Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1500Qazanc və işdən gələn mənfəət

Cehizin xümsü

Məsələ 1500: Əksər ailələrdə adətən, qızın cehizliyini tədriclə hazırlayırlar. Bu halda, cehizliyin alınmasından bir il ötdükdən sonra xüms ona vacib olur. Lakin, bəzi məntəqələrdə əvvəlcədən cehizlik hazırlanmadıqda eyb sayılırsa və yaxud cehizliyi birdəfəlik hazırlamaq imkansız olduqda, alınan cehizliyin xümsü yoxdur.

Nömrə 1504Qazanc və işdən gələn mənfəət

Xümsü çıxarılmış və çıxarılmamış əmlakları ayırmaq və xümsü çıxarılmamış pulu xərcləmək

Məsələ 1504: Kəsb və ticarətdən müəyyən qədər gəlir əldə edən bir şəxsin, xümsü vacib olmayan və yaxud xümsü verilmiş başqa malı da olsa, o iki malı bir-birindən ayırması vacib deyildir. Hər ikisindən xərcləyə bilər və ilin sonunda yalnız keçən ilin xumsu çıxarılmış sərmayəsinə əlavə olanın xumsunu çıxaracaqdır.

Nömrə 1505Qazanc və işdən gələn mənfəət

Bir ildən artıq qalmış azuqənin xümsü

Məsələ 1505: Əgər alver və iş gəlirindən bir il üçün lazım olan azuqəni alsa və ilin axırında ondan bir şey artıq qalsa, onun xümsünü verməlidir. Vacib ehtiyata görə, hətta ərzaq mə’mulatları və s. kimi az əhəmiyyəti olan şeylərin hamısını hesablamalıdır. Diqqət yetirilməlidir ki, əgər onun qiymətini hesablayıb, pulunun xümsünü vermək istəsə və qiyməti, aldığı vaxtdakı qiymətdən artıq və ya az olmasından asılı olmayaraq, ilin axırındakı qiymətlə hesab etməlidir.

Nömrə 1506Qazanc və işdən gələn mənfəət

İlin ortasında aldığı vəsaitə ehtiyac olmasa

Məsələ 1506: İl boyu ehtiyac duyduğu avadanlıqları alsa, xümsü yoxdur. Əgər sonradan o avadanlıqlardan ehtiyacsız olsa, xümsünu verməsi lazım deyil. Həmçinin, qadınların yaşı ötməsi ilə onlara lazım olmayan qızıl əşyalarının da xümsü yoxdur. Lakin, ehtiyat müstəhəbbə əsasən, bu avadanlıqların, qızıl əşyalarının xümsünu versin.

Nömrə 1507Qazanc və işdən gələn mənfəət

Dini tələbələrin kitablarının xümsü

Məsələ 1507: Dini tələbələrin və ya qeyrilərinin qazanclarından aldıqları kitablara ehtiyacları olduğu halda, xümsü yoxdur. Amma hazırda bu kitablara ehtiyacları yoxdursa və məqsədləri gələcəkdə istifadə etmədirsə xümsü var. (Əgər il boyu o kitablardan istifadə etməsələr, lakin, o kitabların kitabxanada zəruri hallarda istifadə etmək üçün olması lazımdırsa, ehtiyacdan sayılır.) Həmçinin, il boyu istifadə olunmasa belə, yanğının baş verə biləcəyi ehtimal olunan yerlərdə yanğınsöndürən cihazların və evlərdə məişət xərclərindən hesab olunan tə’cili yardım üçün lazım olan bəzi dərmanların xümsü yoxdur.

Nömrə 1510Qazanc və işdən gələn mənfəət

Sərmayənin xümsü

Məsələ 1510: Ehtiyac duyulan, az olduqda şəxsiyyətinə uyğun yaşaya bilməyəcəyi təqdirdə, sərmayənin xümsü yoxdur. Yəni həmin və sonrakı ilin gəlirlərindən götürüb, sərmayə edə bilər. Onun xümsünu ödəməklə işinə bir zərər yetişməzsə, bu sərmayənin ticarət, yer, su, əkinçilik üçün əmlak və iş vəsaitləri olmasından asılı olmayaraq, onun xümsünu verməlidir.

Nömrə 1511Qazanc və işdən gələn mənfəət

Tələf olmuş sərmayəni gəlirdən götürmək

Məsələ 1511: Əgər iş və yaxud ticarət əsnasında sərmayənin bir miqdarı aradan getsə və bu, alver zərərlərindən sayılsa, onun miqdarını qazancdan götürə bilər. Lakin ayrı hadisələrə görə zərərə uğrasa (oğurluq və s. kimi), onu qazancdan götürə bilməz. Əgər yerdə qalan sərmayə ilə öz şəxsiyyətinə uyğun ticarət işini davam etdirə bilməsə, istisnadır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت