Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 113Kafir

Kafirin murdarlığı

Məsələ 113: Kafir, yə’ni Allahı və ya İslam Peyğəmbərini (s) qəbul etməyən, Allaha şərik qoşan şəxs yəhudilik və məsihilik kimi səmavi dinlərdən birini qəbul etsə də, ehtiyata əsasən, murdardır.

Nömrə 114Kafir

Dinin zəruri məsələlərində vasvaslıq

Məsələ 114: Allaha və İslam Peyğəmbərinə (s) inandığı halda bə’zən şübhələrə düçar olub araşdırma aparan şəxslər pakdırlar və həmin şübhələrin zərəri yoxdur.

Nömrə 115Kafir

Dinin zəruri məsələlərini rədd etmək

Məsələ 115: Bir şəxs İslamın dini zərurətlərini, yəni bütün müsəlmanların bildiyi (məad və qiyamət gününə etiqad bəsləmək, namaz və orucun vacib olması kimi) mövzuları inkar edərsə, onların zəruriliyini bilirsə, kafirdir. Yox əgər onların zəruriliyinə şübhə edirsə, kafir deyil. Müstəhəb ehtiyata əsasən belələrindən çəkinmək lazımdır.

Nömrə 116Kafir

Kafirin bədən üzvləri

Məsələ 116: Yuxarıda kafirin murdar olduğu bildirildi. Bu murdarlıq onun bədəninə, hətta tükünə və dırnağına da aiddir.

Nömrə 117Kafir

İnsanların əqidəsi ilə bağlı şəkk

Məsələ 117: İslam cəmiyyətində yaşayan bir şəxsin e’tiqadından xəbərsiziksə o pak sayılır. Onun əqidəsini araşdırmaq lazım deyil. Qeyri-İslami cəmiyyətlərdə isə bir şəxsin müsəlman və ya kafir olduğu mə’lum deyilsə, həmin şəxs pakdır.

Nömrə 118Kafir

Kafirlərin övladları

Məsələ 118: Kafirlərin övladları da valideynləri ilə eyni hökmdədir. Müsəlmanların övladları, hətta təkcə atası və ya anası müsəlman olan körpə də pakdır.

Nömrə 119Kafir

Peyğəmbərə

Məsələ 119: Əgər bir şəxs Allahın, Peyğəmbərin (s), mə’sum imamların və ya xanım Fatimənin (ə) ünvanına təhqiramiz söz deyərsə və ya onlarla düşmənçilik edərsə, kafirdir.

Nömrə 120Kafir

İmamlar

Məsələ 120: Həzrət Əli (ə) və digər imamlara münasibətdə ifrata varan, yəni onları Allah sayan və ya Allaha məxsus sifətləri onlara aid edən kəs kafirdir.

Nömrə 121Kafir

Vəhdəti-vucuda etiqad bəsləyənlər

Məsələ 121: (Vəhdəti-vücud) əqidəsində olanlar, yə’ni bütün varlıq aləmini Allahın vücudu və bütün mövcudları eynən Allah sayanlar, Allahın insan və digər mövcudlarda hüluluna (görünməsinə) inananlar, Allahı cisim sayanlardan vacib ehtiyata əsasən, çəkinmək lazımdır.

Nömrə 122Kafir

İslam firqələri

Məsələ 122: Mə’sum imamlarla düşmənçilik etməyən, onlara münasibətdə ifrata varmayan, xəvaric əqidəsindən savayı bütün İslam firqələri pakdır.

Nömrə 123Sərxoş edici maye

Spirtli içkilərin murdarlığı

Məsələ 123: Şərab və insanı məst edən istənilən bir maye vacib ehtiyata əsasən, murdardır. Amma əsli maye olmayan tiryək, həşiş kimi məstedici narkotik maddələr pakdır. Onlar su qatılmaqla maye halına salınsa belə murdar sayılmaz. Amma bu kimi maddələrdən istifadə etmək haramdır.

Nömrə 123Sərxoş edici maye

Narkotik maddələr

Məsələ 123: Şərab və insanı məst edən istənilən bir maye vacib ehtiyata əsasən, murdardır. Amma əsli maye olmayan tiryək, həşiş kimi məstedici narkotik maddələr pakdır. Onlar su qatılmaqla maye halına salınsa belə murdar sayılmaz. Amma bu kimi maddələrdən istifadə etmək haramdır.