Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2449Transplantasiya

Müsəlman cəsədini təşrih etmək

Məsələ 2449: Tibbi məqsədlə müsəlman meyitini bir neçə şərt ödəndikdə yarmaq olar:1. Bu işdə məqsəd müsəlmanların qurtuluşu məqsədi ilə tibbi mə’lumatlar əldə edilməsi olmalıdır. Belə ki, meyiti yarmadan bu mə’lumatları əldə etmək mümkün olmasın;2. Qeyri-müsəlman meyiti əldə etmək mümkün olmasın;3. Ehtiyac həddi ilə kifayətlənmək lazımdır. Deyilən şəraitdə meyitin yarılması hətta vacibdir. Qeyri-müsəlman meyitini yarmaq üçün isə bu şərtlər ödənməyə də bilər.

Nömrə 2450Transplantasiya

Təşrih olunan cəsədlərə toxunmaq

Məsələ 2450: Yarılacaq meyit müsəlmansa və ona qüsl verilmişsə, ona toxunmaqla qüsl vacib olmaz. Başqa hallarda hər dəfə ölüyə toxunduqdan sonra meyitə toxunmaq qüslü vacib olur. Qüsl vermək məşəqqətə səbəb olarsa, təyəmmüm etmək olar. Amma yarılma işi ətsiz sümükdə və ya qəlb və beyin kimi bir orqanda aparılarsa qüslə ehtiyac yoxdur. Meyit yarılarkən əlcəkdən istifadə edilsə qüsl vacib olmaz.

Nömrə 2452Müzaribə

Müzaribənin tərifi

Məsələ 2452: “Müzaribə” dedikdə bir fərd və ya qrupun sərmayə yatırması, başqa fərd və ya qrupun bu sərmayə ilə işləməsi nəzərdə tutulur. Bu işin gəliri müqavilə şərtlərinə uyğun olaraq bölünür və hər kəs öz payını götürür.

Nömrə 2453Müzaribə

Qızıl və gümüş sikkələrlə aparılması vacib deyil

Məsələ 2453: Müzaribənin qızıl və ya gümüş sikkələri ilə aparılması vacib deyil. İstənilən bir malla müzaribə etmək olar. Eləcə də, şərt deyil ki, ticarət sahəsinə sərmayə yatırılsın. İstehsal sahələrinə də sərmayə yatırmaq olar. Bu əsasla fabrik və zavod səhmlərini alıb onların qazancından istifadə etmək düzgün sayılır.

Nömrə 2454Müzaribə

Tərəflərin səhmləri faizlə hesablanmaya da bilər

Məsələ 2454: Müzaribədə iki tərəfin payı faizlə hesablanmaya da bilər. Onlar hansısa bir miqdar müəyyənləşdirə bilərlər. Məsələn, filan sərmayə müqabilində 10 min manat qazanc nəzərdə tutula bilər. Bir şərtlə ki, müzaribənin qazancı tə’yin olunmuş miqdardan artıq olsun. Əgər əskik olarsa, müzaribə düzgün deyil.

Nömrə 2455Müzaribə

Bankların müzaribəsi

Məsələ 2455: Bankların şəxslərin pulu ilə həyata keçirdiyi müzaribədə şər’i qaydalar gözlənilərsə və iş təkcə kağız üzərində getməzsə, belə bir müzaribə düzgündür və onun qazancı halaldır.

Nömrə 2456Müzaribə

Sərmayəyə dəyən ziyan

Məsələ 2456: Müzaribədə işçinin günahı olmadan zərər yaranarsa, bu zərər sərmayəyə aiddir. Onu işçinin hesabına yazmaq və iki tərəf arasında bölmək olmaz.

Nömrə 4Ümumi aktual məsələlər

Şahmat

4. Şahmat: əgər şahmat xalqın nəzərində qumar halından çıxmışsa və idman oyunu kimi tanınırsa, şahmat oynamağın eybi yoxdur.