Cənabətli qalmaqla orucun pozulmasının şərtləri
Məsələ 1372: Cənabət halında qalmaqla orucun batil olması yalnız ramazan ayına və onun qəzasına aiddir və başqa orucların batil olmasına səbəb olmur.
Məsələ 1372: Cənabət halında qalmaqla orucun batil olması yalnız ramazan ayına və onun qəzasına aiddir və başqa orucların batil olmasına səbəb olmur.
Məsələ 1373: Əgər cənabətli olan şəxs ramazan ayında quslu unutsa və bir neçə gündən sonra yadına düşsə, cənabətli olduğunu yəqin etdiyi həmin günlərin qəzasını tutmalıdır. Məsələn, əgər üç, yaxud dörd gün cənabətli olduğunu bilmirsə, üç günün orucunu qəza etməlidir və dördüncü günün orucunu tutmaq isə ehtiyat müstəhəbdir.
Məsələ 1374: Ramazan ayının gecəsində qusul və təyəmmümün heç biri üçün vaxtı olmayan bir şəxs, özünü cənabətli etsə, orucunun eybi var; vacib ehtiyata görə, qəza və kəffarəsini yerinə yetirməlidir. Həmçinin, qüsl üçün yox, yalnız təyəmmüm üçün vaxtı olsa (qəza və kəffarəsini yerinə yetirməlidir).
Məsələ 1375: Əgər, qüsl etmək üçün vaxtın olmasını düşünərək özünü cənabətli etsə və sonra vaxtın az olduğunu bilsə, təyəmmüm etsə, orucu düzgündür.
Məsələ 1376: Ramazan ayı gecəsində cənabətli olan bir şəxs yatacağı halda sübhə qədər oyana bilməyəcəyini bilsə, yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa, orucunun eybi var və vacib ehtiyata əsasən, qəza və kəffarəsini də yerinə yetirməlidir. Lakin, oyanacağını ehtimal verdiyi halda yata bilər və vacib ehtiyata əsasən, ikinci dəfə oyananda yatmayıb, qusl etməlidir.
Məsələ 1377: Ramazan ayının gecəsində cənabətli olan şəxs bilsə, yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaq, bu halda oyanandan sonra qusul alacağını qərara alsa və bu niyyətlə yatıb, azana qədər oyanmasa, orucu düzgündür. Lakin qusul alacağını niyyət etməsə və ya tərddüd etsə ki, qusul edər, ya yox, bu halda oyanmasa, orucunun eybi var.
Məsələ 1378: Əgər belə bir şəxs yatıb oyansa və bilsə və yaxud ehtimal versə ki, ikinci dəfə yatdıqdan sonra sübh azanından qabaq qusul üçün oyana bilər və əgər yatıb oyanmasa, vacib ehtiyata görə həmin günün qəzasını tutmalıdır. Həmçinin, üçüncü dəfə də yatıb oyanmasa, hökm eynidir. Lakin, bunların heç birində ona kəffarə vacib olmur.
Məsələ 1379: Möhtəlim olduğu yuxu birinci yuxu hesab olmur, lakin o yuxudan oyanıb, ikinci dəfə yatsa, ikinci yuxu sayılır.
Məsələ 1380: Gün ərzində möhtəlim olan şəxs tez qusul etməlidir, lakin əgər qusul etməsə, onun orucunun eybi yoxdur.
Məsələ 1381: Əgər ramazan ayında sübh azanından sonra oyanıb, möhtəlim olduğunu görsə və bunun istər azandan qabaq, istərsə də sonra baş verdiyini bilsə, yaxud şəkk etsə, orucu düzgündür.
Məsələ 1382: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə və sübh azanından qabaq möhtəlim olduğunu bilsə, əgər qəza orucunun vaxtı az deyilsə, vacib ehtiyata əsasən, başqa bir gündə oruc tutsun. Əgər qəza orucunun vaxtı azdırsa, məsələn, boynunda beş gün qəza orucu var və ramazan ayının başlanmasına da beş gün qalırsa, həmin günü oruc tutsun və orucu düzgündür.
Məsələ 1383: Əgər mübarək ramazan ayında sübh azanından qabaq heyz və nifasdan pak olub qusul etməyə vaxtı olmasa, təyəmmüm etməlidir və orucu düzgündür. Lakin, nə qusul və nə də təyəmmüm etməyə vaxtı olmasa, (orucunu tutmalı), sonradan isə qusul etməlidir və orucu da düzgündür.