Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1686Müxtəlif məsələlər

Zəkat malı ilə dini kitabların vəqfi

Məsələ 1686: İnsan zəkatla İslami hədəflərin inkişafında tə’sirli olan dini, elmi, Quran, dua və s. kitablar alıb, istər hamı, istərsə də xüsusi adamlar, hətta övladı və xərcləri özünə vacib olan şəxslər üçün vəqf edə bilər. Lakin, zəkatla hansısa mülkü alıb, oğluna vəqf edə bilməz.

Nömrə 1688Müxtəlif məsələlər

Müvəkkilin zəkat malından vəkilin istifadə hökmü

Məsələ 1688: Əgər malik malının zəkatını vermək üçün bir şəxsi vəkil etsə, lakin ifadəsinin zahiri (mənası) onu başqalarına vermək olsa, müstəhəqq olmasından asılı olmayaraq, vəkil özü ondan heç nə götürə bilməz. Əgər ifadəsinin zahiri (mənası) ümumi olsa, özü də istifadə edə bilər.

Nömrə 1691 Müxtəlif məsələlər

Hansı irəlidir: borcu, zəkatı, xümsü, kəffarəni və yaxud nəziri ödəmək?

Məsələ 1691: Əgər bir nəfərin öhdəsində xüms, zəkat və ya borc varsa və kəffarə, nəzr və s. kimi şeylər ünvanı ilə bə’zi mallar da ona vacib olubsa, bunların hamısını ödəyə bilmirsə və əgər zəkat, xüms vacib olan eyni malın özü aradan getməyibsə, xüms və zəkatın (ödəməsini) önə salmalıdır. Əgər aradan gedibsə, vacib ehtiyata əsasən, camaatın haqqını önə salmalıdır. Əgər belə bir şəxs dünyadan köçsə və onun malı bütün bunlar üçün kifayat etməsə, qeyd edilən qaydada əməl etməlidirlər.

Nömrə 1692Fitrə zəkatı

Fitrə zəkatı kimlərə vacibdir?

Məsələ 1692: Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa’ (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir.

Nömrə 1693 Fitrə zəkatı

Varlı kimdir?

Məsələ 1693: İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.

Nömrə 1696Fitrə zəkatı

Qonağın fitrəsi nə vaxt ev yiyəsinə vacib olur?

Məsələ 1696: Qonaq ev sahibinin icazəsi ilə fitr bayramı gecəsinin qürbundan qabaq (evə) gəlib, onun çörək yeyəni sayılsa (yəni, bir müddət yanında qalmaq fikrində olsa) qonağın zəkatını vermək vacibdir. Lakin, yalnız bayram gecəsi üçün də’vət olunubsa, onun zəkatı ev sahibinə vacib deyil. Ev sahibinin razılığı olmadan (evə) gəlibsə, vacib ehtiyata əsasən, onun fitrəsini verməlidir. Onu, xərcini verməyə məcbur edən şəxsin hökmü də yuxarıdakı hökmlə eynidir.

Nömrə 1697Fitrə zəkatı

Fitrə zəkatının maneələri gün batandan sonar aradan qalxarsa

Məsələ 1697: Əgər qürubdan qabaq uşaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqir imkanlı olsa, gərək fitrənin zəkatını versin. Lakin, (yuxarıda qeyd edilən şərtlər) qürubdan sonra olsa, zəkatın fitrəsi lazım deyil. Amma, bayram gününün günortasından öncəyə qədər deyilən şərtlər olarsa, zəkat fitrəsinin verilməsi müstəhəbdir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت