İzdihamlı yerlərdə namaz
Məsələ 807: Külək, yağış və ya izdihamın sıxıntısı səbəbindən namazın düzgün yerinə yetirilməsinə şübhə yarandıqda, namazı başa vurmaq ümidi ilə başlayıb maneəsiz başa çatdırsa, namaz düzgündür.
Məsələ 807: Külək, yağış və ya izdihamın sıxıntısı səbəbindən namazın düzgün yerinə yetirilməsinə şübhə yarandıqda, namazı başa vurmaq ümidi ilə başlayıb maneəsiz başa çatdırsa, namaz düzgündür.
Məsələ 809: Namaz elə bir yerdə qılınmalıdır ki, onun vacib şərtlərini yerinə yetirmək mümkün olsun. Əgər bir yer alçaq olduğundan ayaq üstə düz dayanmaq mümkün deyilsə və ya rükuya, səcdəyə getmək olmursa, belə bir yerdə namaz batildir.
Məsələ 811: Namazda qadın kişidən arxada dayanmalıdır. Qadının səcdə yeri kişinin səcdə yerindən bir qədər arxada olmalıdır. Əks təqdirdə namaz batildir. Bu hökmdə məhrəm və naməhrəmlər arasında fərq qoyulmur. Amma əgər qadın və kişi arasında divar və ya pərdə olarsa, eləcə də onlar arasındakı məsafə təqribən beş metrə çatarsa, bunun eybi yoxdur.Bu hökmün icra olunması çətin olan yerlərdə riayət olunması lazım deyildir.
Məsələ 812: Əgər qadın kişinin yanında və yaxud ondan öndə dayandığı vəziyyətdə birlikdə namaza başlasalar, hər ikisinin namazı batildir. Amma biri namaza başladıqdan sonra o biri qoşularsa, birincinin namazı düzgündür, ikincinin namazı batildir.
Məsələ 813: Namaz qılanın alnını qoyduğu yer onun durduğu yerdən o qədər hündür olmamalıdır ki, səcdə forması pozulsun. Vacib ehtiyat budur ki, səcdə yeri oturulan yerdən dörd bağlı barmaqdan artıq hündür və ya alçaq olmasın.
Məsələ 808: Əgər bir yerdə dayanmaq haramdırsa (Məsələn, uçmaqda olan bir yerdə) orada namaz qılınmamalıdır. Namaz qılınarsa belə, vacib ehtiyat budur ki, həmin namaz təzələnsin. Eləcə də üzərində dayanmaq və oturmaq haram olan bir yerdə (məsələn, Allahın adı yazılmış xalça üzərində) namaz qılmağın hökmü yuxarıdakı kimidir.
Məsələ 810: Namaz qılan şəxs ədəbə riayat edərək Peyğəmbər və mə’sum imamların qəbrindən öndə dayanmamalıdır. Əgər onun namazı müqəddəsliklərə hörmətsizlik sayılarsa, haramdır və belə bir namaza irad var. Başqa hallarda isə namaz batil olmaz.
Məsələ 814: Kişinin naməhrəm qadınla başqalarının daxil ola bilmədiyi xəlvət bir yerdə olmasının eybi var və vacib ehtiyat budur ki, oranı tərk etsinlər. Belə bir yerdə namaz qılmağın da eybi var. Eləcə də, şərab içilən, qumar oynanılan, qeybət edilən günah məclisləri kimi yerlərdə namaz qılınmasına irad var.
Məsələ 814: Kişinin naməhrəm qadınla başqalarının daxil ola bilmədiyi xəlvət bir yerdə olmasının eybi var və vacib ehtiyat budur ki, oranı tərk etsinlər. Belə bir yerdə namaz qılmağın da eybi var. Eləcə də, şərab içilən, qumar oynanılan, qeybət edilən günah məclisləri kimi yerlərdə namaz qılınmasına irad var.
Məsələ 815: Vacib ehtiyat budur ki, Kə’bə evində (Kə’bənin daxilində) vacib namaz qılınmasın. Amma orada müstəhəb namaz qılmaq olar. Hətta müstəhəbdir ki, Kə’bənin daxilində hər künc qarşısında iki rəkət namaz qılınsın. Kə’bənin üzərində isə həm vacib, həm də müstəhəb namaz qılmağın eybi var.
Məsələ 816: Namazın məsciddə qılınması müstəhəbdir və bu məsələ xüsusi vurğulanır. Namaz üçün Məscidül-Həram, sonra Məscidün-Nəbi, sonra Kufə məscidi, sonra Beytül-Müqəddəs məscidi, sonra şəhərin Came məscidi, sonra isə məhəllə və bazar məscidi üstün sayılır.
Məsələ 817: Qadınların özlərini naməhrəmdən yetərincə qoruya biləcəyi halda onların məsciddə namaz qılması daha yaxşıdır. Əgər dini məsələləri öyrənmək üçün məscidə getməkdən savayı yol yoxsa, onların məscidə getməsi vacibdir.