Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 70Ayaqyolu hökmləri

Ayaqyoluna getmək haram olan yerlər

Məsələ 70: Bir neçə yerdə sidiyə getmək və ya bayıra çıxmaq haram sayılır:1. İnsanların gediş-gəlişi olan küçə və xiyabanlarda;2. Xüsusi bir qrup üçün vəqf olunmuş, hədiyyə edilmiş yerlərdə; Tələbələrə məxsus mədrəsələr, namaz qılanlar üçün nəzərdə tutulmuş məscid tualetləri bu qəbildəndir.3. Mö’minin qəbri üstündə və ya mö’min və müqəddəsliklərə hörmətsizlik sayılacaq yerlərdə.

Nömrə 71Ayaqyolu hökmləri

Qait məxrəcini təmizləmək yolları

Məsələ 71: Nəcis çıxacağını yumaqla, ya üç parça kağız, daş və ya parça ilə təmizləmək olar. Amma nəcis çıxacağı adi həddən artıq bulanarsa, nəcislə birlikdə qan kimi bir murdar şey xaric olarsa və ya kənardan murdarlanarsa, onu yalnız su ilə paklamaq olar.

Nömrə 73Ayaqyolu hökmləri

Sidik çıxıntısını qeyri-su ilə yumaq

Məsələ 73: Sidik çıxacağı yalnız su ilə paklanır. Onu az su ilə bir dəfə yumaq kifayət edər baxmayaraq ki iki dəfə yumaq daha yaxşıdır, axar su hökmündə olan çox həddinə qoşulmuş sularla bir dəfə yumaq bəsdir.

Nömrə 799Mubah olmalıdır

Yer sahibinin razılığını bilərək orada namaz qılmaq

Məsələ 799: Əgər müəyyən dəlillər əsasında mülk sahibinin razılığı mə’lum olsa, orada namaz qılmaq olar. Bu halda mülk sahibinin dillə razılığı olmaya da bilər. Amma dillə razılıq vermiş sahibin qəlbən razı olmadığı bilinərsə, orada namaz qılmaq olmaz.

Nömrə 804Mubah olmalıdır

Böyük əkinçilik sahələrində namaz

Məsələ 804: Hasara alınmamış böyük əkin yerlərində əkin olmadığı vaxt namaz qılmaq, əyləşmək, yatmaq və oradan cüzi istifadə etməyin eybi yoxdur. Həmin yerin yaşayış məntəqəsinə yaxın və ya uzaq olmasının fərqi yoxdur. Onun sahibləri yaşlı və ya az yaşlı şəxslər ola bilər. Amma əkin sahəsinin sahibi aydın şəkildə bildirsə ki, razı deyil və ya onun qəlbən razı olmadığını bilsək, həmin yerdən istifadə etmək haramdır, namaz qılınmasına irad var.

Nömrə 805Hərəkətsiz olmalıdır

Hərəkət edən yerdə namaz

Məsələ 805: Əgər namaz qılan şəxsin namaz qılmaq istədiyi yer hərəkətli olarsa, yə’ni həmin şəxs həmin yerdə namazın əməllərini adi qaydada yerinə yetirə bilməzsə, onun namazı batildir. Beləcə, gəmidə, qatarda və bu kimi başqa yerlərdə namazın əməllərini düzgün yerinə yetirmək düzgün olduqda bunun eybi yoxdur. Vaxt darlığından və ya başqa bir zərurətdən gəmi, aftomobil və bu kimi hərəkətli bir yerdə namaz qılmağa məcbur olduqda imkan həddində daim dəyişən qiblə tərəfə dayanmaq lazımdır. Namaz qılan şəxs dəyişən qibləyə doğru hərəkət etdiyi vaxt namazın mətnindən deməməlidir.