Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 603Şəhid

Şəhid kimdir

Məsələ 603: Qeyd etdiyimiz kimi, müsəlman meyyitə qüsl verib kəfənləmək vacibdir. Amma iki qrupun hökmü fərq edir:1.Allah yolunda şəhidlər, yə’ni İslami cihad meydanında, Peyğəmbər və mə’sum imamlarla, onların naibləri ilə yanaşı həlak olanlar. İmam Mehdinin (ə) qeyb dövründə də İslam düşmənləri ilə savaşda həlak olanlar şəhid sayılır. Şəhid həm kişi, həm də qadın, həm yaşlı, həm də uşaq ola bilər. Bu halda onlara qüsül, kəfən və hənut vacib deyil. Onları əyinlərindəki libasla, namazdan sonra dəfn etmək lazımdır.

Nömrə 604Şəhid

Döyüş meydanında xaricdə ölənlər

Məsələ 604: Ötən məsələdə haqqında danışılan insanlar savaş meydanında şəhid olanlardır. Yə’ni belələri müsəlmanlar onlara gəlib çatanadək dünyalarını dəyişirlər. Amma ona yetişən vaxt sağ olarsa və ya yaralı vəziyyətdə savaş meydanında çıxarılarsa, xəstəxanada və ya başqa bir yerdə dünyasını dəyişərsə, şəhid savabına malik olsa da, yuxarıdakı Məsələ ona şamil olunmur.

Nömrə 605Şəhid

Döyüş meydanı kilometrlərlə uzanan müharibələr

Məsələ 605: Bu gün savaş meydanları genişlənmiş, kilometrlərlə uzanmışdır. Silahlar olduqca uzaq məsafəni hədəfə ala bilir. Əsgərlərin hərəkət etdiyi bütün bu səhnə savaş meydanı sayılır. Amma düşmən cəbhədən kənarda bir məntəqəni bombalayarsa, yuxarıdakı hökm orada həlak olanlara aid deyil.

Nömrə 606Şəhid

Çılpaq qalmış şəhid

Məsələ 606: Şəhid müəyyən səbəbdən libassız qalarsa, onu kəfənləmək lazımdır. Amma o qüsülsüz dəfn olunur.

Nömrə 515Ölülərin hökmləri

Ölümdən sonra müstəhəb əməllər

Məsələ 515: Müstəhəbdir ki, insan öldükdən sonra onun ağzı, gözləri və çənəsi bağlanılsın. Ölünün əllərini yanına salmaq, ayaqlarını uzatmaq, üzünə bir parça çəkmək lazımdır. Cənazənin dəfni üçün mö’minləri xəbərdar etmək lazımdır. Nə qədər ki, cənazə öldüyü yerdən tərpədilməyib üzü qibləyə saxlanılsın. Onun dəfninə tələsmək lazımdır. Amma insanın öldüyünə yəqinlik yoxsa, səbr edib bunu müəyyənləşdirmək lazımdır.

Nömrə 516Ölülərin hökmləri

Hamilə qadın vəfat edərsə

Məsələ 516: Ölmüş qadın hamilə olsa onun bətnində sağ olan və ya sağ olması ehtimal edilən körpə çıxarılmalıdır. Bundan ötrü meyyitin sol tərəfi yarılıb, körpə çıxarıldıqdan sonra həmin yer tikilir. Bu işi bacaranlara əl çatırsa, onların nəzarəti altında hərəkət etmək lazımdır.

Nömrə 517Ölülərin hökmləri

Müsəlman ölüyə qüsl, kəfən, namaz və dəfn vacibdir

Məsələ 517: Müsəlmana qüsül vermək, onu kəfənləmək, ona namaz qılmaq və dəfn etmək kifayi vacibdir. Yə’ni bə’ziləri bu işi görərsə, başqalarının öhdəsindən götürülər. Əgər bu işi kimsə görməsə hamısı günahkardir. Bu işdə müsəlman firqələri arasında fərq qoyulmur.

Nömrə 518Ölülərin hökmləri

Ölünün işləri yarımçıq qalarsa

Məsələ 518: Yuxarıdakı işləri yerinə yetirən insan varsa, həmin işlər başqalarına vacib olmur. Amma həmin şəxs işi yarımçıq qoysa, başqaları onu tamamlamalıdır. Əgər başqa birinin bu işləri görüb-görmədiyinə şübhə varsa, insan özü addım atmalıdır.

Nömrə 519Ölülərin hökmləri

Ölünün işləri düzgün olub ya yox

Məsələ 519: Bir şəxs qüsül, kəfən, namaz və dəfnlə məşğul olsa, onun bu işləri düzgün yerinə yetirib-yetirmədiyini bilməsə, lazımınca yerinə yetirdiyini qəbul etməliyik. Amma səhvə yol verdiyinə əmin olsaq, həmin işləri yenidən görməliyik.

Nömrə 522Ölülərin hökmləri

Ölü öz işlərini görmək üçün kimisə elan edib

Məsələ 522: Əgər insan ölməzdən qabaq qəyyum olaraq başqa birini tə’yin etsə, məsələn, vəsiyyət etsə ki, filankəs mənə namaz qılsın, bu vəsiyyətə əməl etmək vacibdir. Müstəhəb ehtiyat budur ki, onun sahibindən də icazə alınsın. Amma insan ölməzdən qabaq bir şəxsə bu işlərlə bağlı tapşırıq verərsə, həmin şəxsə bu vəsiyyəti qəbul etmək vacib deyil. Əlbəttə ki, qəbul etmək daha yaxşıdır. Əgər qəbul etsə, ona əməl etməlidir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت