Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2433Sərqofli

Sərqofli nə deməkdir və onun şərtləri

Məsələ 2433: “Sərqofli” dedikdə icarəçinin sahibə ödədiyi və ona icarədə üstünlük haqqı verən pul nəzərdə tutulur. Bu pulu ödəyən icarəçi mülkün icarəsində başqalarından önəmli haqqa malikdir. Qədimdə sərqofli olmamışdır. Bu gün belə bir məfhumdan istifadə olunur və sərqofli aşağıdakı şərtlərlə düzgün sayılır:Sərqofli miqdarı mə’lum olmalıdır. Tərəflər razılıqla müamiləni yerinə yetirməlidir. Onlar büluğ həddinə çatmış, ağıllı, yetkin olmalı, sərqofli və onun şərtlərini bilməlidirlər.

Nömrə 2434Sərqofli

Mülkü icarə vermək

Məsələ 2434: Mülk sahibi öz mülkünü icarəyə verib icarə haqqından əlavə sərqofli ala bilər. Bu halda sahib icarə haqqı başa çatsa da öz mülükünü başqasına icarəyə verə bilməz. Amma sərqofli ödəmiş icarəçi razı olsa, mülkü başqa birinə icarəyə vermək olar. Birinci icarəçi mülkün sərqoflini başqa birinə az və ya çox qiymətə həvalə edə bilər.

Nömrə 2435Sərqofli

Sərqofli ödənmiş mülkün icarə müddəti başa çatsa

Məsələ 2435: Əgər sərqofli ödənmiş mülkün icarə müddəti başa çatsa, sahib mülkü həmin icarəçiyə və ya onun razılıq verdiyi başqa birinə təqdim etməyə vəzifəlidir. Belə bir məqamda icarə haqqı günə uyğun mütəxəssis qiyməti əsasında tə’yin edilir.

Nömrə 2436Sərqofli

Sərqofli odənməmiş mülkün icarə müddəti başa çatsa

Məsələ 2436: Mülkü icarəyə götürmüş və sərqofli ödəməmiş şəxs sərqofli müddəti başa çatdıqdan sonra ev sahibindən icazəsiz həmin mülkdə qala bilməz. Əgər evi boşaltmasa qəsbkar və mülkə zamin sayılır. İcarə qiyməti, artımlar onun öhdəsinədir. Mülk sahibinin icazəsi olmadan belə birindən mülkü icarəyə götürmək olmaz.

Nömrə 2437Sərqofli

Sərqofli verməklə mülkü icarəyə götürmək

Məsələ 2437: Bir şəxs sərqofli verməklə bir mülkü icarəyə götürsə, icarə müddəti tamam olmamış mülkü digər birinə icarəyə verə bilər. O həmin şəxsdən istədiyi miqdarda sərqofli ala bilər. İcarəçinin dəyişməsində mülk sahibinin də razılığı şərtdir. Amma bu haqq öncədən icarəçiyə verilmişsə, mülk sahibinin razılığına ehtiyac yoxdur.

Nömrə 2438Sığorta

Sığortanın tərifi

Məsələ 2438: Sığorta sığortalanan şəxs və sığorta şirkəti arasında müqavilədir. Sığortalanan şəxs şirkət və ya şəxsə ödədiyi pul müqabilində düşdüyü zərərlərin ödənməsini həmin tərəfdən tələb edə bilər. Ticarət malları, tikililər, avtomobillər, gəmilər, təyyarələr, fəhlə və qulluqçular, insanın həyatı və bu kimi digər şeylər sığortalana bilər.

Nömrə 2439Sığorta

Sığorta tərəflərinin şərtləri

Məsələ 2439: Sığorta müqaviləsində iştirak edən tərəflər büluğ həddinə çatmış və ağıllı olmalıdır. Onlar müqaviləni öz istəkləri ilə imzalamalıdır. Tərəflərdən heç biri ağılsız olmamalı, sığortada aşağıdakı şərtlər nəzərdə tutulmalıdır:1. Sığorta ünvanı tə’yin edilməlidir. Məsələn, hər hansı nəqliyyat vasitəsi, tikili və şəxs;2. Sığorta müqaviləsində tərəflərin tə’yini;3. Sığortalanan şəxsin ödəməli olacağı məbləğin müəyyənləşdirilməsi;4. Sığorta müddətinin tə’yini. Məsələn, filan gündən filan günədək və ya bir il müddətinə;5. Hansı zərərlər müqabilində sığorta haqqının ödənməsi. Məsələn, yanğın, xəstəlik, oğurluq, ölüm və başqa bu kimi səbəblər;6. Sığortalanan şeyin qiymətinin tə’yini. Məsələn, evin 30 milyon və ya başqa bir qiymətə sığortalanması.

Nömrə 2443Qadının mayalandırılması

Yad kişinin spermasını qadının uşaqlığına köçürmək

Məsələ 2443: Naməhrəm kişinin spermasını qadının bətninə köçürmək olmaz. Bu işdə qadın və ya onun ərinin icazəsi şərt deyil. Belə bir iş görülsə və uşaq doğulsa, iş şübhəli vəziyyətdə həyata keçmişsə (kişi güman etmişsə ki, öz zövcəsidir və qadın güman etmişsə ki, öz ərinin spermasıdır və sonradan mə’lum olmuşsa ki, belə deyil) uşaq həmin kişi və qadınınkı sayılır və bütün övladlıq haqlarından faydalanır. Amma bu iş bilərəkdən görülsə, doğulan uşaq onların övladı sayılmır, irs və bu kimi haqlardan faydalanmır. Amma doğulan uşaq sperma sahibi, qadın və onun yaxınları ilə məhrəmlik haqlarına malik olur.Qeyd etmək lazımdır ki,başqa bir qadının toxumluğunu həmsərə köçürmənin zərurət halında heç bir manesi yoxdur.Zərurət halında Əvəzedici anadan istifadə edərək qadın və kişinin nütfəsini qarşıq vəziyyətdə rəhmdən kənarda yerləşdirməyin də manesi yoxdur.Bu işdə adətən şəri olmayan toxunma və tamas olduğu üçün yalnız zərurət halında mümkündür.

Nömrə 2444Transplantasiya

Orqanların kəsilməsi və köçürülməsi

Məsələ 2444: Ürəyin, böyrəyin, bədən üzvlərinin köçürülməsi mümkündür. Bu üzvlər diri və ölü şəxsdən götürülə bilər. Meyitin müsəlman və ya qeyri-müsəlman olmasının fərqi yoxdur. Amma müsəlman meyitin orqanını o vaxt götürmək olar ki, başqa bir müsəlmanın həyatı bundan asılı olsun. Hər halda vacib ehtiyata əsasən müsəlman meyitdən götürülən üzvün diyəsini fiqh kitablarında göstərildiyi qaydada ödəmək lazımdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت