə rükn sayılır

Məsələ 944: Vacib və müstəhəb namazların hər rəkətində iki səcdə yerinə yetirilməlidir. Səcdələr rükudan sonra yerinə yetirilir. Namaz qılan şəxs bilərəkdən və ya unutduğu üçün hər iki səcdəni ötürərsə və ya iki səcdə əvəzinə dörd səcdə qılarsa, namazı batildir. Amma səhvən olduqda, artıq və ya əskik bir səcdə namazı batil etmir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت