Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1425Qəza orucunun hökmləri

Oruc tutmuş insanın məzməzə etməsinin hökmü

Məsələ 1425: Oruc tutan şəxsin çox qar-qara etməsi məkruhdur. Qar-qara etdikdən sonra ağzında olan əlavə suyu boşaltmalıdır. Çox yaxşıdır ki, üç dəfə ağzındakı suyu boşaltsın. Əgər qar-qara etdikdə ixtiyarsız olaraq suyun boğaza getməsini bilsə, qar-qara etməməlidir.

Nömrə 1362Udlağa qatı toz çatdırmaq

Oruc tutmuş insanın siqaret çəkməsi

Məsələ 1362: Bütün insanların hər bir halda siqaret və digər tütün mə’mulatlarından çəkinmələri lazımdır və əlavə olaraq, bunlar, vacib ehtiyata əsasən, orucun batil olmasına səbəb olur. Həmçinin, ehtiyata əsasən, oruc tutan şəxs qəliz buxarı da boğazına çatdırmasın. Lakin, içi buxarlı olmasına baxmayaraq, hamama getməyin eybi yoxdur.

Nömrə 1398Oruc

Oruc tutmuş insana məkruh olan işlər

Məsələ 1398: Oruc tutan şəxsə bir neçə iş məkruhdur: 1. Gözə dərman tökmək;2. Sürmə çəkmək , əgər dadı, iyi boğaza çatarsa;3. Zəifliyə səbəb olan işləri görmək, qan almaq, hamama getmək kimi; 4. Burunotu çəkmək, əgər boğaza çatacağını bilməsə; amma əgər boğaza çatacağını bilsə caiz deyildir;5. Ətirli bitkiləri iyləmək;6. Ehtiyata görə, qadının suda oturması;(Daha yaxşı oturmamasıdır)7. Ehtiyata görə, qeyri-maye şeylərlə imalə etmək ;(Daha yaxşı budur ki, istifadə etməsin)8. Bədəndəki paltarları islatmaq;9. Diş çəkdirmək, ağızdan qanın gəlməsinə və zəifliyə səbəb olan bütün işlər ;10. Təzə çubuqla dişi fırçalamaq; 11. Məninin çölə gəlməsi qəsdi olmadan həyat yoldaşını öpmək, yaxud şəhvətini təhrik edən hər bir iş görmək. Amma məninin çölə gəlməsi qəsdi ilə olsa, orucu batildir.

Nömrə 387İrtimasi qüsl

Oruc tutmuş və ehram bağlamış insanın qüslü

Məsələ 387: Vacib ehtiyat budur ki, vacib oruc tutmuş, həcc və ümrə üçün ehram bağlamış şəxs irtimasi qüsl verməsin, başını suya batırmasın. Əgər unudaraq irtimasi qüslü verərsə, qüslü düzgündür. Bu halda irtimasi qüslün oruc və ehrama zərəri yoxdur.

Nömrə 1396Orucu pozan işlərin hökmləri

Orucu açmağa məcbur etməklə oruc tutmuş insanın boğazına ixtiyarsız qida tökməyin fərqi

Məsələ 1396: Əgər zorla bir şeyi oruc tutan şəxsin boğazına töksələr və ya başını tamamilə suya batırsalar, orucu batil olmaz. Lakin, onu iftar etməyə məcbur etsələr, məsələn, desələr ki, əgər yemək yeməsən sənin canını və malını təhlükədə qoyarıq və o da təhlükəni sovuşdurmaq üçün yemək yesə, orucu batildir.

Nömrə 1335Orucu pozan hallar

Orucu pozan işlər

Məsələ 1335: Vacib ehtiyata əsasən, doqquz şey orucu batil edir:1-Yemək-içmək; 2-Cima; 3-İstimna (istimna–spermanın xaric olmasına səbəb olan müəyyən bir iş görmək); 4-Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun canişinlərinin (əleyhimüs-salam) adından yalan demək; 5-Qəliz tozu boğaza çatdırmaq; 6-Başını suya batırmaq; 7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 8-Axıcı (maye) şeylərlə imalə etmək; 9- Bilərəkdən qusmaq.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت