Sübh nanazından sonra heyzdən ya da nifasdan pak olmaq
Məsələ 1384: Sübh azanından sonra heyz və ya nifas qanından pak olan, həmçinin gün ərzində, hətta qüruba yaxın bir vaxtda heyz və nifas qanı görən qadın oruc tuta bilməz.
Məsələ 1384: Sübh azanından sonra heyz və ya nifas qanından pak olan, həmçinin gün ərzində, hətta qüruba yaxın bir vaxtda heyz və nifas qanı görən qadın oruc tuta bilməz.
Məsələ 1385: Əgər qadın sübh azanından qabaq heyz və yaxud nifasdan paklanıb səhlənkarlıq üzündən qusl etməsə, vacib ehtiyata görə, orucu batildir. Lakin səhlənkarlıq üzündən deyil, yalnız hamamın açılmasını və yaxud suyun isti olmasını gözlədiyi üçün azana qədər qusul etməsə, təyəmmüm aldığı halda onun orucu düzgündür.
Məsələ 1386: Əgər kəsirə istihazə halında olan bir qadın öz qusullarını istihazə hökmlərində deyilən qaydalara uyğun olaraq yerinə yetirsə, orucu düzgündür.
Məsələ 1387: Meyyitə məss edən şəxs və boynunda məss-meyyit quslu vacib olan şəxs qusul almadan oruc tuta bilər. Hətta oruc halında da meyyitə məss etsə, orucu batil olmaz, lakin namaz üçün qusul etməlidir.
Məsələ 1388: Maye şeylərlə imalə etmək, hətta çarəsizlik üzündən bir xəstəliyin müalicəsi üçün də olsa belə, orucu batil edir. Amma müalicə üçün istifadə olunan qeyri-maye (şam kimi) eybi yoxdur. Ehtiyat vacibə əsasən, qidalanmaqdan ötrü qeyri-mayelərin istifadəsindən çəkinmək lazımdır.
Məsələ 1389: Bilərəkdən qusmaq orucu batil edir. Hətta zəhərlənmədən qurtulmaq, xəstəliyi dərman etmək və s. səbəbilə olsa belə, (orucu batildir). Lakin, səhvən və yaxud ixtiyarsız olaraq qusmaq orucu batil etməz.
Məsələ 1390: Əgər gecə bir şey yesə və bu yemək vasitəsilə gündüz ixtiyarsız olaraq qusacağını bilsə orucu batil olmaz. Lakin, ehtiyat müstəhəbbə görə bu işi görməməlidir. Bu işi gördüyü halda isə orucun qəzasını yerinə yetirməlidir.
Məsələ 1391: Oruc tutan şəxsin zorla qusmağının qarşısını alması vacib deyil, lakin, zərər və məşəqqəti olmadığı halda onun qarşısını alması yaxşıdır.
Məsələ 1392: Əgər yemək qalığı, milçək və s. kimi bir həşarat ixtiyarsız olaraq oruc tutan şəxsin boğazına getsə və çox aşağı getdiyindən çıxardılması mümkün olmasa orucu düzgündür. Bacardığı halda onu çıxarmalıdır və onu çölə çıxarmaq orucuna da heç bir zərər yetirməz. Əksinə, bu halda onu udsa, orucu batildir.
Məsələ 1393: Gəyirmək vasitəsi ilə boğazından qusmaq hesab olunan bir şeyin gəlməsinə yəqin edən şəxs bilərəkdən gəyirməməlidir. Lakin, yəqini olmadğı halda bunun eybi yoxdur və əgər geyirməklə ixtiyarsız olaraq ağzına bir şey gəlsə onu çölə boşaltmalıdır və əgər onu bilərəkdən udsa orucu batildir, lakin, ixtiyarsız olaraq udmağının eybi yoxdur.
Məsələ 1394: Öncədən qeyd edilən doqquz şeyi səhvən və yaxud ixtiyarsız olaraq yerinə yetirən şəxsin orucu düzgündür. Lakin, boynunda cənabət qüslü olan şəxs yatıb, sübh azanına qədər qusl etməsə, orucunun əvvəldə izah etdiyimiz şəkildə eybi var.
Məsələ 1395: Oruc tutan şəxs səhvən orucu batil edən işlərdən birini görsə və orucunun batil olmasını düşünərək bilərəkdən bu işlərdən birini yenidən təkrar etsə, vacib ehtiyata görə o günün orucunu axıracan tutmaqdan əlavə qəzasını da yerinə yetirməlidir. Lakin kəffarəsi yoxdur.