Gözləri ağrayanlar
Məsələ 626: Göz xəstəliyi olan və suyun bu xəstəliyə zərər verəcəyini bilən insan gözünün ətrafını yuya bilsə dəstəmaz almalıdır. Əks təqdirdə təyəmmüm edilir.
Məsələ 626: Göz xəstəliyi olan və suyun bu xəstəliyə zərər verəcəyini bilən insan gözünün ətrafını yuya bilsə dəstəmaz almalıdır. Əks təqdirdə təyəmmüm edilir.
Məsələ 627: Bir şəxs suyun zərərli olduğunu bilib, təyəmmüm edərsə, sonradan suyun zərərli olmadığını anlasa təyəmmümü batildir. Həmin təyəmmümlə qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir. Amma bir şəxs suyun zərərli olmadığını bilib dəstəmaz alarsa və ya qüsl verərsə, sonradan suyun zərərli olduğunu bildikdə dəstəmazı və qüsulu səhihdir.
Məsələ 628: Kifayat qədər su olduğu halda dəstəmaz və qüslə işlədilsə özünün, övladının, dostlarının və yoldaşlarının susuzluqdan öləcəyindən və ya xəstələnəcəyindən, eləcə də böyük zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm etməlidir. Qeyri-müsəlman bir şəxsin həyatı təhlükədə olarsa suyu ona verib təyəmmüm etmək lazımdır. Bu hökm heyvana münasibətdə də öz gücündədir.
Məsələ 629: Pak sudan əlavə bir qədər murdar su varsa, murdar sudan istifadə edə bilməz. Namaz üçün təyəmmüm edib, pak suyu içmək üçün saxlamalıdır. Amma murdar suyu heyvana verməyin eybi yoxdur.
Məsələ 630: Əgər ixtiyarında azca su olan şəxs dəstəmaz alıb qüsl verdikdə bədənini və libasını təmizləməyə su qalmayacaqsa, bədənini və libasını təmizləməli, namaz üçün təyəmmüm etməlidir. Amma təyəmmüm üçün bir şey tapmadıqda suyu dəstəmaz və qüslə sərf etməli, murdar bədən və ya libasla namaz qılmalıdır.
Məsələ 631: Əgər su və ya onun qabı qəsbi olarsa və ya qab qızıl-gümüşdən olarsa və başqa bir qab tapmaq mümkün olmasa, dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm etməlidir.
Məsələ 632: Vaxt dar olduqda dəstəmaz və ya qüsl verməklə namazın bir hissəsinin vaxtı ötəcəksə, təyəmmüm edilməlidir.
Məsələ 633: Əgər bir şəxs bilərəkdən namazı o qədər yubatsa ki, dəstəmaz və qüslə vaxt qalmasın, günaha yol vermişdir. Amma onun təyəmmümlə qıldığı namaz düzgündür. Müstəhəb ehtiyat budur ki, həmin namazın qəzasını da yerinə yetirsin.
Məsələ 634: Bir şəxs vaxtın dar olub-olmadığını bilməzsə dəstəmaz almalı və ya qüsl verməlidir. Amma vaxtın az olduğunu bildikdə dəstəmaz və qüsl verəcəyi halda namazın vaxtının ötəcəyindən qorxarsa təyəmmüm etməlidir.
Məsələ 635: Bir şəxs vaxt dar olduğu üçün təyəmmüm edib namaza başlasa, namaz arasında ixtiyarında olan su əlindən çıxsa, sonrakı namazları həmin təyəmmümlə qıla bilər.
Məsələ 636: Dəstəmaz aldıqda və ya qüsl verdikdə iqamə və qunut kimi müstəhəblərsiz namazı vaxtında qılacağını bilən şəxs bu işi görməlidir. Hətta əgər surə “İxlas” oxumağa vaxt olmasa namazı dəstəmazla həmin surəsiz qılmalıdır.
Məsələ 637: Bir neçə şeyə təyəmmüm etmək düzgündür: torpaq, çınqıl, qum, kəsək (bir-birinə yapışmış torpaq) və daş. Bir şərtlə ki, bütün bunlar pak və bir qədər tozlu olsun.