Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1198Qəza namazı

Qəza namazlarında sıra

Məsələ 1198: Qəza namazlarında tərtib lazım deyil. Yalniz bir gündə qılınan zöhr və əsr və məğrib və işa namazlarinin arasinda tərtibə riayət olunmalidir.

Nömrə 1195Qəza namazı

Qəza namazsı qılmaqda səhlənkarlıq etməmək

Məsələ 1195: Öhdəsində qəza namazı olan şəxs bu namazları yerinə yetirməkdə səhlənkarlıq göstərməməlidir. Amma vacib deyil ki, onları dərhal yerinə yetirsin. Amma qəzaya getmiş bir və ya iki namazı həmin günün namazından öncə yerinə yetirmək vacib ehtiyatdır.

Nömrə 1327Orucun niyyəti

Qəza orucu olan üçün müstəhəb oruc tutmaq olmaz

Məsələ 1327: Ramazan ayının və yaxud başqa vacib orucun qəzası boynunda olan şəxsin müstəhəb oruc tutması caiz deyil. Əgər unutqanlıq üzündən müstəhəb oruc tutsa və zöhrdən qabaq yadına düşsə, niyyətini vacib orucla əvəz edə bilər. Lakin, zöhrdən sonra yadına düşsə, orucu batildir.

Nömrə 1431Qəza orucunun hökmləri

Qəza orucunu zöhrdən qabaq pozmaq icazəlidir

Məsələ 1431: Bir kəs ramazan ayının orucunun qəzasını tutsa, bu halda əgər o orucların qəzasının vaxtı az olmasa, zöhrdən qabaq öz orucunu batil edə bilər lakin, zöhrdən sonra caiz deyil. Vacib ehtiyata görə, əgər qeyri-müəyyən oruc (məsələn, nəzir orucunun qəzası kimi) tutduğu halda da zöhrdən sonra orucunu batil etməsin.

Nömrə 249Qabların hökmləri

Qab hökmündə olmayan əşyalar

Məsələ 249: Qab sayılmayan stəkan altı, qılınc qını kimi şeylər qızıl və gümüşdən hazırlanarsa eybi yoxdur. Amma vacib ehtiyat budur ki, qızıl və gümüşdən hazırlanmış ətir qabı və sürmə qabı kimi şeylərdən pəhriz edilsin.

Nömrə 40Axar su

Qabda boruya birləşmiş su

Məsələ 40: Əgər boru ilə çəkilmiş suyun altına bir qab qoyularsa qabdakı su kran suyu ilə əlaqədə olduğu vaxt axar su hökmündədir.

Nömrə 176Su

Qabları az su il paklamaq üsulu

Məsələ 176: Qabları paklamaq üçün onları az su ilə üç dəfə doldurub boşaltmaq kifayat edər. Ya da hər dəfə bir qədər su töküb onu elə hərəkət etdirmək lazımdır ki, su bütün murdar yerləri əhatə etsin. Sonra həmin su bayıra tökülür.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت